“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                 

CAHANGİR HACIYEVƏ ŞƏKİDƏN ŞOK İTTİHAM
Tarix: 23-04-2012, 10:22 | Çap et
CAHANGİR HACIYEVƏ ŞƏKİDƏN ŞOK İTTİHAM

BEYNƏLXALQ BANKIN RƏHBƏRLİYİNİN VƏHABİLƏRƏ NƏ AIDIYYATI VAR?

DİA.AZ: - Şəki şəhəri, M.F.Axundov pr. 3B ünvanda yaşayan Hüseynbəyli Nəbi Məmməd oğlu tərəfindən redaksiyamıza ilginc faktların yer aldığı bir məktub daxil olub. Bildirək ki, bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Gəncədə keçirilmiş vəhabi əməliiatı zamanı adı hallandırılan Rəşad Aşurovun barəsində şok məlumatların yer aldığı bu məktubun surətləri prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Milli Təhlüksizlik Naziri Eldar Mahmudova və Daxili İşlər Naziri Ramil Usubova da ünvanlanıb.

DİA.AZ olaraq, məktubu müəyyən redaktələrlə diqqətinizə çatdırırıq: “Mən, hər dəfə Sizlərə şikayət ərizəsi yazarkən yazdıqlarımın isbat olunması ücün əvvəlcədən yollar düşünürdüm ki, sonradan problem yaranmasın. Ancaq ALLAHIN köməkliyi ilə bu faktları mən isbat etməyə macal tapmamış, elə bir şərait yaranır ki, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bu quldur dəstəsi özləri qurduqları tora özləri düşdülər. 2010-cu ilin may ayından Sizlərə yazaraq bildirirdim ki, Murad Cabbarlını tərifləyib bu vəzifəyə təyin olunmasını məsləhət bilən Cahangir Hacıyev Şəkidə fəaliyyət göstərən müəssisələrinə ayrılan kreditlərin, habelə Dövlət Büdcəsindən ayrılan vəsaitlərin daha sürətlə və daha böyük məbləğdə mənimsənilməsini təmin etmək məqsədini güdmüş, buna da tam” nail” olmuşdur. Məndə bunu təsdiq edən sənədlər var.

Mən yazanda ki, bu dəstə vahabiliklə məşğul olur, silahlıdırlar, qanunsuz işlərlə məşğul olurlar, zorakılıq yolu ilə mənim və başqalarının əmlakını mənimsəyirlər, rüşvətxorluqla məşğul olurlar, onların dəstəsi günü-gündən böyüyür, Şəkinin Dövlət notariusu İsrail Məmmədovu, Şəki İcra Hakimiyyətinin keçmiş şöbə müdirləri – Tərlan Yusifovu, İlqar Vələdovu, hal-hazırda hüquq şöbəsinin işçisi Marif Mahmudovu, 113 saylı seçki dairəsinin sədri Ə.Qədirzadəni, Şəki Təhsil şöbəsinin müdiri S.İsmayılovanı və digərlərini, həmçinin bəzi məhkəmə işçilərini də özlərinə cəlb edərək Dövlət içində bir Dovlət yaratmışlar.

Cahangir Hacıyevin ətrafında olan qohumları – Cəmin Hacıyev, ABU-nun saxta diplomu ilə “Kapitalbank”ın və ABB-nin Şəki filialında vəzifə tutan Emil və Elvin Abdurahmanov qardaşları saxta yolla hərbi xidmətdən yayınmışlar. Onların atası Elçin Abdurahmanov Cahangir Hacıyevdən istifadə edərək, aldığı mənzilin pulunu “Şəki İpək” ASC-yə ödətdirmişdir (halbuki səhmdarlarına illərdir divident vermir ki, pul yoxdur), adına olan mülklərin yerləşdiyi yerlərdədə (Şəki,Ə.Dəmirçizadə küçəsində və s.) qanunsuz tikintilər aparır, anası T.Abdurahmanova isə ABU-nun saxta diplomu ilə illərdir ali təhsilli müəllimə kimi maaş alır. Şəki Təhsil şöbəsinin müdiri S.İsmayılova isə bunu hələ də gizlədir və bunlar faktdır, həm də sübuta ehtiyacı olmayan faktlardır.

Bütün bunları mən sübut etməyə macal tapmamış, mərhum Hikmət Səlimov, keçmiş baş memar Y.Abdurahmanov, İcra hakimiyyəti başçısının keçmiş müavini E.Qəhrəmanov- M.Cabbarlının qurbanı oldu. “Şəki Bazar” ASC-nin rəhbəri V.Abdullayev və onun vassalları – Eldəniz, Eldar, Elxan, Qurban, bazarda sahibkarlıqla məşğul olan və onlarla əlbir olub bizim əmlaklarımızı talan edən Ramiz Əbdürəhimov, Rahim, Nazim Rəsulov, Övsət Məcidov və s. kimi şəxslər bizim kimilərindən biri – Əlövsət Firidun oğlu Mütəllibovu canından bezdirərək özünü öldürmək həddinə çatdırdılar.

Polis işçilərinin səyi nəticəsində bu faciənin qarşısı alındı. Çox təəssüf ki, mən saysız-hesabsız şikayət ərizələri yazıb, bu quldurların özbaşınalıqlarından məlumat verəndə, onların məni oğurlamaqla hədələməyini dəfələrlə Şəki rayon Prokurorluğuna yazıb məlumat verəndə heç kim baxmaq istəmirdi (“Şəki Bazar” ASC İH-nin sədri V.Abdullayevin kabinetində bu adamların iştirakı ilə bu hədə-qorxunu mənə şəxsən R.Aşurov göndərmişdir).

Cahangir Hacıyev dəstəsinin quldurlarını mən çox gözəl tandığım üçün, V.Abdullayev və R. Aşurovun daha təhlükəli olmasını xüsusi qeyd etmişəm. R. Aşurov həm də ona görə təhlükəli idi ki,onu həm V.Abdullayevin rəhbərlik etdiyi “Şəki Bazar” ASC, həm də Rauf Cəlilov və Cəmil Hacıyevin rəhbərlik etdiyi “Şəki Tikinti Materialları” ASC qanunsuz gəlirləri ilə maliyyələşdirir. Görəsən Cəmin Hacıyev kimi fərariyə bu boyda əmlakı olan ASC haradan olub?

R. Aşurov kimdir? R. Aşurov əvvəllər ABB-nin özəl mühafizə xıdmətində mühafizəçi işləyib, Cahangir Hacıyevin ən yaxın “iş ortağı”, qanunsuz yollarla pulların mənimsənilməsində ən fəal “biznesmen” Dünyamin Xəlilovun şəxsi sürücüsü,”yaxşı” işlədiyinə görə elə D.Xəlilov tərəfindən “irəli” çəkilərək, Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisi olmuşdur. İndi kim deyə bilər ki, R.Aşurovun hərəkətlərindən Cəmin Hacıyevin, D,Xəlilovun və başqalarının xəbəri yoxdur? Axı istər Cəmin Hacıyev, istər D.Xəlilov, istərsə də Cahangir Hacıyev və onun yaxınları bölgəyə səfər edən zaman məhz R.Aşurovun onları müşaiyət etməsi nədən xəbər verir? Belə bir fakt da var ki, R.Aşurovun tapşırıqlarını Şəkidə birbaşa V.Abdullayev və Eldəniz, R.Cəlilov yerinə yetirirdilər.

Bir sözlə, zəncirvari cinayətlər törədən bu cinayətkar şəbəkənin kimlər tərəfindən idarə olunması Sizə bilmirəm, mənə artıq məlumdur. Çünki, 2010-cu ilin aprel ayından, 2011-ci ilin may ayına qədər Cahangir Hacıyevin, D.Xəlilovun birbaşa rəhbərliyi altında Şəkidə M.Cabbarlının başçılığı ilə bu dəstə altı milyon manat pul mənimsəmiş, sözsüz ki, belə mənimsmələr tək Şəkidə deyil və bu pullardan da belə cinayətlərin törədilməsi və ört-basdır edilməsində geniş istifadə olunmuşdur.

Mən, dediklərimin üstündə duraraq bir daha təkrar edirəm ki,Cahangir Hacıyevin müəssisələri ancaq özləri üçün, ayrılmiş kreditlərin mənimsənilməsi üçün yaradılmışdır, Şəki üçün heç bir faydası yoxdur, əksinə Şəkini nüfuzdan salır. Bu müəssisələrin hesabına qanunsuz yollarla varlanan bu şəxslər isə daima Dovlətimizin bünövrəsini qazıyır, Dövlətimizə, Dövlətçiliyimizə böyük təhlükə yaradırlar. Bunlar qanunsuz yollarla qazandığı var-dövlətdən istifadə edərək hakimiyyət iddiasına düşəcək qədər təhlükəlidirlər.

Mən, çox təəssüf edirəm ki, bütün bu təhlükəli adamların işlətdikləri cinayətlər barədə faktlar mənim tərəfimdən Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Respublika Hərbi Prokurorluğuna, Zaqatala Hərbi Prokurorluğuna, Şəki rayon Prokurorluğuna, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Müdafiə Nazirliyinə, Hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olunmasına baxmayaraq, heç bir tədbir görülmür, açıq-aşkar rüşvət alınaraq ört-basdır edilir, quldurların daha da azğınlaşmasına şərait yaradılır və görəsən bununla kimin dəyirmanına su tökülür?!”

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru