“Ermənilər Talışda Kosova ssenarisi hazırlayır” - deputat
Tarix: 1-11-2016, 08:46 | Çap et
 Hazırkı reallıqda hərbi cəhətdən ermənilərlə növbəti təxribat hadisələri qarşısındayıq. Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc son günlər bütün cəbhəboyu ərazilərdə vəziyyətin gərginləşməsi barədə danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, müdafiə nazirinin Qarabağ bölgəsi üzrə zabitləri bir araya toplaması o deməkdir ki, ermənilərin hər bir addımı nəzarət altındadır: “Lakin erməni KİV-ləri son günlər Aprel döyüşləri zamanı bütövlükdə köçkünlüyə uğramış Talış kəndinin, hətta ön cəbhədə sıravi ermənilərin yenidən öz yaşayışlarını bərpa etməsi ilə bağlı məlumatlar yayırlar. Başa düşüləndir ki, söhbət məhdud sayda ermənilərin o əraziyə qaytarılmasından gedir. Dördgünlük müharibə zamanı sayı 800-dən yuxarı olan erməni əhalisi Xankəndində müxtəlif mehmanxanalarda yerləşdirildi. Paralel şəkildə Azərbaycanın “növbəti bir soyqırım” sərgisini yaratmağa çalışsalar da, ATƏT və Avropa Şurasında guya çoxlu qətlə yetirilmiş ermənilərin şəkillərindən ibarət çarxları təqdim etsələr də, istəkləri baş tutmadı. Danışıqlara qatılmamaq, Talış kəndindən Azərbaycanın ermənilərə qarşı vandalizm səhnəsini formalaşdırmaq planları boşa çıxdı”. Z.Oruc vurğulayıb ki, işğalçı dövlət indi də Azərbaycan tərəfindən nəzarət olunan ərazilərə müəyyən sayda erməniləri gətirməklə müxtəlif lokal toqquşmalar halında qətlə yetiriləcək ermənilərdən Kosova səhnəsi yaratmağa çalışır: “Vaxtilə dünya serblərlə Kosova albanları arasındakı toqquşmada fərqli bir yol tutdu. Kandaliza Raysın təşəbbüsündən sonra Amerika tərəfdarları da qəbul etdi ki, serblər albanları qırıblar, yeni bir presedent yaranıb və soyqırıma məruz qalmış xalq müstəqilləşməlidir. Bu adla da Kosovanın azadlığını elan etdilər. İndi də deyirlər ki, Azərbaycan özü soyqırıma məruz qalmış tərəfdir, ona görə də onlar vəziyyəti bərabərləşdirmək üçün Talış kəndini və sakinlərini önə veriblər, bununla da göstərmək istəyirlər ki, yəqin paradı bu dəfə Talış kəndində Azərbaycan ordusu keçirəcək”. Z.Oruc son günlər cəbhədə intensivləşən atəşin səbəblərini də açıqlayıb: “Düşünürəm ki, bunlardan ikisini mühüm olaraq vurğulamalıyıq. Birincisi, beş rayonun qaytarılması məsələsi son dövrün ən aktual mövzusuna çevrilib. 1999-cu ildə parlamentin gülləbaranıyla ATƏT-in İstanbul sammitində Qarabağla bağlı çözümün üstündən necə xətt çəkdilərsə, indi də təxribatları genişləndirməklə buna nail olmağa çalışırlar. İkincisi, Dördgünlük müharibə Ermənistanda hökumətin bütövlükdə qurban verilməsilə nəticələndi. Hazırkı müdafiə nazirinə qarşı silahlı qüvvələrdə böyük bir müxalif atmosfer dərinləşir. Vigen Sərksiyanın ordu birləşmələrinin onun ətrafında mövqe tutmağına cəhd göstərməsi yönündə belə təxribatlar baş verməkdədir. Ancaq ermənilər təxminən də olsa bilirlər ki, Azərbaycan bu aylar ərzində hansı yeni silahları alıb və onların döyüş gücü hansı səviyyədədir”. Millət vəkili hazırkı şəraitdə vəziyyətin Aprel hadisələrinin təkrarı kimi bir duruma gəlib çata biləcəyini də istisna etməyib: “Beynəlxalq vasitəçilərin son aylar müəyyən səfərlərinə baxmayaraq, danışıqların tamamilə dayanması fonunda sanki hərbi qüvvələr prosesin önünə çıxır. Hesab edirəm ki, indiki reallıqda hərbi cəhətdən ermənilərlə növbəti təxribat hadisələri qarşısındayıq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Bu gün, 18:10 |
|
|
|
• Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Bu gün, 18:07 |
|
|
|
• Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Bu gün, 17:54 |
|
|
|
• Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Bu gün, 17:38 |
|
|
|
• “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:35 |
|
|
|
• Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Bu gün, 17:33 |
|
|
|
• 20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Bu gün, 17:30 |
|
|
|
• “Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Bu gün, 17:25 |
|
|
|
• Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Bu gün, 17:16 |
|
|
|
• "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Bu gün, 17:11 |
|
|
|
• Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Bu gün, 17:05 |
|
|
|
• Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59 |
|
|
|
• Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54 |
|
|
|
• İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52 |
|
|
|
• Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38 |
|
|
|
• Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33 |
|
|
|
• Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29 |
|
|
|
• Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26 |
|
|
|
• AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18 |
|
|
|
• Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09 |
|
|
|
• Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• “AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39 |
|
|
|
• 40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35 |
|
|
|
• "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32 |
|
|
|
• Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21 |
|
|
|
• Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16 |
|
|
|
• ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13 |
|
|
|
• Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08 |
|
|
|
• Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58 |
|
|
|
• Adımızı çəkən yoxdur...
Bu gün, 13:14 |
|
|
|
• “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13 |
|
|
|
• Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11 |
|
|
|
• Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07 |
|
|
|
• Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04 |
|
|
|
• Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02 |
|
|
|
• Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51 |
|
|
|
• İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40 |
|
|
|
• Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38 |
|
|
|
• “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26 |
|
|
|
• "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25 |
|
|
|
• Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13 |
|
|
|
• Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05 |
|
|
|
• 1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03 |
|
|
|
• Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58 |
|
|
|
|