TOPAZ-MİSLİ: Nə qanun bilirlər, nə də ki... - ÖZBAŞINALIQ!
Tarix: 22-08-2022, 10:37 | Çap et
Oyunun tarixi kimi bir sıra informasiyalar reklamda yer ala bilər. Lakin onun təşviqedici özəllikləri, bu oyunların ciddi gəlir mənbəyi kimi təqdim edilməsi qanunla qadağandır. Bu sözləri media üzrə ekspert Ələsgər Məmmədli son vaxtlar TOPAZ və bunun bənzəri hesab edilən, yeni yaradılan Misli.az kimi mərc oyunlarının onlayn mediada, eləcə də yollarda reklamların sayının artmasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, lotereya, idman mərc oyunlarının şərtləri, qaydaları, hədiyyələri, uduşları haqda məlumatlar "Reklam haqqında" qanunun 7-ci maddəsində qeyri-dəqiq hesab edilir. Həmin maddəyə görə, belə qeyri-dəqiq məlumatlar yolverilməzdir: "Bu cür oyunların reklamı tamamilə qadağan deyil. Lakin yetkinlik yaşına çatmayan şəxslərin bu oyunlara cəlbi, təşviqedici müraciətlərin olması, belə oyunlarla şəxsin cəmiyyətdə böyük nüfuz qazanacağı barədə vəd verilməsi kimi hallar qanunla qadağandır. Eyni zamanda bu reklamlarda, "100 faiz qazanacaqsız" kimi məlumatların yer alması qadağandır". Mütəxəssisin fikrincə, bəzən belə təşviqlər çox ciddi şəkildə gəncləri bu cür oyunlara yönəldir. Halbuki qanunvericiliklə təşviq yolverilməzdir: "İnsanlar mərc oyunlarını, lotereyaları qazanc mənbəyi kimi görməməlidirlər. Diqqət halal peşəyə, çalışaraq qazanmağa yönəldilməlidir". Ə.Məmmədli qeyd edir ki, mərc oyunları ilə bağlı yayılan reklamlarda müraciətlər olur. Belə hallar bir çox ailələri dağıdır: "Çünki oyun iştirakçılarının gözləntiləri olur. Bu mərc oyunlarına qoşulduqdan sonra həmin şəxslərin əllərində nələri varsa, çıxır. Ümumiyyətlə, bu oyunlarla mübarizəyə demək olar ki, göz yumulur". Ə.Məmmədli bildirir ki, bəzən telekanallarda canlı yayımda bu cür oyunların nəticələri açıqlanır. Bu nəticələrin böyük auditoriyalara təqdim olunması kifayət qədər təşviqedicidir: "Televiziyalar reytinq xatirinə bu məlumatları canlı yayımlarda açıqlayırlar. Ekran başına izləyiciləri toplayıb hər kəsdə bir ümid yaratmaq və ciddi şəkildə bunu önəmli, ictimai hadisəyə çevrimək özü də bir siyasətdir". Media ekspertinin fikrincə, əsas ciddi problemlərdən biri dövlətin özünün qumar oynatmasıdır: "Dövlətin lisenziya verərək bu tip mərc oyunlarını təşviq etməsi alqışlanacaq hal deyil. Lisenziya verilirsə, deməli, hər kəs bununla məşğul ola bilər. Belə çıxır ki, rəsmi dövlət qurumları lotereya təşkil edə bilər, digərləri yox. Düşünürəm ki, dövlətin buna görə lisenziya verməsi və himayə etməsi ən böyük problemdir". Ə.Məmmədli bu yaxınlarda Baş nazirin imzaladığı "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarında dəyişikliyə də bu fonda münasibət bildirib. O qeyd edib ki, bu oyunlardan əldə olunan gəlirlərin Gənclər və İdman Nazirliyinə yönəldilməsi də nəticə etibarı ilə həmin vəsaitlərin dövlətin kassasına yönəldilməsidir: "Dövlət büdcəsinə gələn gəlirdən dövlət istədiyi kimi istifadə edə bilər. Bir tərəfdən dövlət idmanı, fiziki cəhətdən sağlam gəncliyi inkişaf etdirmək istəyir, digər tərəfdən isə gəncləri haram pulları əldə etməyə təşviq edir. Axı bu anlayışlar bir-biri ilə ziddiyət təşkil edir. İdman mərc oyunlarının qanunsuz reklamının mümkün qədər qarşısı alınmalıdır. Müvafiq qurumlar bunun qarşısıını almaq üçün sistemli mübarizə aparımalıdırlar". Ekspert deyir ki, qanunsuz olan reklamlara görə xəbərdarlıq edilməli və onlar yığışdırılmalıdır. Qeyd edək ki, "Reklam haqqında" Azərbaycan Respublikasının qanunvericiliynə görə, lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə hesab edildiyindən yol verilməzdir. Bu barədə qanunun 7-ci maddəsində qeyd olunur, bildirilir ki, qeyri-dəqiq reklam yolverilməzdir. Qanunun 12-ci maddəsinə əsasən, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) və idman mərc oyunlarının reklamının sifarişçisi qismində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən lotereya təşkilatçısı (stimullaşdırıcı lotereyanın təşkilatçısı istisna olmaqla) və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunlarının operatoru çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər. Reklamda “Milli Olimpiya Komitəsi” və “Milli Olimpiya komandası” adından, onlardan yaranmış sözlərdən və söz birləşmələrindən yalnız Milli Olimpiya Komitəsi ilə bağlanan müqavilə əsasında istifadə edilə bilər. İdman tədbirinin, idman mərc oyununun keçirildiyi yerdə reklamın yerləşdirilməsi üçün reklamverici və ya reklam agenti yaxud reklam yayıcısı idman tədbirinin təşkilatçısı yaxud idman mərc oyunlarının operatoru ilə müqavilə bağlayır. Qanunvericilikdə idman mərc oyunlarının, lotereyaların reklamında bu hallar da qadağandır: yetkinlik yaşına çatmayanlara müraciət olunması; bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması; oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması; oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması. Lakin qanunvericiliyə görə, idman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Bundan başqa, qanunvericilikdə vuröulanır ki, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir. Qanunun 32-ci maddəsinin 32.7 bəndində isə qeyd olunur ki, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Xatırladaq ki, yeni dəyişikliyə əsasən idman mərc oyunlarından əldə olunan gəlir MOK-a verilməyəcək! "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli qərarına edilən dəyişikliyə əsasən, bundan sonra idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə deyil, Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək. Qeyd edək ki, TOPAZ və Misli.az kimi mərc oyunlarının təşviqedici şüarları sırasında "Həyəcanını qazanca çevir", "Hər 5 dəqiqədə 1 milyon manat qazanma şansı səni gözləyir!", "Mobil tətbiqimizi elə indi yüklə və əyləncəyə başla!" kimi reklamlar yer alıb. //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
|