“Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                 

"ÇİNGİZ QƏNİZADƏ MƏNƏ ZORLA İMZA ATDIRDI"
Tarix: 17-04-2012, 18:47 | Çap et
"ÇİNGİZ QƏNİZADƏ MƏNƏ ZORLA İMZA ATDIRDI"

DEPUTATIN ŞƏKİL ÇƏKDİRDİYİ İMİŞLİ SAKİNİ DAHA BİR AÇIQLAMA YAYDI

DİA.AZ: - Bu gün yayılan məlumatlardan aydın oldu ki, Milli Məclisin deputatı Çingiz Qənizadə son vaxtlar bəzi şəxslər tərəfindən mətbuat orqanlarında özü haqqında yazılan yazıları araşdırıb. Deputatın qərargahından verilən xəbərlərdə bildirilib ki, həmin yazıların qərəzli və həqiqətə uyğun olmadığı məlum olub.

”Belə ki, 12 aprel 2012-ci il tarixində mətbuatda gedən “80 yaşlı YAP üzvü deputatı ittiham etdi” başlıqlı yazıda göstərilir ki, İmişli şəhəri, A.Şadlinski küçəsi, 3 saylı evin sakini, 80 yaşlı Dəmirov Sahib Xasay oğlu deputat Çingiz Qənizadəni 13 mart 2012-ci il tarixində evinin qəzalı olması ilə bağlı keçirdiyi aclıq aksiyasına kölgə salmaqda ittiham edir.

Deputat Çingiz Qənizadə 13.04.2012 tarixində İmişli rayonunun Qızılkənd kəndində seçiciləri ilə keçirilən növbəti görüşündən sonra rayon mərkəzində yaşayan Sahib Dəmirovun evinə qonaq gedib, mətbuatda gedən yazılarla bağlı vətəndaşla söhbət edib. Ağsaqqalla çay süfrəsi arxasında söhbət zamanı məlum olub ki, Dəmirov Sahib Xasay oğlu əslində heç aclıq aksiyası keçirməyib. O bildirib ki, onu aclıq aksiyası keçirməyə təhrik etsələr də, buna razılaşmayıb. Mətbuatda gedən yazılardan tam xəbərsiz olduğunu və onun adından istifadə edərək yazıldığını söyləyən Sahib Dəmirov millət vəkili ilə şəkil də çəkdirib”-deyə deputatın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Kür və Araz sahillərindən on kilometrlərlə uzaqda yerləşən və təbii olaraq Kür və Arazın daşmasından zərər görməsi mümkün olmayan İmişli şəhəri, Ç.Qənizadənin seçilmiş olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşmir.

”Belə olan halda isə Dəmirov Sahib Xasay oğlunun Ç.Qənizadənin seçicisi olmadığı aydın olur.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin şəxsi elektron ünvanı vasitəsilə çoxlu sayda dövlət qurumlarına, QHT-lərə, ictimai təşkilatlara ünvanlanmış şikayət ərizəsində Qarabağ veteranı və əlili kimi təqdim olunan Şahbazov Elman Nəriman oğlu ilə bağlı da məlumat əldə edilib. Aprelin 13-də onunla görüşmək istəyən millət vəkili, Sabirabad-İmişli magistral yolunun kənarında, Gövhərli kəndi ərazisində saat 14-00 radələrində Şahbazov Elmanın balıq satdığını şəxsən görüb”.

Millət vəkilinin araşdırmaları nəticəsində əldə etdiyi rəsmi sənədlərdə, Qarabağ müharibəsi əlili kimi göstərilən E.N.Şahbazovun əslində ümumi xəstəliyə görə (mülki) əlil olduğu məlum olub. Bunu “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbələri tərəfindən verilən arayışlar da (surətləri əlavə olunur) təsdiq edir.

Şahbazov Elman Nəriman oğlunun da Ç.Qənizadənin seçicisi olmadığı müəyyən olunub.

“Həmçinin mətbuata ötürülən həmin yazıların “Kür” Vətəndaş Cəmiyyəti ilə əlaqələri olan adamlar tərəfindən rayonda təşkil olunduğu da təsdiqini tapıb. Millət vəkili artıq şəxsiyyətləri müəyyənləşdilmiş bu vətəndaşlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir”-deyə deputatın mətbuat xidməti bəyan edib.

Elə bu dəqiqələrdə isə Çingiz Qənizadənin mətbuat xidməti adından yayılan məlumatı inkar edən bir sənəd redaksiyamıza daxil olub. Belə ki, DİA.AZ-a İmişli şəhəri A.Hadlinski küçəsi 3 saylı evin sahibi, YAP İmişli rayon təşkilatının 80 yaşlı üzvü Dəmirov Sahib Xasay oclu (şəxsiyyət vəsiqəsi: № AZE 05060281) tərəfindən imzalanmış ərizə daxil olub. Prezident İlham Əliyevə də ünvanlanan həmin ərizəni olduğu kimi diqqətinizə çatdırırıq:

«Möhtərəm prezident! İmişlinin başçısı Əbülfəz Ağayevi vəzifədən kənarlaşdırdığınıza görə Sizə dərin təşəkkürümü çatdırıram. Sizə aprel 2012-ci il tarixində yazdığım şikayət ərizəmə görə keçmiş başçı Əbülfəz Ağayev şəhər nümayəndəsi Abbas Nuriyevi bir məmurla qapıma göndərdi. 13 aprel tarixində Abbas Nuriyev icazəsiz olaraq həyətimə daxil olub, məni hədələməyə başladı ki, sən kimsən qoca vaxtında prezidentə və qəzetlərə şikayət edib, mənim atam Haqverdinin, başçımız Əbülfəz Ağayevin və deputatımız çingiz Qənizadənin adını hallandırırsan, oclanlarının cibinə nəşə qoyub həbs etdirərik.

O, harasa zəng etdi, Çingiz Qənizadə adlı deputat da gəldi. Mən onu ilk dəfə idi görürdüm. Mən elə bilirdim ki, mənim deputatım Əsabil Qasımovdur. Çingiz Qənizadə məndən hədə ilə soruşdu ki, sənə məktubu kim yazıb. Onun adını de, sənə ev tikək.

2 ildə evimi tikməyənlərin birdən-birə dəstə ilə qapıma gəlməsi məni qorxutdu, elə bildim məni qara basır. Abbas Nuriyev nə isə yazdı, dedi buna qol çək. Çingiz adlı deputat da mənə dedi ki, çəkməsən, vəziyyətin pis olacaq. Sən dövlətə təzyiq edib ev istəyirsən.

Mən onlara dedim ki, nəyə istəyirsiniz, verin qol çəkim. Çıxın gedin, sizin evinizi-zadınızı istəmirəm. Abbas Nuriyevin yazdığı kağıza qol çəkib, özünə verdim. Onun atası Haqverdi də mənə hansısa sənədə qol çəkdirmişdi.

Möhtərəm Prezident!

Bu ömrümün son çağında sizdən xahişim var, Abbas Nuriyevin atası Haqverdi mənə hansı sənədə qol çəkdirmişdi, bir ay sonra Abbas Nuriyev və Çingiz Qənizadənin dəstəsi mənə hansı yazıya qol çəkdiriblər. Onu bilmək istəyirəm. Vətəndaşlara qurunt sularından zərər çəkmiş evlərinə görə, təzə evi siz tikdirirsiniz. Niyə bunlar mənə ev tikmək əvəzinə boş kağızları hədə ilə qollatdırır. Sizə dərin hörmət və ehtiramla, Dəmirov Sahib Xasay oğlu, 15 aprel 2012-ci il».

Hər halda, Dəmirov Sahib Xasay oğlunun adından gələn bu ərizədən də aydın olur ki, ortada kifayət qədər qaranlıq məqamlar var və həqiqətən də 80 yaşlı İmişli sakininə hansı sənədlərin imzalandırılması da kifayət qədər maraqlıdır. Ən azından ona görə ki, artıq bəzi qaynaqlar hazırda 12 sutkalıq müddətə həbs olunmuş «Kür» Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyevə qarşı təxribat planının hazırlanması barədə məlumatlar yaymaqdadırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Dünən, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Dünən, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Dünən, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Dünən, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Dünən, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Dünən, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru