“KAMAZ” SÜRÜCÜSÜ İŞDƏN ÇIXARILDI
Tarix: 15-04-2012, 12:52 | Çap et
O, SAATLIDA PEŞƏ LİTSEYİNİ YÖNƏLDİRMİŞ
Saatlı peşə lseyinin direktoru Şahin Rəşidovun ixtisasca "Kamaz" sürücüsü və sonradan hansı yollarlasa saxta diplom alaraq guya Azərbaycan dili və ədəbiyyatı müəllimi olmasını iddia etməsi barədə məqalə dərc olunmuşdu.
Bu günlərdə redaksiyaya daxil olmuş şikayət məktubunu araşdırmaq qərarına gəldik. Saatlı peşə liseyində çalışan və hələki adının çəkilməsini istəməyən mənbəmiz israrla xahiş edirdi ki, bu şikayəti yalnız araşdırdıqdan sonra dərc etməyə də razıdır. O, məktubunda Ş.Rəşidovun hədsiz dərəcədə savadsız olmasını qeyd edərək, həm də bunun onun diplomunun saxta olmasını təsdiqlədiyini bildirirdi: "...Bir də ki, Saatlıda onu yaxından tanıyanlar da çox yaxşı bilirlər ki, Şahin Rəşidov heç bir ali məktəbdə təhsil almayıb. Hətta ondan hansı İnstitutu və ya Universiteti bitirdiyini soruşduqda heç bir cavab vermirdi. Maraqlıdır ki, nə Şahin Rəşidovu bu vəzifəyə təqdim edən rayon rəhbərliyi, Azərbaycan Təhsil Nazirliyi onun diplomunun saxta olduğunu "bilməyiblər". Sonradan Ş.Rəşidov bu "görməməzliyin" səbəbini özü açıqlamışdı. Hər yerdə deyirdi ki, bu vəzifəyə təyin olunan zaman nə az, nə çox, düz altımış min manat xərci çıxıb. özünün deməsinə görə, guya bu məbləğin 40 min manatını rayon rəhbərliyinə, 20 min manatını isə Təhsil Nazirliyinin peşə təhsilinə nəzarət edən idarə rəisinə çatdırılıb. Onun diplomunun saxta olmasının görməməzliyə vurulması isə dediklərində həqiqət nə dərəcədə olmasından xəbər verirdi..."
Saatlı Təhsil Şöbəsininmüdiri Şamil Nurəliyev görüşdən niyə qaçırdı?
Məsələ ilə bağlı əvvəlcə Saatlı rayon TŞ-nin müdiri Şamil Nurəliyevin telefonuna zəng etdim. Məqsədim bu idi ki, onunla görüşərək məktubdakı çoxsaylı problemlərə birlikdə aydınlıq gətirək. Dəfələrlə etdiyim zəngə Şamil Nurəliyev cavab vermədi. Nəhayət, bağlı telefon nömrəsindən ona zəng etdim. Bu dəfə deyəsən, "yalançı tamahkarı aldatmışdı". Şamil müəllim telefonunu açdı (Maraqlıdır ki, o, telefonunu elə mesaj xidmətinə yönəldib ki, nə vaxt zəng edirsən, telefonun çağırdığı hiss olunmur. Amma zəng edən nabələd abonent elə bilir ki, telefona dalğa çatmır, ona görə də susur). Şamil müəllim salamlaşıb mətləbə keçdi:
- Kimdir?
Adımı deyirəm və jurnalist olduğumu bildirirəm... Redaksiyaya daxil olmuş şikayət məktubu ilə bağlı rayona gəlmək istədiyimi onun diqqətinə çatdırıram... O, isə tələm-tələsik: - İndi rayona komissiya gəlib, olimpiada keçirilir, odur ki, vəziyyət belədir... özün bil, gəlsən, ola bilər ki, məni tapa bilməyəcəksən...
- Narahat olmayın, harada olsanız, taparam, sadəcə, mobil telefonunuzu açıq saxlayıb mənim nömrəmə cavab verin...
- Baxarıq... Gözləyirəm...
Şöbə müdirinin dilxor səsini hiss edirəm. Amma məktub müəllifinin israrlı xahişi də gözümün qabağına gəlir.
Təsadüfən həmin günlərdə Saatlının mərkəzində bir qanunsuz lotoxana mövcudluğu barədə də şikayət məktubu dərc olunmuşdu və Saatlı RPŞ-dən zəng edərək əməkdaşımızı rayona dəvət etmişdilər. Odur ki, "bir gülləyə iki dovşan" məsəlini xatırlayıb rayona ezam edildim...
Qurbanəli bəy və Şamil Nurəliyevin yoxa çıxması...
Təbii ki, Saatlıya çatan kimi əvvəlcə lotoxanadan yazan şikayətçi-Saatlı Veteranlar Şurasının sədri Əlağa Qurbanovla görüşdüm, sonra Saatlı RPŞ-nin rəis müavini ilə danışdım, daha sonra isə digər aidiyyəti şəxslərlə birgə adı çəkilən lotoxanaya baş çəkdim. Fakt təsdiqinii tapmışdı və dərhal da tədbir də görülmüşdü.
Sonra vaxtdan səmərəli istifadə edərək, Şamil Nurəliyevi axtarmağa başladım. Şamil müəllim etdiyim onlarla zənglərə cavab vermədi. Nəhayət, kor-peşiman Bakıya qayıtdım. Düşündük ki, yəqin başı çox qarışıq olub. Amma sonradan öyrəndim ki, mən hər dəfə zəng edəndə o, yanındakılara deyirmiş ki, hə, zəng elə, bu saat cavab verəcəm, deyib gülürmüş.
Amma, əslində, biz gülüş hədəfi deyildik, onun hərəkəti gülüş doğuracaq qədər qeyri-ciddi hərəkət idi. Sonra da deyirlər ki, qəzet "Jurnalistlərin peşə kodeksinə" əməl etməlidir. Əgər barəsində şikayət ediləndə adamlıq yoxdursa və o, özünü məmur kimi aparmırsa, yalan danışırsa, vəd verib jurnalisti rayona dəvət edirsə və sonra Qurbənəli bəy kimi yoxa çıxırsa, bu binəva jurnalist neyləsin? Hansı ki, həmin gün Saatlıya redaksiyanın hesabına ezam edilmişdim və bir vacib tədbirimi təxirə salmışdım.
Şamil Nurəliyev hələ də telefona cavab vermir
Sonradan yenə də Şamil Nurəliyevə zəng etdim. Onun susmağı razılıq əlaməti kimi qəbul edilmirmi? Odur ki, bu dəfə Saatlıya gedərək mədəniyyət sahəsindən, xüsusən də Saatlı Mədəniyyət və Turizm İdarəsinin, Saatlı Mədəniyyət Sarayının direktorunun, rayondakı kənd klubları və mədəniyyət evləri, kitabxanaların vəziyyəti barədə daxil olmuş şikayətləri araşdırmaqdan əlavə, həm də Şamil Nurəliyevin rəhbəri olduğu rayon təhsil şöbəsinin fəaliyyətinə aid bəzi məsələləri yenidən araşdırmalı oldum.
Rayon sakinləri və məlumatlı mənbə ilə apardığımız söhbətlərdən maraqlı faktlar aşkarladıq.
Saxta diplomun sonu
Beləliklə, əvvəlcə başlayaq Saatlı peşə liseyinin direktoru Ş.Rəşidovun peşə liseyinə vurduğu ağır zərbə barədə. Söhbət etdiyimiz rayon sakinləri və peşə liseyinin məlumatlı nümayəndəsi bildirdi ki, direktorun liseyə vurduğu zərbə heç vaxt sağalmayacaq: "...O, liseyin nadir texniki avadnlıqlarını, bu gün heç bir yerdə tapılmayan dəzgahlarını şökdürüb metaləritmə zavodlarına göndərdi. Onun bu söküntüsünə etiraz edənlərə isə deyirdi ki. direktor təyin olunanda bir ətək pul vermişəm. Bəs onu necə çıxarmalıyam? Məni təsdiq edəndə dedilər ki, sənə pulunu çıxarmağa şərait yardacağıq. Bu gün Azərbaycanda təhsilin inkişafından ağızdolusu danışan Təhsil Nazirliyinin rəhbərliyi buyurub gəlsin Saatlı rayonuna və görsünlər ki, "Kamaz" srücüsü peşə liseyini nə günə qoyub. Məktəbin satılmamış quru divarları qalıb. Hətta peşə liseynin bütün texnikası da satılıb. Görəsən şagirdlər peşələrə necə yiyələnirlər? Biz kimi aldadırıq? Təəccüblüdür ki, peşə liseyinin bu kökə salınmasına şərait yaradan Təhsil Nazirliyinin məsul işçisi haqqında bu vaxta tədbir görülməyib? Həmçinin Saatlı təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin barəsində də. Qəzetinizi izləyirik və görürük ki, yazınıza hətta Respublikanın Baş Prokurorluğu da reaksiya verir. Bu məsələni Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi səviyyəsində qaldırın, qoy tədbir görsünlər...".
"Təzadlar"ın yazısı təsdiqini tapdı
Həmsöhbətimiz olan rayon sakinləri daha bir maraqlı məsələyə toxundular: "Sağ olun ki, məhz "Təzadlar"da dərc olunan məqalədən sonra Saatlı peşə liseyinin direktoru Şahin Rəşidovun diplomunun saxta olduğu üzə çıxdı və o, tutduğu vəzifəsindən azad edildi. Ş.Rəşidovun deməsinə görə, bu yovxamalarda külli miqdarda xərci çıxıb. Yoxlamaya gələnlər deyiblər ki, sənin diplomunun saxta olmasının üstünü açsaq, haqqında cinayət işi açılacaq. Ona görə də bu işin üstünu açıb-ağartmırıq... Get başını aşağı salıb işinlə məşğul ol..."
Şahin Rəşidov saxta diplomu haradan almışdır?
Sən demə, bu "ali təhsil müəssisəsinin" ünvanını da Şahin "müəllim" özü açıqlayıb: "O, liseydə dəfələrlə özü deyirdi ki, bu diplomun alınmasında Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin rolu və vasitəçiliyi böyük olub. Şamil müəllim diplomu adını açıqlamadığı Təhsil Nazirliyinin vəzifəli işçilərindən birinin köməkliyi ilə aldığını deyib... Saxta diplomu Şahin Rəşidova verəndə deyib ki, qorxma, bunun arxasında Təhsil Nazirliyinin filan vəzifəli şəxsi dayanıb (Biz həmin məmurun adını açıqlaya bilmədik. çünki özünün buna münasibətini öyrənmək lazım gəldi. Red.). Onu da deyib ki, Saatlıda təkcə səndə deyil ki! Bu işin üstü açılanda isə Şahin Rəşidov diplom alarkən Şamil müəllimə verdiyi şirinliyi ala bilib. "Yenidənhazırlanma və İxtisasartırma" adı ilə Saatlıda xeyli müəllimə belə diplomlar verilib. Qiyməti də 2 min manata. İndi Şamil müəllimin "Yenidənhazırlanma və İxtisasartırma" "İnstitutunun" müəllimlərinə rayonun əksər məktəblərində rast gəlmək mümkündür. Rus dili müəllimi çönüb olub ingilis dili müəllimi. Həmin ingilis dili "müəllimi" bu dildə 10-15 söz bilə, ya bilməyə. Onları da qol-qabırğasını qıra-qıra deyir. Hələ digər fənlərdən Azərbaycan dili və ədəbiyyatı müəlliminə çönənlərini demirik. Belə müəllimlər Azərbaycan dili və ədəbiyyatdan ən sadə sualların cavablarını belə bilmirlər. Görəsən onlar şagirdlərə nə öyrədirlər? Xülasə, Şamil müəllimin diplom satdığı müəllimlər "təhsil aldıqları" ali məktəbin harada yerləşdiyini də bilmirlər. çünki oxumayıblar. Onlar deyirlər ki, bizim təhsil aldığımız universitet Saatlı rayonunda yerləşir, rektoru da Şamil Nurəliyevdir..."
Şamil Nurəliyev Misir Mərdanovun qərarının əleyhinə
Rayonda olarkən daha bir maraqlı məsələni də bizə bildirdilər. Məlum olur ki, Şamil Nurəliyev Təhsil Nazirliyindən xəbərsiz direktor və müəllim təyin edir... Məsələn, Saatlının Əzizbəyov adına şəhər orta məktəbinin direktoru neçə illərdir ki, Şamil müəllimin əmri ilə işləyir. Rayonun Qara Nuru kənd tam orta, Dədə Qorqud və digər kəndlərində diplomu olmayanlar, heç bir təhsil müəssisəsini bitirməyənlər pedaqoji kollektivin üzvləridir. Bunun səbəbini yalnız təhsil şöbəsinin müdiri Şamil Nurəliyev bilir. Belə "müəllimlər" nəyin hesabına işə girib, bunu müdirin özü yaxşı bilir... Buna görə də Saatlı təhsilində özbaşınalıq barədə nə yazmısınızsa, hamısı doğrudur...".
***
Rayonda olanda şikayət məktubundakı digər məsələlərə də aydınlıq gətirdim, bəzi araşdırmalarımı davam etdirdim... Bu barədə növbəti yazılarımda bəhs ediləcək.
Nəhayət, Bakıya qayıtmaq məqamında yenə də ürəyim dözmədi, vicdanımın səsi ilə Şamil Nurəliyevlə görüşmək üçün bir daha Saatlı Təhsil Şöbəsinə baş çəkdim. Düzdür, jurnalist olduğumu gizlətdim, çünki jurnalist deyəndə ağına-bozuna, kimliyinə baxmadan elə bil "qutuda ilan" görürlər. Odur ki, Şamil müəllimin katibəsindən Qara Nuru kəndindən gəldiyimi deyib xəbər aldım. Dedilər ki, sabah gəlin, guya yanında nazirlikdən adam var... Və guya mən adam deyildim... Sonra yenidən sonuncu addımı da atdım və Şamil müəllimin hər iki mobil nömrəsinə zəng etdim. Yenə də daşdan səs çıxdı, bu telefonlardan yox...
Mövzuya qayıdacağam. / “Tezadlar” /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|