Bu vətəndaşlar başçının umrundadırmı? - 8 ildir eyni problem...
Tarix: 31-03-2022, 11:45 | Çap et
Əslində Bakı şəhərindəki istifadə müddəti keçmiş, yaxud müasir tələblərə cavab verməyən, qəzalı evlərin sökülüb yerində müasir binaların tikilməsi cənab Prezident İlham Əliyevin xoşməramlı təşəbbüsü idi. Və hər dəfə cənab Prezident deyir ki, sökülən evlərin sahibləri daha geniş mənzillə təmin edilməli, yaxud mülkiyyətin dəyəri yüksək səviyyədə ödənilməlidir. Bundan yaxşı nə ola bilərdi..? Amma… Əmması odur ki, neçə illərdir evləri sökülən sakinlərin problemi davam edir. Hətta nəinki ev sahibləri, hətta həmin ərazidə olan obyekt sahiblərinin də pozulan hüquqları barədə Gündəlik-Bakı dəfələrlə yazıb. Yəni indi yazacağımız problem çoxdan köhnəlib. Bir daha deyirik ki, cənab Preizdent sakinlərin razı qalması üçün hətta “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun qəbul olunmasına da təşəbbüs göstərdi. Bəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, ərazidəki evlər və obyektlərin real bazar qiymətləri müstəqil qiymətləndirmə şirkətinin iştirakı dəyərləndirilməli idi. Sonra həmin sakinlərlə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı, müvafiq banklarda sakinlərin adına hesab açılmalı və məbləğ həmin hesaba köçürülməli idi. Yəni hər şey könüllü və razılıq əsasında olmalı idi. Amma… Əmması odur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir. Bəli, icra hakimiyyətləri, sökülən evlərə görə az-çox təzminat versə də məhz torpağa görə, ev sahiblərinə təzminat verməyiblər. Bu isə sakinlər arasında ciddi narazılığa səbəb olub. Belə olanda KÖNÜLLÜ və RAZILIQ məsələsi keçib lap arxa plana. Və icra orqanları məhkəmə yolu ilə vətəndaşların evlərini söküblər. Yəni tərəvəz məsələsi…istəsən də istəməsən də… Bu proses Bakının müxtəlif ərazilərində baş verib. Ən ağrılı yer isə Yasamal rayonu olub. Məlumat üçün qeyd edək ki, 2014-cü ilin fevralında keçmiş “Sovetski” ərazisindəki evlərin sökülməsinə başlandı. Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə ümumilikdə 1920 ev sökülməli idi. Və bu məsələ ilə bağlı narazılıq düz 8 ildir ki, davam edir. Belə ki, birincisi, vətəndaşların pulu tam ödənilməyib, ikincisi, yuxarıda qeyd etdiyimiz kimi vətəndaşların fərdi evlərinin altındakı torpaq sahəsinə təzminat verilməyib, üçüncüsü 50-dən çox ev sahibi razılıq əsasında deyil, məhkəmə qərarı əsasında evlərindən zorla çıxarılıb və s. İcra hakimiyyəti bəzi ev sahiblərinə deyib ki, “kupça”nız yoxdur. Amma yuxarıda qeyd etdiyimiz kimi, əslində “kupça”ya ehtiyac yoxdur. Çünki “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununu bu məsələdə əsas rol oyanır. Yuxarıda qeyd etdiyimiz kimi evin altındakı torpaq vətəndaşın şəxsi mülkiyyətidir. Sözün qısası, qanunlar vətəndaşların tərəfində olsa da, bəzi məmurlar, icra orqanları, məhkəmə hakimləri rüşvətin tərəfindədir. Yuxarıda qeyd etdiyimiz kimi Yasamalda evləri sökülənlərin narazılğı neçə ildir ki, dayanmır. Belə sakinlərdən biri də Qafur Həsənovdur. Qafur Həsənov mediaya deyib ki, evin təzminatı olaraq təklif olunan məbləğlə razılaşmadım. Sonra icra hakimiyyəti orqanları məhkəməyə müraciət etdi. Məhkəmə icra hakimiyyətinin lehinə qərar çıxardı. Məhkəmə qərarına görə, sökülməli olan evimdən çıxmalıyam. Kompensasiya olaraq icra hakimiyyəti orqanları mənə 123 min manat ödəməlidir. Amma icra orqanları pulu ödəmir, üstəlik torpağa görə təzminat da vermirlər. Yeri gəlmişkən, bu problemin yaranmasında Yasamal RİH başçısının 1-ci müavini, sonradan Tərtərin, daha sonra Kürdəmirin icra başçısı olmuş, hazırda məhbus həyatı yaşayan Ceyhun Cəfərovun dostu və biznes şəriki Elnur Abbaszadənin də xeyli rolu olub. Söhbət hazırda Yasamal RİH-də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Elnur Abbaszadədən gedir. Qısa məlumat üçün bildirək ki, hazırda həbsxana həyatı yaşayan Ceyhun Cəfərov Yasamal RİH-də 1-ci müavin olarkən onların ciddi biznes əlaqələri başlayıb. Və Elnur Abbaszadə tez-tez həbsxanadakı Ceyhun Cəfərova baş çəkir. Hətta Qarabağ qazisi olan şəxs Elnur Abbaszadədən 25 min manatını tələb edir. Bir sözlə,Yasamalda 8 ildir tragikomediya davam edir. Qarşı tərəfəin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|