
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.
Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu müddət bu gün saat 18:00-da başa çatacaq.