Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                 

İSGƏNDƏR HƏMİDOVUN QƏHRƏMANLIĞI…
Tarix: 30-04-2012, 11:31 | Çap et
İSGƏNDƏR HƏMİDOVUN QƏHRƏMANLIĞI…

GƏRƏK İSGƏNDƏR BƏY ZAMANINDA TOYUQ CİLDINDƏ OLANLARIN BAŞINI KƏSƏYDİ!

Xatırlayırsınızsa, belə bir yazarımız da var: Əlisa Nicat. Əslində Əlisa bəyə zamanında çox hörmətlə yanaşmışam və yazılarını diqqətlə izləmişəm. Bir milli ruh olub vaxtilə… ən azından Azərbaycan sevgisi olub bu adamda. Açığı son zamanlar heç təqib etmidrim. Deyəsən, son zamanlar «Sonanın uşaqlarına» qoşulub, əgər belə olmasaydı son yazısında «ə, türk və ya Boz Qurd olub axı neylədiniz» ifadəsini özünə yaraşdırmazdı.

Yaraşdırırsa, demək, artıq iş işdən keçib. Əlisa Nicatı da sellər aparıb saldı kimlərinsə qoynuna. Olsun, ahıl yaşında ondan toyuq başı kəsməsini - özünün qəhrəmanlığa tay tutduğu bir işi gözləyəs deyilik ki?

Hə, əziz oxucular. Biri var idi, biri yox idi… bir Əlisa Nicat var idi. Onun bir gün yadına düşür ki, bəs İsgəndər Həmidovu hamı hədəfə alıb, hamı keçmiş nazirin ünvanını topa tutub, hamı onun taxta qapısını döyəcləyir… Adamdır də, çiy süd əmib. Gec də olsa çiy süd öz təsirini göstərib. Deyib ki, ən asanı elə budur. Mən də döyəcləyim. İndi İsgəndər Həmidovun qarasınca danışmaq hətta toyuq kəsməkdən də ucuz başa gələn bir qəhrəmanlıqdır. Görünür, ahıl yaşlarında Əlisa Nicatın könlünə qəhrəmanlıq düşüb, yoxsa «İsgəndər Həmidovun «qəhrəmanlığı» - Bir toyuq başı belə, kəsməyən adam özünü necə qəhrəman hesab edə bilər?» başlıqlı-yarımbaşlıqlı yazısını yazmaz və yaxud da belə bir hazır yazının altına imzasını basmazdı.

Əslində həmin yazını oxuyanda məsələnin heç də İsgəndər Həmidovla bağlı olmadığının tam fərqinə vardım. Çünki əgər Əlisa Nicat İsgəndər Həmidova «ə» deyərək müraciət edirsə, «Türk», «Boz Qurd» kəlmələrini kiçik hərflərlə yazırsa və bununla sanki uzun illərin həsrətində, təşnəsində olduğu bir işi gördüyünü zənn edərək bir rahat nəfəs alırsa, deməli, iş tamam başqadır. Əlisa Nicat İsgəndər Həmidovu «vurmaqla» əslində Azərbaycan Türkü adına olan içindəki xıltını, xəbisliyini nifrinini ortaya qoymuş oldu. Bərəkallah, bunca müddət boyunca bu gün baş hərflərini kiçik işarə ilə qeyd etdiklərinə nökərçilik etdin, bir iş çıxara bilmədin, indi əksini söyləməkləmi nəyəsə nail olmaq istəyirsən? Ə?!

Deyirsən ki, İsgəndər Həmidov bir toyuq başı belə kəsməyib və buna görə də bu adamdan qəhrəman ola bilməz. Tamm. Tutalım sən düz deyirsən. Bəs o zaman nədən İsgəndər Həmidov nazir olanda hamınız toyuca dönüb onun süfrəsinin qırıntılarını dənləyirdiniz? Arxayın idiniz ki, başınızı kəsə bilməz… Hə də, İsgəndər bəy toyuqlara qıymır, amma çoxunu toyuca döndərmişdi.

Cənablar, misterlər, bir daha xatırladıram, bu gün İsgəndər Həmidovun qarasınca deyinmək, onun haqqında ağzına gələni danışmaq çox asan bir işdir. İndi sual edirəm, bunun eynisini hazırda İsgəndər Həmidovun yerində dayanan adamlarla bağlı təkrarlaya bilərsənmi? Bu gün hansı nazirə «ə» deyə müraciət edə bilərsən? İmnaszıdır… Amma İsgəndər Həmidov - sənin bəyənmədiyin İsgəndər Həmidov və o dönəmin prezidenti olmuş mərhum Əbülfəz Elçibəy sənə və sənin kimilərə o qədər azadlıq haqqı tanımışdı ki, indinin özündə belə nə etdiyinin fərqinə vara bilmirsən. Deməli, elə sənin kimiləri «ə», «əşi» yerinə qoymaq lazım imiş, adam bilib qucaqlamaq yox…

Deyirsən ki, İsgəndər Həmidov bir düşməni belə məhv etməyib. Daha bu qədər kor-koranəlik ola bilməz axı… Ən azından İsgəndər Həmidovun Astarada, Yevlaxda, Mingəçevirdə və başqa bölgələrdə məhz Azərbaycana, Azərbaycan dövlətinə qarşı quldurluq edən mafiyalara qarşı apardığı mübarizəni unutmaq olmaz. Hansı yaxşıdır: bu gün mafiyanın ölkəni idarə etməsimi, yoxsa mafiyanın layiq olduğu qəfəsə salınmasımı?

Deyirsən ki, İsgəndər Həmidov toyuq başı belə kəsməyib. Ona görəmi düşmən Ermənistanda İsgəndər Həmidovun, onun qardaşı, Tərtər rayonuna başçılıq etmiş Sərdar Həmidovun başına pul qoyulub, onların Ermənistan dövləti tərəfindən rəsmən qətllərinə fərman verilib? Bir erməninin belə burnunu qanatmayanla bağlı Ermənistan bu şəkildə fərmanmı verərdi?

Deyirsən ki, İsgəndər Həmidov toyuq başı belə kəsməyib. Mən də razı. Gərək kəsəydi. Əgər kəssəydi, bu gün kimlərsə toyuq kimi bu böyük Türk oğlunun əl-ayağına olaşmağı belə ağlının ucundan keçirməydi…

Məhəmməd ƏRSOY










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru