Vergi Xidməti niyə məhkəmələrdə şirkətlərə 60 faiz uduzur ? - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 14-09-2024, 10:42 | Çap et
NUH ( nuh.az ) informasiya agentliyinin baş redaktoru Kamran Məhərrəmli Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib. Dia-az.İnfo müraciəti təqdim edir:
"Cənab nazir! Rəhbərlik etdiyiniz İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bağlı Sizə müraciət edirəm.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov tərəfindən Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və inzibati məhkəmələrin fəaliyyətinin inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş məqalə yazmışdır.
Məqalədə qeyd olunur ki, 2020-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış işlərin ümumən 6.9 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 43.5 faizi inzibati orqanların xeyrinə, 56.5 faizi isə ƏLEYHİNƏ nəticələnmişdir. 2019-cu ildə isə baxılmış işlərin ümumən 7.2 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 40.2 faizi inzibati orqanların xeyrinə, 59.8 faizi isə ƏLEYHİNƏ yekunlaşmışdır.
Cənab nazir! Yuxarıda göstərilən rəqəmlər hansısa həvəskar araşdırmaçının, jurnalistin yazısından deyil, birbaşa Ali Məhkəmənin İnzibati Kollegiyasının sədrinin məqaləsindən götürülüb, yəni rəqəmlərin dəqiqliyi şübhə doğurmur.
Belə olan halda vəziyyət niyə bu dərəcədə kritikdir ?
Yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ona - quruma qarşı sahibkarlar, şirkətlər tərəfindən qaldırılmış məhkəmə işlərinin az qala 60 faizini uduzur. Əgər bu rəqəm 5-10 faiz olsaydı, bunu haradasa başa düşmək olardı. Amma söhbət 60 faizdən gedir.
Cənab nazir! Təsəvvür edirsiniz, tabeçiliyində kifayət qədər təcrübəli, peşəkar mütəxəssislər olan, dövlətin marağını qorumalı olan Dövlət Vergi Xidməti məhkəmə çəkişməsində yüksək faizlə qarşı tərəfə uduzur.
Bunun səbəbi nədir? 60 faiz rəqəminin arxasında nələr var?
Nəzərinizə çatdırmaq istəyirik ki, 60 faiz uduzmağın arxasında çox ciddi mətləblər, hətta cinayət xarakterli əməllər var.
Axı, qurumun əsasnaməsində göstərildiyi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə DÖVLƏT nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bəs qurumun əməkdaşlarının məhkəmədə böyük hesabla uduzmasının səbəbi nədir ?
Bəlkə qeyri-peşəkarlıq, savadsızlıq, bəlkə təcrübəsizlik ?
Yəni dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsi bu qədər aşağıdırmı ki, məhkəmələrdə qarşı tərəfə 60 faiz uduzurlar.
Bəlkə tamamilə başqa səbəb var ?
Axı, dövlət müfəttişləri, ekspertlər və mütəxəssislər yoxlamaya dövlətin adından gedir və DÖVLƏTİN MARAĞININ təmsilçisidir.
Bəlkə, Vergi Xidmətinin əməkdaşları yoxlamaya dövlətin marağını qorumaq üçün deyil, vergi ödəyicisinə KONSALTINQ xidməti göstərməyə, vergidən külli miqdarda yayınmanı ört-basdır etmək üçün gedirlər ?
Bəlkə bilmədiyimiz başqa səbəblər var.
Bəlkə məhkəmələrimiz o qədər "müstəqildir" ki, dövlət büdcəsinin deyil, sahibkarların marağını himayə edir.
Cənab nazir! Bəlkə, Vergi Xidmətinin əli ilə dövlət öncədən məhkəmələrdə MƏQSƏDYÖNLÜ şəkildə uduzdurulur. Və nəticədə milyonlarla vergi dövlət büdcəsindən yayındırılır.
Çünki məhkəməyə gedən işlər 300- 500 manatlıq işlər deyil, söhbət külli miqdarda, konkret desək. 3-5 milyon manat vergidən yayınmadan gedir.
Bir sözlə, Dövlət Vergi Xidməti məhkəmə çəkişmələrində vergi ödəyicilərinə, sahibkarlara 60 faizlə uduzur.
Əslində uduzan dövlətdir, dövlətin büdcəisidir.
Qazanan kim(lər)dir ?
Əlbəttə, qazanan Vergi Xidmətinin əməkdaşları, məhkəmə hakimləri və şirkət sahibləri. Uduzan isə dövlətimizdir.
Cənab Nazir! Əgər Dövlət Vergi Xidməti əməkdaşlarının Bakıda, Sumqayıtda və digər yerlərdə fəaliyyət göstərən metal əritmə sexlərində, ümumiyyətlə, qara və əlvan metal qəbulu və emalı şirkətlərində apardığı yoxlama sənədləri ilə tanış olsanız, real vəziyyəti öz gözlərinizlə görərsiniz. Və yazdıqlarımızın həqiqət olduğuna əmin olarsınız.
Nəzərə almaq lazımdır ki, təkcə Sumqayıt şəhərində 30-a yaxın qara və əlvan metalların emalı şirkəti var.
Dövlətimizin marağını nəzərə alaraq mövzu ətrafında əməkdaşlarımızın apardığı araşdırmalar cəmiyyətə və müvafiq dövlət qurumlarına təqdim olunacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|