Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                 

'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…' – deputatdan Rəsul Quliyevə sərt cavab
Tarix: 6-09-2016, 12:41 | Çap et
'Sən, Milli Məclis sədri deyil, uzağı ''JEK'' müdiri olmalı idin…'
Rəsul Quliyev son vaxtlar şou əhlini xatırladır. Adam üçün PR-ın qara, ağ fərqi qalmayıb. Ən axırıncı yolla da reklamdan çəkinmir. Hər halda belə olmasaydı, ölkə başçısının Bakı Dərin Özüllər zavodunda söylədiyi nitqdəki abstrakt hədəf subyektajında özünü görməz, yuyulmamış çömçə qiyafəsinə girməz, təcili “Meydan.Tv”-yə müsahibə verməz, Cevara obrazı ilə maskalanmazdı…

***
Yadıma 2005-in payızı düşdü. Rəsul Quliyev Bakıya doğru yol almışdı. Guya. Emissarlarına xəbər yollamış, insanları hava limanında qarşıdurmaya səsləmiş, yağmasa da babatca guruldamışdı. Amma niyəsə son anda bu “möhtəşəm” qayıdışdan imtina elədi. Daha doğrusu, sözü hərəkətə dövr etməyə cəsarəti çatmadı. Bakı üzərindən fırlanıb Simferopola istiqamət götürdü. Orda da “Interpol”un əlinə keçincə, təyyarənin bir küncünə sığınıb “Segah” üstündə sentimental açıqlamalar verməyə başladı. Adam elə yazıq, elə məzlum surət almışdı ki, tanımasan, dağınıq telini tumarlayardın...

Sonra anası, qardaşı rəhmətə getdi. Düşündük, bu dəfə gələr. Çünki, siyasi arenada bənzər presidentlərə zaman-zaman şahidlik etmişik. Məsələn, hətta şəxsinə münasibətin birmənalı olmadığı Mütəllibov belə ölüm ayağında olan övladının vəsiyyətindən xəbər tutan kimi dərhal bilet alıb Bakıya dönməyə qərar vermişdi. İqtidar da yazılmayan qanunları nəzərə alıb, öz jestini elədi. Ona toxunulmadı. İnsanlıq faktoru siyasəti üstələdi. Hərçənd Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən ona zamanında həmin jest edilməmiş, Ulu Öndər elə hava limanındaca sui-qəsdə məruz qalmışdı...

Müxtəsər, bəzən hamıdan öndə olmaq üçün hamıdan fərqli şeylər eləməlisən! Vacibatdır bu...
***
Quliyevin uzun illərdən bəri yaşadığı komplekslər isə deyəsən yenə baş qaldırıb. Və daha residiv formada. Yoxsa heç lüzum yox ikən, daha dəqiqi - müəllimə “ayın neçəsidir?” sualı verilməzkən tutaq: “Mən o vaxt “Əsrin Müqaviləsi” ilə bağlı Heydər Əliyevə öz iradlarımı bildirdim. Dedim, ayıbdır, belə müqavilə şərtləri olmaz” – tipli sərsəm açıqlamaları niyə ard-arda sıralayaydı ki?

Heydər Əliyev həyatda yoxdur. Təbii, şahid də yoxdur. Amma məntiq qanunauyğunluğu deyilən bir şey var axı. Rəsul Quliyev və... Heydər Əliyevə cavab qaytarmaq. Üstəlik, bu etirafları 20 il sonraya ertələmək...

P.S “İki şəxsiyyətlik” sindromu deyilən zadın bu olması gərək.

(Rəsul Quliyevin müsahibəsindən) Sitat -1: “Şahdəniz-2” yatağı ilə bağlı müzakirələr davam edərkən üzümü Heydər Əliyevə tutub dedim ki, “Cənab Prezident, daha bu şouda iştirak etmək istəmirəm. Mən getdim”. Mən gedəndən 1 saat sonra isə iclas bitdi”.

Rəsul Quliyev anlamır ki, həmin iclasın videosu və yazılı stenoqramı ən azından arxivlərdə qalır. Sabah ortalığa çıxsa, əlində olan yeganə meydandan - “skype” dəliyindən də məhrum olacaq. Ən azından biabırçılıq səbəbi ilə. Məhz həmin toplantıda iştirak edən, şəxsən tanıdığım 2 nəfərin isə dediyi budur: “Rəsul Quliyev sona qədər iclasda oturub, təsdiqləyici baş yelləmələrindən savayı da heç nə ilə yadda qalmayıb, axırda isə Heydər Əliyevə yarımşaquli vəziyyətdə minnətdarlıq edərək otağı dal-dala tərk edib”

Sitat-2: “İlham Əliyevi müşavirədə görmədim. Bəlkə də mən oturan sırada olub, amma mən dəqiq görməmişəm”.

Bu yerdə Rəsul Quliyev gözünün içinə qədər yalan danışır və üzərindən yarım dəqiqə keçməmiş növbəti suala cavabında özünü “yandırır”.

Sitat-3: “Xoşbəxt Yusifzadənin çıxış etdiyi zaman İlham Əliyevə tez-tez baxmasından anladım ki, məcburən danışır” (Bu cümlə dünən təxminən gecə 2.40 radələrində “Meydan Tv” və “Azadlıq. Info”-nun saytından çıxarılıb).

Bəs deyirdin, İlham Əliyev müşavirədə yox idi? Nə tez yadına düşdü? Qocalıq sklerozu buramı qədər irəlilədi?

Sitat-4: “Bu iqtidarın bütün fəaliyyəti korrupsiya ilə hakimiyyəti qorumağa yönəlib”.
Evin tikilsin, adam! Axtarış saytlarında necə ki “Maral” yazanda Nadir çıxır, eləcə də “korrupsiya”, “rüşvət” yazanda sən çıxırsan. Barı abır elə, bu mövzuya toxunma. Oğurluğun nəzəriyyəsini yazan - sən, xirtdəyinə qədər rüşvətə bulaşan - sən, korrupsiya cinayətindən dolayı dabanına birkərəmlik tüpürüb ölkədən qaçan - sən, 21 ildir heç yerdə işləməyə-işləməyə lüks otellərdən vurub dəbdəbəli villalardan, SPA salonlardan boylanan - sən, talamaq, yağmalamaq üzrə Ginnesin rekordlar kitabına adını qızıl hərflərlə yazdıran - sən...
Borclu çıxan biz?!

***
Qəhrəman olmaq istəyi hamının haqqıdır. Etiraz eləmirəm. Amma qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəman olmağa zamanı qalmır. Bu da ayrı bir həqiqət.

Sən, Milli Məclis sədri deyil, uzağı “JEK” müdiri olmalı adam idin. Ən azından ağlınla işin arasındakı kontrast pozulmasın deyə. Sadəcə yerin səhv düşmüşdü. Yenə çox şükür, axırda öz qəlibinə girdin, rahatladın. Yaradan böyükdür.

Tanrı və təbiət bəzi insanların üzünə elə doğuşdan “rişxənd damğası” vurur. Sən o tiplərə çox yaxınsan, Rəsul Quliyev! Həm də bütün parametrlərinlə: şivənlə, səsinlə, yerişinlə, duruşunla, üzündən dürr eləyib tökülən “intellektinlə”...

20 il Amerikada yaşayıb ingilis dilini öyrənməmək, hələ də tərcüməçi ilə gəzmək üçün adamdan hansı “fitri istedad” tələb olunursa, həmin “istedadın” yüz qatı qədər tələb də bir vaxt - hesabına vəzifə sahibi olduğun, karyera qurduğun, başına and içdiyin, yanında quyruq buladığın, az qala aldığın nəfəs barədə belə məruzə elədiyin insanların üzünə ağ olmaq üçündür. Sən bu “keyfiyyətlərin” “full paket”inə sahibsən, Rəsul Quliyev!

Arzu və reallıq çox fərqlidir. Eynən nağıl və gerçəklik kimi. Ayrıca, Vaşinqton və Masazırdan bəyanat verməyin, canlı və distansion siyasət yürütməyin də ciddi ayrıcalıqları var. Odur ki, malı-mala qatma. Siyasi psixozunu saytlara etaplama. Yuxun qaçan kimi irəliləyən fantaziyalarını camaata həqiqət formasında sırıma. Lütfən...

Bir “KVN” zarafatına tab gətirməyən, sarayın dəhlizindəcə Şən və Hazırcavablar Klubunun üzvlərinə hədə yağdıran, nəhayətində isə Heydər Əliyevin bir baxışı ilə “farağat” qalıb sözünü geri qaytaran, dili topuq çalan Rəsul Quliyev hər yerdə: qəbulda da, iclasda da, dəhlizdə də, hətta güman ki, evində dörd divarla baş-başa qaldığında da bənzər səksəkəni yaşayıb. Ki, birdən hansısa səhv, ya qələt ucbatından qulağına tərs şapalaq endirilər. Növbəti dəfə yeri, həddi bildirilər!

İndi hamam güzgüsü qabağında kişilənməyə nə var ki?

Elşən Musayev. Milli Məclisin deputatı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Dünən, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Dünən, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Dünən, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Dünən, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Dünən, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Dünən, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Dünən, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Dünən, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Dünən, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Dünən, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Dünən, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Dünən, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Dünən, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Dünən, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Dünən, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Dünən, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Dünən, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Dünən, 13:58
Adımızı çəkən yoxdur...
Dünən, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Dünən, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Dünən, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Dünən, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Dünən, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru