Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                     Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                     Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                 

"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Tarix: 22-10-2016, 08:52 | Çap et
"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov saxtalaşdırılmış Müstəqillik Aktına imza atması ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimovun səsləndirdiyi ittihamlara cavab verib.

A.Mütəllibov deyib ki, Hacıbaba Əzimov incik düşən şəxs olduğu üçün bu cür fikirlər səsləndirir:

“Bu adamlar indi öz talelərindən inciyiblər. Hacıbaba Əzimovun təmsil etdiyi təşkilat üzvləri indi kənarda qaldığı üçün onlar da öz bildikləri kimi danışırlar. Yəni, onlar öz etirazlarını bu cür nümayiş etdirir. Hələ ötən il ANS TV-də bu məsələ müzakirə olunanda da Hacıbaba Əzimov dedi ki, Konstitusiya Aktını tərtib edənlərdən biri mən olmuşam”.
A.Mütəllibov Hacıbaba Əzimovun ittihamlarının uydurma olduğunu söyləyib:
“Bu fikirlər doğru deyil. Hətta, 1990-cı ildə biz ilk dəfə olaraq alternativ namizədlərin iştirakı ilə parlament seçkiləri keçirdik. Odur ki, Müstəqillik Aktı ilə bağlı biz nəyi saxtalaşdıra bilərdik? Buna heç bir lüzum yox idi. Hacıbaba Əzimov ad çəkmədən iddia edir ki, guya indi Prezident Administrasiyasında yüksək vəzifədə işləyən adam mənə nə isə göndərib, mən də ona imza atmışam və sairə. Heç bilmirəm kimdən və nədən söhbət gedir. Əgər bilsəydim, elə həmin adamın üzünə deyərdim ki, hərəkətlərindən utan, ayıbdır”.

Sabiq prezident Azərbaycanın Müstəqillik Aktını Moskvaya aparan şəxsin akademik, keçmiş dövlət katibi Midhəd Abbasov olduğunu bildirib:

“Mən Müstəqillik Aktının Midhəd Abbasov tərəfindən Moskvaya aparılmasını da sonradan bilmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, o dövrdə biz prinsipiallıq nümayiş etdirib, Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlı sənədi hazırladıq və daha sonra Konstitusiya Aktı qəbul olundu. İndi Hacıbaba Əzimovun dedikləri xırda söhbətlərdir. Əgər ölkə prezidenti olaraq mən Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasına icazə verməsəydim, sənədin qəbulu üçün iradə nümayiş etdirməsəydim, o zaman Müstəqillik Aktı qəbul olunmayacaqdı. İndi də hərə bir söz danışır. Biri deyir ki, Ayaz Mütəllibov istəmirdi ki, Azərbaycan müstəqillik qazansın və sairə. Həmin adamlara demək istəyirəm ki, bir vicdanınız olsun, kişisiniz, əyninizə şalvar geyinmisiz. Bu nə söz-söhbətdir? Əgər mən Azərbaycanın müstəqilliyini istəməsəydim, o zaman heç Ali Sovetin yığıncağı da olmazdı. Bir-iki kəlmə ilə bu məsələnin qarşısını alardım. Ən azı deyərdim ki, tələsməyin, digər respublikaları gözləyək. Yəni, mən Azərbaycanın müstəqilliyinin qazanılmasına qarşı ortaya sərt yumruq qoymamışam. Halbuki, prezident kimi bunu edə bilərdim”.

A.Mütəllibov həmin vaxtı Moskvaya səfər etdiyini xatırladıb:

“Moskvadakı vəziyyəti görüb, ölkəyə qayıdan kimi ilk tapşırığım rəhmətlik Elmira Qafarovaya Azərbaycanın müstəqilliyi istiqamətində addım atması ilə bağlı oldu. O zaman Elmira Qafarova Ali Sovetin sədri idi. Ona dedim ki, müvafiq tapşırıqları verin, iş aparın və Azərbaycan müstəqilliyini elan etməlidir. Mənimlə Elmira Qafarova arasında bu dialoq 1991-ci il oktyabrın əvvəlində olub. Azərbaycanın müstəqilliyini elan etməsi üçün müəyyən zaman lazım idi, mütəxəssislər iş aparmalı idi. Elə Hacıbaba Əzimovun özü də bu işləri görənlərdən biri idi. O zaman Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndəsi kimi Hacıbaba Əzimov bu işə təhkim olunmuşdu. Əgər müstəqilliyimizi istəməsəydim, o zaman mənə qarşı müxalifət olan AXC ilə ayrı cür də rəftar edə bilərdim. Ancaq mən AXC-yə etiraz etmədim”.

A.Mütəllibov prezident olduğu dövrdə müxalifətlə əməkdaşlıq etdiyini bildirib:

“Ümumiyyətlə, mən müxalifətlə hesablaşırdım, birgə işlər görürdüm, müxalifəti vacib iclaslara çağırırdım, iclaslarda hər zaman AXC təmsilçiləri mənimlə bir yerdə otururdu. Axı onlar bunları niyə danışmırlar? Amma indi deyilənləri eşidib çox təəssüflənirəm. Kimin kim olduğu ortaya çıxır. Hacıbaba Əzimovun bu gün şikayət etməsi və mənə qarşı söylədiyi fikirlər onun yaşına yaraşmaz. O, çox səhv danışır. Əslində, mən onların hər bir ittihamlarına cavab verəndə elə düşünürlər ki, günahkaram və özümə bəraət qazandırmaq istəyirəm. Bu, əsla belə deyil. Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir.

Bu gün yenə də deyirəm ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi təkcə mənim deyil, həm də deputatların xidmətləri olub. Mən isə dövlət başçısı kimi Müstəqillik Aktına imza atmışam. Ona görə də burada kimin imzasının güclü, kiminkinin zəif olmasından söhbət getmir. Hamımız bu Akta imza atmışıq. Mənim əsas istəklərimdən biri də Azərbaycan xalqının itkisiz, qansız müstəqillik qazanması olub. O dövrdə mən Türkiyəyə səfərə getmişdim və özümlə bir qrup ziyalıları da aparmışdım. Həmin səfərdə rəhmətlik Bəxtiyar Vahabzadə də yanımda idi. Bəxtiyar Vahabzadə Türkiyədə bizim təmtəraqlı qarşılanmağımızı görüb mənə dedi ki, hər şey çox əladır, ancaq kaş Azərbaycan müstəqillik də qazanaydı. Mən də ona bildirdim ki, bir az səbir elə, inşallah müstəqillik də qazanacağıq. Yəni, bütün planlarım bu istiqamətdə gedirdi. Ona görə də bu gün kimlərsə deyirsə ki, Azərbaycanın müstəqillik qazanması uğrunda gedən mübarizələrdə mən qabaqda, filankəs arxada olub. Hesab edirəm ki, bu cür söhbətlər yersizdir”.

Sabiq prezidenti indi Azərbaycan cəmiyyətini daha da sıx birləşməyə çağırıb:

“Bu təlatümlü dövrdə qarşımıza əngəllər çıxa bilər. Gərək biz öz müstəqilliyimizi göz bəbəyi kimi qoruyaq. Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi başqa ölkələrə nisbətən cavandır. Bunun üçün də Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda hər birimiz vahid mövqe ortaya qoymalıyıq. Çox təəssüf ki, indi bəzi adamlar müstəqilliyimizi qorumaq əvəzinə, ortalıda dava açıb və deyir ki, Mütəllibov filan işi edib və sairə. Belə ədalətsizlik olar? Adam bu cür söhbətləri eşidəndə utanır”.(Publika.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Bu gün, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Bu gün, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Bu gün, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Bu gün, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Bu gün, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Bu gün, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Bu gün, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Bu gün, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Bu gün, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Bu gün, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Bu gün, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru