DYP-DƏ CƏRİMƏ MAXİNASİYASI
Tarix: 2-05-2012, 17:00 | Çap et
BU FIRILDAQ PROSESİNDƏ BANKLAR DA İŞTİRAKÇIDIR
Dövlət Yiol Polisi əməkdaşlarının qanunsuz hərəkətləri bitib-tükənmir. Müəyyən yollarla vəzifə səlahiyyətlərindən sui-istifadə halları bu qurumun bəzi əməkdaşlarının gündəlik iş prinsipinə çevrilib. Redaksiyamıza müraciət edən Bakı şəhər sakini də yol polisinin özbaşınalığına məruz qalıb. Amma nə qədər qəribə olsa da, bu dəfə yol polisi sürücüyə deyil, piyadaya qarşı özbaşınalıq edib. Bakı şəhər sakini, tanınmış jurnalist Hacı Zeynalov deyir ki, o yol polisi tərəfindən piyada kimi yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnsə də, onun cərimə ödəməsinə imkan verilmir. Şikayətçinin dediyinə görə, bu il martın 31-də Bakının Nərimanov rayonu, Gənclik dairəsində piyadalarla bağlı reydə düşüb. Şikayətçi qanunu pozduğunu etiraf edir və ona qarşı tətbiq edilən cərimə ilə razıdır. Amma…
Cərimələnən piyada pulu kimə və necə ödəsin, bilmir
Amması odur ki, piyadanı cərimələyən yol polisi əməkdaşı ona qarşı haqsızlıq edib. Daha doğrusu, yol polisinin əməkdaşı cəriməni özü bildiyi kimi yazıb ki, piyada cəriməni bir neçə dəfə artıq ödəsin. Piyadanın adi vətəndaş olduğunu zənn edən yol polisi düşünüb ki, cərimələdiyi şəxs hüquqlarını bilmir. Elə buna görə də, yol polisi vəzifəsindən sui-istifadə edib. Nəticədə piyada jurnalist bir aydan artıqdır ki, cəriməni ödəyə bilmir və ödəniləcək məbləğin üzərinə hər gün əlavə məbləğ gəlir. Bu da yol polisinə xeyir, piyadaya isə ziyandır. Bilərəkdən piyadaya külli miqdarda ziyan vurmağa cəhd edən yol polisi əməkdaşı barədə isə tədbir görülmür. Hazırda piyadanın bir aydan artıqdır ki, döymədiyi qapı, şikayət etmədiyi aidiyyəti məmur qalmayıb. Yol polisinin əməkdaşı isə piyadanı bu vəziyyətə salmasından həzz alır. Dövlət yol polisinin əməkdaşı bilir ki, vətəndaşın ödədiyi məbləğin müəyyən faizi onun əmək haqqının artmasına səbəb olacaq. Elə buna görə də, o bilərəkdən qanunsuzluğa yol verib ki, vətəndaşdan bu yolla rüşvət alsın. Hələ ki yol polisi buna nail olur. Amma buna nə vaxta qədər nail olacaq bilinmir.
Nərimanov yol polisi əməkdaşı piyada və sürücülərə elə divan tutur
Hadisə belə olub. Şikayətçi həmkarımın dediyinə görə, o Gənclik dairəsində həqiqətən də yol hərəkəti qaydalarına zidd olaraq piyada keçidindən istifadə etməyib və yolda avtomobillərin hərəkətinə mane olub. Həmin vaxt da adıçəkilən ərazidə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyi ilə bağlı reyd keçirirmiş və təsadüfən Hacı Zeynalov reyd zamanı yaxalanıb. Bu faktı özü tam etiraf edir və qaydanı pozduğunu deyir. Bu vaxt Nərimanov rayon Yol Polisi Şöbəsinin əməkdaşı Ə.Almuradov ona yaxınlaşıb və yol hərəkəti qaydalarına zidd hərəkət etdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq protocol tərtib edib. Hacı Zeynalov da protokolun şərtləri ilə razılaşıb. Piyada qanunvericiliyə uyğun olaraq cəriməni yerində ödəmək istəyib və təklifini yol polisi əməkdaşına bildirib. Amma cənab Almuradova bu vasitə sərf etməyib. Əvvəlcə yol polisi Hacı Zeynalovdan şəxsiyyətini təsdiq edən sənəd tələb edib. Almuradov elə zənn edib ki, piyadanın şəxsiyyətini təsdiq edən sənədi üzərində olmayacaq və o da bundan istifadə edib protokol yazacaq. Amma Hacı Zeynalov şəxsiyyət vəsiqəsini dərhal yol polisinə təqdim edib. Bu isə polis əməkdaşını çaşdırıb. Bir müddət Hacı Zeynalovla mübahisə edən yol polisi vəzifə səlahiyyətlərini aşaraq onu protokol tərtib etmək üçün Nərimanov rayon Polis İdarəsinə aparıb. yazmaq üçün aparıb, özü də məcburi. Yol polisi Ə. Almuradov orada Hacı Zeynalovun yol hərəkəti qaydasını pozması barədə protokol tərtib edib və piyadaya verib. Qanunlara riayət eədn jurnalist-piyada protokolu qəbul edib və dərhal cəriməni vaxtında ödəmək qərarına gəlib. Amma…
Yol polisinin qəsdən səhvi jurnalisti “Kapitalbank”la üz-üzə qoyub
Yenə də bir amma çıxıb. Hacı Zeynalov deyir ki, cəriməni ödəmək üçün “Kapitalbank”a yollanıb. Bankda cəriməni ödəyəndə məlum olub ki, Ə. Almuradov onun barəsində tərtib etdiyi protokolu bilərəkdən səhv kodlaşdırıb. Bankdan bildiriblər ki, Hacı Zeynalova verilən protokolun kodunda başqa şəxsin adı var və Hacı Zeynalovun bu protokola ümumiyyətlə aidiyyəti yoxdur: ”Ə. Almuradovun tərtib etdiyi protokolun kodu 497501-dir. Amma, “Kapitalbank”dan bu kodda əcnəbi vətəndaşın adı çıxdı. Mənim adıma olan kod isə ya başqadır, ya da ümumiyyətlə yoxdur. Buna görə də cəriməni ödəyə bilməyib geri qayıtdım. Nərimanov Rayon Polis İdarəsinə məlumat versəm də, bu barədə heç bir tədbir görülmədi və mənə bildirdilər ki, kod düzgündür, guya mən banka getməmişəm. Məcburiyyət qarşısında protokolun kodunu dəqiqləşdirmək üçün yenidən banka yollandım. Amma, yenə də mənə eyni cavab verildi ki, həmin kodlu protokol əcnəbi vətəndaşa aiddir. Artıq bir aydan çoxdur ki, mən yol polisi ilə bank arasında qalmışam. Nə cəriməni ödəyə bilirəm, nə də bu barədə tədbir görülmür. Müraciət etmədiyim qurum qalmayıb. Yol polisi əməkdaşının özbaşınalığı barədə heç kim tədbir görmək istəmir”.
Yol polisi jurnalistdən necə pul qoparmağın yolunu tapıb
Hacı Zeynalov iddia edir ki, yol polisi əməkdaşı Ə. Almuradov bilərəkdən kodu səhv yazıb. Səbəb isə onun protokolda göstərilən məbləğdən artıq vəsaitin ödənilməyə məcbur edilməsidir: “Səbəb çox sadədir. Hamı bilir ki, yol polisinin tərtib etdiyi protokolun cəriməsinin ödənilmə vaxtı bir aydır. Qanunvericiliyə görə, cərimə bir ay müddətində ödənilməsə, ondan sonra keçən hər gün üçün vətəndaş 1 manat əlavə gecikmə faizi ödəməlidir. Bu isə dolayısı ilə yol polisinin vətəndaşları soymasıdır. Bu cür hadisə yüzlərlə insanın başına gəlib və biri də mənəm. Artıq mənim barəmdəki protokolun son ödəmə tarixindən iki gün keçib. Artıq iki gün ərzində həmin cərimə 10 manat deyil, 12 manat olub. Təxminən bir ay da geciksə mən cəriməni 10 manat deyil, 42 manat ödəməliyəm. Yol polisi də bilə-bilə bu cür hərəkət edib ki, o məndən qanunsuz yolla pul alsın”. Hacı Zeynalovun dediyinə görə, bu prosesin yol polisinə ikinci sərf edən variant da var. Bu isə polisin şəxsən qazancının artmasıdır: “Belə ki, polis mənə protokol yazmaqla özünün işə məsuliyyətli yanaşmasını sübut edir və yuxarı rəhbərlikdə qanunla işlədiyini sübut edir. İkincisi isə odur ki, mənim barəmdə tətbiq edilən cərimənin məbləğinin artmasından yol polisi mənfəət əldə edir. Yəni mənim ödədiyim 10 manatın da müəyyən faizi Ə. Almuradovun əmək haqqının üstünə hesablanır. Ona görə də, yol polisi belə hərəkət edir ki, onun əmək haqqına bir protokoldan 10 manatın deyil, 40-50 manatın faizi gəlsin. Məqsəd budur. Buna görə də protokolun kodu qəsdən səhv qeyd olunur”. Jurnalist yol polisinin qanunsuz hərəkətilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Hacı Zeynalov nazirdən yaranan problemin həll edilməsi üçün müvafiq göstəriş verilməsini istəyir. Müraciətdə həmçinin, Gənclik dairəsində onu saxlayan polis əməkdaşı Ə.Almuradovun hərəkətləri barədə ölçü götürülməsini xahiş edib.
Samir Əli
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|