İmişlinin icra başçısının `DÖVLƏT SİRRİ`... - BU NƏDİ BELƏ?
Tarix: 30-03-2022, 12:01 | Çap et
Neçə illərdir ki, Gündəlik-Bakı olaraq yazırıq ki, rayonların icra hakimiyyətlərinin saytı hansısa həvəskarın, yaxud bloqqerin saytı deyil. Bu rəsmi dövlət orqanının, hakimiyyətin saytıdır, burada bir qayda-qanun yaradın. Amma kimə deyirsən..? Hər rayon icra hakimiyyətinin saytı öz başçısına oxşayır. İndicə İmişli Rayon İcra Hakimiyyətinin saytını açırıq. http://www.imishli-ih.gov.az/ Bilmək istəyirik görək bizə daxil olan məlumatlar nə dərəcədə həqiqətə uyğundur, ya yox, amma... Əmması odur ki, saytda icra başçısının adının qarşısında Rzayev Elçin Adil oğlundan başqa heç bir məlumat yoxdur. Təsəvvür edirsiniz bu adamın adının qarşısında adicə telefon nömrəsi də yoxdur. Bəs görəsən bu adam işçilərlə necə əlaqə saxlayır..? Təsəvvür edirsiniz icra başçısının 1-ci və digər müavinin adının qabağı boş qalıb, telefon nömrəsindən danışmağa dəyməz. RİH başçısının köməkçisi qrafası da bomboşdur. Vallah, bizi qınamayın, dəlixanadır. Bəs icra başçısı köməkçi olmadan necə işləyir ? Axı, icra başçısı Elçin Rzayev 2 ildir bu vəzifəyə təyin olunub. Hələ özünə katibə, köməkçi-zad götüməyib..? Hələ bu harasıdır ? Adətən icra hakimiyyətlərinin saytlarında sürücüləri texniki işçi kimi göstərirlər. İmişli RİH-nin saytında sürücü də yoxdur. Bəs Elçin Rzayev işə necə gəlib-gedir..? Bəlkə velosiped sürür, bəlkə atla, dəvə ilə işə gəlib gedir..? Necə yəni köməkçi yox, sürücü yox və s.. Bəlkə, cənab başçı köməkçisini və sürücüsünü mediadan gizlədir ? Çünki bizə daxil olan məlumata görə, iki il əvvəl Elçin Rzayev icra başçısı olan kimi qardaşı Şamil Rzayevi özünə köməkçi götürüb. Bacısı oğlu Hafizi isə özünə sürücü təyin edib. Deməli, icra başçısı Elçin Rzayev icra hakimkiyyətini ailə podratına çevirib. Hələ bu harasıdır ? İcra başçısının qardaşı, yəni köməkçisi Şamil Razyev rayondakı bütün bələdiyyə sədrlərinə deyib ki, mənə aylıq verməlisiniz. Adama deyərlər bələdiyyə sədrlərinin köməkçiyə nə dəxli var..? Məlumdur ki, İmişli RİH-nin sabiq başçısı, hazırda həbsxanada olan Vilyam Hacıyevin həbsindən sonra Elçin Rzayev rayona icra başçısı təyin olundu. İndi bir biabırçılığa da nəzər salaq ? RİH-nin saytında (http://www.imishli-ih.gov.az/) icra başçısı ilə bağlı bircə cümlə yazılıb. Kimin şübhəsi varsa, buyurub baxsın. İcra Hakimiyyətinin başçısı - Rzayev Elçin Adil oğlu Lənət şeytana. Bu adamı kim, nə vaxt, neçənci ildə icra başçısı təyin ediblər..? Bu adam harada doğulub, harada yekəlib, harada oxuyub, harada işləyib, kimin qohumudur..? Niyə bunları gizlədir ? Özümüz xeyli axtarışdan sonra öyrənə bildik ki, 21 may 2020-ci ildə Elçin Rzayev İmişliyə icra başçısı təyin olunub. Özü də hansı ali məktəbi bitirdiyi, orduda olub-olmadığı bəlli deyil. Ancaq o məlumdur ki, Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində Kərəm Həsənovun yanında şöbə müdiri işləyib. Sonra Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqda Elçin Rzayev onun yanında qısa müddət rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri işləyib, 1 ay sonra müavin olub və oradan da İmişliyə icra başçısı gedib. Bu adam Dövlət Əmlak Komitəsində çalışdığı zaman milyonlara sahib olub. Bununları qoyaq bir kənara. Təsəvvür edirsiniz ki, rayon camaatının dediyinə görə hər ay rayondakı bələdiyyələrdən, idarə müdirlərindən, iş adamlarından nə isə alan icra başçısı bir Qarabağ qazisinin yanan evini təmir etdirə bilmir və deyir ki, məndə vəsait haradandır ? Qarabağ qazisi deyir ki, qohumların köməyi ilə tikdiyim evim yanıb kül olub, hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada gecələyirik. Ancaq icra başçısı Elçin Rzayevin heç vecinə də deyil. Rayon sakinləri deyir ki, təzə icra başçısı Elçin Rzayev köhnə, həbsdə olan icra başçısı Vilyam Hacıyevin dədəsinə rəhmət oxutdurur. Elçin Rzayev Vilyam Hacıyevin köhnə, korrupsioner komandası ilə elə çulğalaşıb ki... Bəli, Vilyam Hacıyevlə birgə rayonu xaraba qoyan məmurlar məhkəmədə Vilyam Hacıyevin üzünə durduqları kimi bir gün də Elçin Rzayevin üzünə duracaqlar. İcra başçısı abadlıq və quruculuq işləri adı altında dövlətin ayırdığı vəsaiti mənimsəyir. İcra başçısından soruşan lazımdır ki, rayondakı Şəhidlər Xiyabanını hansı sahibkarın pulu ilə tikdirmisən..? Bəs dövlətin vəsaiti hara gedib..? Bir sözlə, icra başçısı Elçin Rzayev Perzidentin etimadını doğrultmur. Deyəsən vaxtı çatıb.. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|