AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                 

BRİTANİYADAN AZƏRBAYCANA SƏRT İSMARIC
Tarix: 10-05-2012, 13:11 | Çap et
BRİTANİYADAN AZƏRBAYCANA SƏRT İSMARIC

“SİYASİ İSLAHATLAR MÜTLƏQ KEÇİRİLMƏLİDİR”

«Azərbaycan hökuməti son 10 ildə ölkədə demokratik yox, məhdud modernləşmə siyasəti aparıb». Bu barədə Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzinin yaydığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatı genişlənsə də siyasi motivli həbslər davam etdiyindən ölkədə siyasi azadlıq, ədalətli seçki və mətbuat azadlığı sahəsində vəziyyət pisləşib.

Hesabat müəllifləri xəbərdarlıq edir ki, artıq ölkədə neft bumu arxada qalıb və Azərbaycan hökuməti əldə etdiyi vəsaiti ağılla xərcləməli, korrupsiya və səriştəsizliyə qarşı mübarizəyə sərf etməlidir, əks halda ictimaiyyətin böyük təzyiqilə üzləşəcək.

«AZƏRBAYCAN DİQQƏT MƏRKƏZİNDƏ»

«Azərbaycan diqqət mərkəzində» adlanan hesabatda Azərbaycanın demokratik inkişaf, qanunun aliliyi, media azadlığı, mülkiyyət hüquqları və digər əsas idarəçilik və insan haqları sahələrində problemləri dərindən təhlil edilib. Həmçinin beynəlxalq münasibətlərin, iqtisadiyyatın, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin ölkədəki vəziyyətə təsiri araşdırılıb.

Hesabatda vurğulanır ki, Böyük Britaniya, Avropa Birliyi və Qərbin Azərbaycanda iştirakı enerji diplomatiyası ilə kifayətlənməməli, islahatlar üçün daha güclü təzyiq etməlidirlər.

Sənəddə belə bir fikir irəli sürülür ki, Azərbaycan hökuməti demokratik yox, məhdud modernləşdirmə siyasəti yürüdür. Bəzi qanunvericilik və dövlət prosesləri yaxşılaşdırılsa da, Azərbaycanda hakimiyyətin təbiəti plüralist deyil, insan haqlarına dair bəzi əsas sahələrdə və idarəçilikdə vəziyyət pisləşir. Buna görə də hesabatda Azərbaycan hökumətinə bir sıra tövsiyələr irəli sürülür.

AZƏRBAYCAN HÖKUMƏTİNƏ TÖVSİYƏLƏR

– Parlament seçkilərində namizədlik üçün 450 imza tələbi azaldılsın və seçkilərdə saxtakarlığa son qoyulsun;
– 2011-ci ilin anti-korrupsiya kampaniyası canlandırılsın, monitorinq gücləndirilsin, dövlət kontraktları açıq tenderə çıxarılsın, bazarlara siyasi nəzarət aradan qaldırılsın. Vergi yoxlamalarında sui-istifadə halları aradan qaldırılsın;
– Məhkəmə Hüquq Şurasına icra strukturlarının təsirini azaltmaq üçün islahatlar aparılsın, cinayət işlərində bəraət şansını artırmaq üçün ittihama meyllilik azaldılsın, siyasi işlərə, hökmlərə, cəzalara son qoyulsun;
– Müdafiə vəkilləri üçün təhsil, ixtisasartırma və təlim şəraiti, onların müştərilərə çıxışı, məhkəmənin təyin etdiyi müdafiə vəkilləri, siyasi işlərdə təqsirləndirilənlərlə davranış yaxşılaşdırılsın;
– Bütün siyasi məhbuslar buraxılsın, AŞPA-nın xüsusi məruzəçisinin ölkəyə çıxışına icazə verilsin;
– Siyasi etirazların hədəf auditoriyasına yaxın yerlərdə keçirilməsi üçün Bakının mərkəzində yeni məkanlar təsdiqlənsin. Qanuni piketlər və digər siyasi fəaliyyətə polis müdaxiləsinə son qoyulsun;
– QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunsun, onların qeydiyyata alınması yaxud imtina olunmasının aydın proseduraları müəyyən edilsin. Beynəlxalq QHT-lərə bürokratik təhdid və aşırı məhdudiyyətlərə son qoyulsun;
– Rəqəmsal yayıma keçid imkanından istifadə edərək müstəqil kanalların Azərbaycanda yayımına şərait yaradılsın. Azərbaycan kanallarına beynəlxalq verilişləri təkrar yaymağa icazə verilsin və ya Azad Avropa/AzadlıqRadiosu, BBC və Amerikanın Səsi-nin milli tezliklərdə yayımı bərpa edilsin;
– Milli Teleradio Yayım Şurası, Mətbuat Şurası və İctimai Televiziyanın strukturları və fəaliyyəti elə islah olunsun ki, onlar hökumətdən asılı olmasınlar. Müstəqil nəşrlər və jurnalistlər üçün iqtisadi imkanlar yaxşılaşdırılsın. Mətbuat Şurasının qara siyahısının dərci və müstəqil qəzet satanlara təzyiqlər dayandırılsın;
– Müstəqil jurnalistlərin, bloqqerlərin və fəallara qarşı siyasi motivli təhdid və təqiblər dayandırılsın, onlara qarşı «xuliqanlıq» kimi qeyri-müəyyən və uydurma ittihamlara son qoyulsun;
– İnternetə geniş zolaqlı çıxış ciddi şəkildə artırılsın. Bloqqerlərin hədəfə alınmasına, şəxsi e-mail hesablarına və sosial şəbəkələrdə tənqidlərin monitorinqinə son qoyulsun;
– Qadınlar və cinsi azlıqlar üçün bərabərliyin təminatı sürətləndirilsin, din azadlığına bürokratik məhdudiyyətlər ləğv olunsun;
– Dövlət Ehtiyacları üçün Torpaqların Alınması qanunu çərçivəsində hüquqi təminatlar gücləndirilsin, mülkiyyətin qanunsuz mənimsənilməsi və evindən məcburi çıxarılmaya son qoyulsun. Ədalətsiz kompensasiya sistemində islahatlar aparılsın;
– Ombudsman İnstitutunun müstəqilliyi artırılsın, Milli İnsan Haqları Fəaliyyət Planı yerinə yetirilsin;
– Münaqişə irsindən avtoritar nəzarəti gücləndirmək vasitəsi kimi istifadəyə, sülhyaratma cəhdlərinə maneələrə son qoyulsun;
– Ümumdünya Ticarət Təşkilatına qoşulma cəhdləri bərpa olunsun, rəqabəti artırmaq üçün Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə iş aparılsın;
– Dövlət Neft Fondunda tədbirli və uzun-müddətli idarəçilik təmin olunsun;
– Maaşların artırılması və proqramların tam maliyyələşməsi üçün səhiyyə və təhsil sahəsinə investisiyalar artırılsın. Miqrasiyanın qarşısını almaq üçün iş yerləri yaradılsın.

BEYNƏLXALQ İCTİMAİYYƏTƏ TÖVSİYƏLƏR

– Azərbaycan hökumətinin yuxarıda göstərilən məsələlər üzrə islahatlar aparması təmin edilsin, hökumətin idarəçilik və insan haqlarına dair, xüsusilə də Avropa Şurası və Avropa Birliyi qarşısında beynəlxalq öhdəliklərinə əməl etməsinə nəzarət olunsun;
– Avropa Birliyi özünün razılaşdırdığı insan haqları öhdəliklərinə nəzarəti və həmin öhdəliklərin müdafiəsini gücləndirsin. Azərbaycanın mülki cəmiyyətinə maliyyə və texniki yardım artırılsın;
– Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi ərəfəsində insan haqları sahəsində konkret irəliləyişlər etməsi tələb edilsin, yoxsa institutsional sanksiyalar qoyulsun;
– Minsk prosesi canlandırılsın, Azərbaycanın məcburi köçkün problemi barədə məlumatlılığı və problemə dəstəyi artırılsın;
– Azərbaycanda gələcəkdə keçiriləcək beynəlxalq siyasi, iqtisadi, idman və mədəniyyət tədbirlərindən siyasi islahatlara çağırış üçün istifadə olunsun. İslahatlar aparılmasa, Azərbaycanın Olimpiya oyunları yaxud Avropa Çempionatına ev sahibliyinə uyğun gəlib-gəlməməsinə baxılsın.

Hesabat Xarici Siyasət Mərkəzindən Adam Hug tərəfindən redaktə olunub. Sənədin ayrı-ayrı bölümləri Azərbaycandan iqtisadçı Vüqar Bayramov, Human RightsWatch təşkilatından Giorgi Gogia, Media Hüquqları İnstitutundan Rəşid Hacılı, Təbib Hüseynov və başqaları tərəfindən hazırlanıb. / Azadlıq Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Dünən, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Dünən, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Dünən, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Dünən, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Dünən, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru