Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı .....                     Fevralın 28-də nə olacaq? .....                     Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu .....                     Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi .....                     Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                 

Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir: - yaxud “ağ atlı həkim”
Tarix: 26-08-2016, 11:15 | Çap et
Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir:
…Keçmiş səhiyyə naziri Əli İnsanov Nelson Mandela ola bilməyəcək. Korrupsioner eks-nazir olsa-olsa hikkəli, xidmət etdiyi iqtidarın onu cəzalandırmasına görə sınmayan, prinsipial biri kimi tarixdə qala bilər.
Və o da bəllidir ki, Ə.İnsanov həbsdə olmasa və nazir postunda bu gün də qalsaydı özünə qarşı nifrətin həddi-hüdudu ölçülməzdi. Zamanında medianı aşağılayan, kobud rəftarı ilə seçilən acıdil nazir səhiyyə sistemini ölümcül hala salmışdı. Bəli, Ə.İnsanov elədiyi əməllərin cəzasını yetərincə çəkib və məhkəməsində müxalifət liderlərindən də üzr istəyib. Doğrudur! Lakin…lakin kim zəmanət verə bilər ki Ə.İnsanov həbsdə yox, nazir postunda indi özünü necə aparacaqdı?!
Heç şübhəsiz ki, səhiyyə sahəsinin məhvində işini davam etdirəcək, korrupsiya fontan vuracaq, büdcə talanı, milyonların yeyintisi, xəstəxanalarda ölüm halları, şəxsi mal-mülklərini sayını artırmaq və s… Eynilə, indiki səhiyyə naziri Oqtay Şirəliyevdən fərqli bir nazir olacağını gözləmək olmazdı. İctimaiyyət nazir İnsanovu da görüb, məhbus İnsanovu da…
Bu ayrı məsələdir ki, günahlarının yuyulması üçün tövbələr edib, səhvlərini etiraf edib, müxalifətə və mətbuata qarşı hərəkətlərindəki yanlışlığı anlayıb, məhkumluğu dövründə dustaqlara tibbi yardım göstərib, 11 il ərzində hakimiyyətə qarşı qətiyyətli, məğrur və yenilməz dayanıb, əfv yazmaqdan imtina edib və korrupsioner nazir şəxsi keyifyyətlərinə görə müsbət imic formalaşdıra bilib. Bu keyfiyyətləri həbsxanalarda müxtəlif dustaqlarda da tapmaq olar, qanuni oğru dünyasındakı nüfuzlu avtoritetlərdə də.
Ancaq müxalifət partiyalarının canfəşanlığı, dəridən-qabıqdan çıxması anlaşılan deyil. Sabiq nazir az qala liderə çevrilib, sanki azadlıqda olarkən düşərgəni pat vəziyyətindən çıxaracaq. Ömrünün 27 ilini həbsdə keçirən “dünyanın vicdanı” – Mandela ölkəsində ədalət və azadlığın bərqərar edilməsinə üçün aparteid rejiminə qarşı xalqla birgə mübarizə aparmışdı.
Onun təmiz bioqrafiyası, İnsanovdan fərqli olaraq xalq arasında nüfuzu, hörməti var idi və Mandela Cənubi Afrika Respublikasının prezidenti olur, qitənin inkişaf etmiş dövlətinə çevirir. Yəni, vəzifə başında ikən ölkəsini talamır, korrupsiyanın çiçəkləndirmir, xalqa zülm etmir. Nazir İnsanov isə səhiyyəni uçuruma aparıb, xalqın narazı hakimiyyətinə xidmət edib, nənki qitənin, dünyanın ən geridəqalmış səhiyyə ölkələri siyahısında Azərbaycanı salmağa nail olub.
Belədirsə, müxalifət İnsanovdan niyə qəhrəman düzədir? Müxalifət onun xalqın pullarına sahibləndiyi villalarını, obyektlərini, banklardakı hesablarını unudubmu? O Azərbaycan səhiyyəsinin onurğa sütununu qırıb, ölkə səhiyyəsini bərbad günə qoyub. Məhz korrupsioner fəaliyyətinə görə də həbs olunub. Müxalifət iqtidarın “vurulmuş”, nimdaş siyasətçilərinə bel bağlamaqdan yorulmadımı? Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov və indi də Əli İnsanov…
Təbii ki, İnsanova açılan yeni cinayət işi onun həbsdə saxlanmasına hesablanıb və sabiq nazirin hüquqları pozulub, qondarma ittihamla üzləşib. Onu həbsdə görmək arzusu da yoxdur. Hər halda 11 il cəza çəkmiş eks-nazir evinə getməli, ömrünün ahıl dövrünü ailəsinin yanında istirahət etməklə keçirməlidir. Amma heç bir halda müxalifətin lideri olmağa mənəvi haqqı yoxdur.
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib: ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq və müxalifəti uğursuzluq zolağından çıxaracaq. Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır – Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkib və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda, Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur…
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur.
Lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. Əli İnsanov möhkəm və köhnə kişidir, yolundan dönmür, sınmır. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir.
İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. Eləcə də müxalifəti gözləntilərin sonunda məyus edəcəyi istisna deyil.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Allah qapısını açsın!!!
Çingiz Coşqun, Cumhuriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Dünən, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Dünən, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Dünən, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Dünən, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Dünən, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Dünən, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Dünən, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Dünən, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Dünən, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Dünən, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Dünən, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Dünən, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Dünən, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Dünən, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Dünən, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Dünən, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Dünən, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Dünən, 13:58
Adımızı çəkən yoxdur...
Dünən, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Dünən, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru