Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                 

ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR
Tarix: 7-05-2012, 11:37 | Çap et
ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR

«ŞUŞA İŞĞAL OLUNARSA, BAŞIMA GÜLLƏ ÇAXACAM»...

DİA.AZ: - Əslində, hər zaman hansısa itkimizlə bağlı müzakirələr aparılarkən öz içimizdən baiskarın tapılıb, hədəflənməsinə qarşı olmuşam. Amma bəzən elə hallar olur ki, bəzən elə faciələrdən danışılır ki, artıq içimizdəki baltaların adını çəkməyə bilmirsən. Elə qarşıdan işğalının, ermənilərə peşkəş edilməsinin ildönümü gələn Şuşa ilə bağlı danışdıqda da milli xainlərimizi xatırlamamaq olmur.

Kimdir onlar? Təbii ki, bu məsələnin üzərinə gələcəyik. Əsas olanı isə nəyi itirmişik - sualının cavablanmasıdır. Bəli, Şuşa bir şəhər olaraq özünün hər türlü dəyəri ilə Azərbaycan üçün mühüm bir əlahiddəliyə malik idi. Hərbi nöqteyi-nəzərdən də bu şəhər Qarabağın ürəyi idi və digər dəyərlər baxımında da. Biz isə bir millət olaraq ürəyimizi düşmən tapdağı altına çox asanlıqla, hətta düşünə bilinəcəkdən də asan bir şəraitdə təslim etdik. Və bu gün hər birimizi ağrıdanı da budur.

Təbii ki, burada Şuşa uğrunda döyüşlərdə canını və sağlamlığını itirmiş, fəda etmiş oğul və qıxlarımızın haqqını unutmuruq və onların hər birinin qarşısında baş əyirik. Onlar əllərindən gələni etdilər və bu barədə kiminsə əyər-əskiyinə danışmağa haqqı yoxdur. Söhbət bizim bir millət olaraq Şuşaya sahiblənə bilməməyimizdən gedir. Fərdlərin yox, bizlərin sahiblənə bilməməsindən…

Bu gün hər kəs - bu işlərə aidiyyatı olan hər kəs Şuşanın işğalının hansı şəraitdə baş verməsi dartışılarkən gen-bol danışır. Olsun, iş görə bilmədiyimizdən danışmağımız təbii görünür. Amma bu danışanlar içində birisi hər zaman mənim xüsusi olaraq diqqətimi cəlb edib. Söhbət Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevdən gedir. Şuşanın işğalı, Şuşanın düşmənə təslimi məhz onun aktivinə yazılıb. Məhz Rəhim Qazıyevin boynunun borcu hesab olunub. Çünki həmin ərəfədə hələ də sovet dövrünün aşıladığı köləlik psixologiyasından çıxa bilməyən əksəriyyətimiz Rəhim Qazıyevi bu mərtəbəyə gətirmişdi. Onun Milli Azadlıq Hərəkatındakı pafosları onu Azərbaycanın Müdafiə Naziri postuna daşımışdı. Ya zəlzələdən, ya da vəlvələdən… Rəhim Qazıyev adlı riyaziyyat müəllimi - 40 rubla tələbələrə qiymət yazan bir adi ali məktəb müəllimi Azərbaycanın Müdafiə Naziri postunu tuturdu və özü də Azərbaycanın taleyi qumar masasına qoyulan bir zamanda.

Rəhim Qazıyev bu gün inkar edir ki, o, heç bir zaman «Şuşa işğal olunarsa, başıma güllə çaxacam» ifadəsini işlətməyib. Etsin, etməlidir də. Daha nəyi gözləyirdiniz ki? Deməli idi ki, yox, canım, mən bunu demişəm. Deyə bilməzdi, etiraf edə bilməzdi axı… O zaman gərək ki kişi olan kəs dediyinə də əməl edib, başına bir güllə ÇAXMALIYDI.

Rəhim Qazıyev isə yaşamaq istəyir. Yaşasın, hər kəsin haqqı var yaşamağa. Amma bizim bir millət olaraq günahımız nə idi ki, bizlər Şuşa-Qarabağ itkisini yaşamalı olduq. Nə etmişdik ki, müharibəyə dama-damalı riyaziyyat dəftərindəki «voynuşka» oyunu kimi baxan birisi minlərlə qeyrətli Azərbaycan oğlunun və Azərbaycan torpaqlarının taleyini həll edirdi? Günahımız nə idi Allah qarşısında? Hansı günaha batmışdıq ki, Tanrı bizə Rəhim Qazıyevi bir cəza olaraq yollamışdı?

O, bu gün danışır. Hətta özünü vətənpərvər də adlandırır. Hətta AXC iqtidarının o zamankı məmurlarını belə suçlayır. Mərhum Əbülfəz Elçibəyə ağzına gələni də deyir. Çox asan bir yolu seçib. Olsun, o da yaşamalıdır. AXC iqtidarını söyməzsə, yaxşı bilir ki, onu yaşatmazlar. Çünki onun kimilərinin əsl ünvanı ya torpağın altıdır, ya da torpağın hüdudları. Əslində, Rəhim Qazıyev də Əlikram Hümbətov kimi Azərbaycanı tərk etməli idi. Başqa bir yolu yox idi. Amma o, axırıncı bir yolu seçdi. Ayağında Şuşa-Qarabağ boyda bir günahı - AĞIRLIĞI ilə Azərbaycanda yaşamağa üstünlük verdi. Hətta bir ara mətbuata çıxıb, hansısa fermer haqqlarının tapdanmasından da danışırdı.

İnanın ki, onun bu cür danışıqlarını eşidəndə özüm intihara əl atmaq istəyirdim. Özüm hər dəfə ölüb-dirilirdim bu adamın yerinə. Bunun dərdinə baxın, ay Allah… Deyir ki, niyə YAP iqtidarı ona məsələn, traktor almağa imkan vermir və yaxud da ona Neftçalada ferma açmasına şarait yaratmır…

Nə isə. Rəhim Qazıyev bu tövrü ilə Azərbaycanda yaşamağı ilə yanaşı, danışır da. Bir də görürsən, mətbuatın ən sonuncu ucqarında qərarlaşmış bir qəzeti taparaq sinəsini açıb-tökür. Əslində içindəki xıltı ortaya qoyur. AXC iqtidarını Qarabağın işğalında ittiham edir. Yaxşı ki, Şuşa işğal olunanda mərhum Əbülfəz bəy prezident deyilmiş. Yaxşı ki, Şuşa ilə bağlı mərhum Əbülfəz bəy deməmişdi ki, «Şuşa işğal olunarsa, başıma güllə çaxacam»… nə yaxşı… Yoxsa indi Rəhim Qazıyevi susdura bilərdikmi?

Adam o qədər ucadan bağırır ki, doğru yerindəcə keçinir. Az qala AXC iqtidarı zamanı avtobus sürücüsü olmuş şəxsləri də Qarabağın işğalına görə ittiham edir. Sanki hərbə, müharibəyə o yox, başqaları məsul imiş. Sanki AXC iqtidarı dövründə yağ-pendir zavodunun müdiri olanlar onun əl-qolunu bağlayıbmışlar. Və o da Qarabağı qoruya bilməyib.

Amma adam nə onu müdafiə nairi təyin edən Ayaz Mütəllibovun, nə də onu müdafiə naziri postundan türməyə yollayan Heydər Əliyevin iqtidarlarını tənqid edə bilmir. Halbuki Azərbaycan ordusu yaxşıdan-pisdən elə Əbülfəz Elçibəyin dövründə bir sıra hərbi uğurlara imza atmışdı. Və torpaq itkiləri AXC iqtidarından əvvəlki və sonrakı iqtidarların aktivinə daha çox aid olub.

Amma Rəhim Qazıyev buna rəğmən danışır. O gün də danışıb. Hətta ənənəvi olaraq DÜŞMƏN elan etdiyi AXC iqtidarının prezidenti Əbülfəz Elçibəyin də qarasınca deyinib, o zamankı daxili işlər naziri İsgəndər Həmidovun da. Nə deyirik. Danışsın. Çünki bilirik ki, ona bu cür danışıqlarına görə, pul verirlər, onu bu cür danışıqlarına görə yaşadırlar. Amma bir damcı insafı olan kəs bilməlidir ki, yaşam naminə danışanda belə kişiliyi unutmaq olmaz və əgər danışdıqların kimlərəsə böhtandırsa, belə yaşam şərtinə tüpürmək ən doğrusudur…

Seçim sizindir, Rəhim bəy!..

Elcan – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru