Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                     Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                 

“Quldurluq edir, sonra da Həccə adam göndərir ki, savab qazansın” - YAP-çı deputat kimləri topa tutdu?
Tarix: 4-10-2016, 10:59 | Çap et
“Quldurluq edir, sonra da Həccə adam göndərir ki, savab qazansın”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik

- Siyavuş müəllim, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini televiziya açılmasının vacib olduğunu bildirdi. Siz bu barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, Azərbaycanda zamanla məsələlər qaldırılıb ki, müxtəlif sahələr üzrə, məsələn, parlament televiziyası, dini televiziya açılsın və s.
Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir. Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var.
Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır.
Bundan başqa da hansısa verilişlərə bu və ya digər məslə ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur.
Amma mütəmadi olaraq Qurani Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər.
Düşünürəm ki, hər bir yerli telekanal gün ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir. Bu baxımdan ayrıca dini telekanalın da açılmasınada ehtiyac qalmır.

- O zaman deyirsiniz ki, ölkədə ayrıca dini televiziyanın açılmasına sosial sifariş də yoxdur?

-Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər.
Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni bir dini televiziya yaratmaq üçün əhalidən də sosial sifarişi gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur.

- Vaxtilə polis rəisi işləyərək rüşvət almış şəxslərin, korrupsiya əməllərində birbaşa iştirak etmiş bəzi məmurların Həcc ziyarətinə getməsinin şahidi oluruq. Sizcə, onlar Həccə getməklə günahlardan təmizlənə bilirlər?

-Tövbə qapıları hər zaman açıqdır. Allah bağışlayandır. Allahın əsas istəklərindən biri insanların öz günahlarını başa düşmələridir. İnsanlar əgər günahlarını və pis əməllərini başa düşüb tövbə edərək düzgün yola qayıdırsa, Allah da onu bağışlayır.
Peyğəmbərimiz özü dəfələrlə Bədr, Rəməl, Uhud döyüşlərində ona qarşı vuruşan insanları bağışladı.
Hesab edirəm ki, insanlar müəyyən yaşa çatandan sonra Allahı və peyğəmbəri dərk edərək, onun Qurani Kərimini və sünnətini qəbul etdikdən sonra haqq yoluna gəlirlər.
Bəzən belə hallar da var ki, kimsə milyonlar, milyardlar oğurlayır, sonra da 5 nəfəri Həccə göndərir ki, savab qazansın. Bu, heç bir halda savab iş hesab oluna bilməz.
İstənilən halda Həcc ziyarətinə oğrunun və quldurun pulu ilə getmək düzgün deyil.

-Türkiyənin Diyanət İşləri Başkanlığı əhaliyə belə bir çağırış edib ki, hər bir adam Həcc ziyarətinə mümkün qədər 1 dəfə getsin. Azərbaycanda elə adamlar var ki, Həcc ziyarətinə 10-15 dəfə gedib, yenə də bu haqda düşünür.
Azərbaycanda da Həccə 1 dəfə getməklə bağlı məsələ qaldırıla bilərmi?

-Həcc ziyarətinə neçə dəfə gedib-gəlmək insanın arzudur və ona heç kim qadağa qoya bilməz. Əgər insanın maddi imkanı varsa və bunu halal zəhmətlə əldə edibsə, Həccə lap 10 dəfə də gedə bilər.
Buna heç kəs və heç bir formada qadağa qoya bilməz. Bu gün Səudiyyə Ərəbistanında elə insanlar var ki, hər il Həcc ziyarətini həyata keçirirlər. Ancaq növbəlilik olsun və hamı ziyarətə gedib-gəlsin deyə,bir insanın 1 dəfə ziyarətə getdikdən sonra bir az ara verməsi daha yaxşı olar.
Çünki ziyarətə gedənlərin hamısını birdən yerləşdirmək çətin olur. Həm də hər il ölkəyə Həcc ziyarəti ilə bağlı müəyyən kvota verilir. Bu baxımdan ziyarətə 1 dəfə gedən insanın müəyyən müddət buna ara verməsi daha məsləhətli olar. Amma ümumilikdə islamda, Qurani Kərimdə, şəriətdə bir adamın 1 dəfədən artıq Həcc ziyarətinə getməməsi ilə bağlı hansısa qadağa yoxdur.
Halal zəhmətlə qazanılmış pul hesabına adam neçə dəfə istəsə, Həccə gedə bilər.

Səudiyyə Ərəbistanı kralı hər il cənab prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilirr.
Zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il Həccə göndərsə, savaba girmiş olar. Amma oğurluq, quldurluq edib Həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Bu gün, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Bu gün, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Bu gün, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Bu gün, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Bu gün, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Bu gün, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Bu gün, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Bu gün, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Bu gün, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Bu gün, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Bu gün, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Bu gün, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Bu gün, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru