Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                     Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                     Biz istəyirik, referendum olsun, lakin... .....                     Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                 

"Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib" - deputat
Tarix: 12-12-2016, 08:43 | Çap et
"Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib"
Parlamentdəki büdcə müzakirələrində Tarif Şurasının son qərarı ilə bağlı hökumətə dəfələrlə çağırışlar edilsə də, tariflərə yenidən baxılması təşəbbüslərinə müsbət qarşılıq verilmədi. Ölkədəki mövcud sosial-iqtisadi çətinliklər səbəbindən onsuz da problemləri artmaqda olan aztəminatlı əhalinin bundan sonrakı durumunun necə olacağı gündəmin əsas müzakirə mövzularındandır. Durumu Böyük Quruluş Partiyasının (BQB) başqanı, deputat Fazil Mustafa ilə müzakirə etdik.

- Fazil bəy, qiymət artımı ilə bağlı demişdiniz ki, tariflərə yenidən baxılması ilə bağlı addımlar əhalinin pensiyalarının və əməkhaqlarının artımı ilə paralel atıla bilərdi. Əks təqdirdə bu qərarlar insanları qış vaxtı çox böyük çətinliklər içində qoyacaq. Siz də daxil olmaqla bir çox deputatların etirazlarına rəğmən, tariflərlə bağlı qərar dəyişmədi. Sizcə, hökumət niyə əhalini çətinliklərlə üz-üzə qoymağa, üstəlik etirazları artirmağa qərar verdi? Tarif Şurası niyə etirazları körükləyir?

- Əlbəttə, bu cür qiymət artımının qış aylarına təsadüf etməsi insanların sıxıntılarını daha da artırmış oldu. Bəlkə də bu cür qeyri-populyar addım mart və ya aprel aylarında atılsaydı, insanların sonrakı çətinliklərə daha hazırlıqlı olması mümkün sayılardı. Əslində bu, kəsə yolla, həm də vətəndaşın hesabına büdcənin doldurulmasına xidmət edir. Burada ilk növbədə insanların indiki real gəlir səviyyəsinin bu yükü necə qaldıracağını təhlil etmək vacib idi. Pensiyaları və əmək haqlarını qaldırmaq üçün kifayət qədər büdcə ehtiyatları yoxdur və inflyasiya riskini də göz önünə gətirsək, hökumətin yenidən Tarif Şurasının qərarını gözdən keçirmə ehtimalı azdır. Əslində heç bir hökumət sabah özünün əleyhinə çevriləcək bu cür arzuolunmaz iqtisadi mühitin yaranmasına maraqlı olmaz, bizdə də eyni durumdur. Sadəcə, optimal qərar verildiyinə cəmiyyəti inandırmaq, eyni zamanda hansı formada aztəminatlı insanlar üçün dəstək variantlarının nəzərdə tutulduğunu sadə dillə izah etmək lazımdır. Bu gün ölkə üçün demokratiyadan da, zənginlikdən də öndə gələn məsələ ya zəlzələdən, ya vəlvələdən siyasi sabitliyin pozulması riskidir. Alınan qeyri-populyar iqtisadi və ya sosial xarakterli qərarların hansısa formada sosial gərginliyə yol açmasına hamılıqla imkan verməməyə çalışmalıyıq.

- Deputat həmkarınız Qüdrət Həsənquliyev demişdi ki, prezidentin bəzi tapşırıq və qərarlarının zamanında icra olunmaması göstərir ki, hansısa təxribat var. Sizdəmi hesab edirsiniz ki, ölkədə nəsə xoşagəlməz bir proses başladılıb?

- Qüdrət bəyin dediyində birinci həqiqət budur ki, qaldırıb bir çox əhəmiyyətli fərman və sərəncamların icrası ilə tanış olsanız, bunların heç də məsul şəxslər tərəfindən layiqincə yerinə yetirildiyinin şahidi olmayacaqsınız. Bunun isə ən böyük zərbəsi azmaaşlı, dar gəlirli, işsiz, maddi təminatsız Azərbaycan vətəndaşına dəyir. Təəssüf ki, parlamentin büdcə müzakirəsindən və Nazirlər Kabinetinin formal hesabatından başqa icra strukturlarının yanlış qərarlarına real təsir imkanı yoxdur. Bu sahəyə cavabdehlik daşıyan şəxslər çox zaman ölkə prezidentinə dövlətə, cəmiyyətə faydalı olan informasiyaları deyil, öz maraqlarına uyğun olanları təqdim edirlər. Burada hansısa təxribatın olması barədə məlumata malik deyiləm və buna o qədər də ehtimal vermirəm. Daha çox korporativ mənfəət maraqları və ya səriştəsizlik əlamətləri sezilir. İqtisadiyyatı tam olaraq siyasətin, ideologiyanın qanunları ilə idarə etməyə çalışan bütün cəmiyyətlərdə bu cür problemlər yaşana bilər. Demək, iqtisadiyyatı iqtisadi qanunlarla tənzimləmək vacibdir. Fikrimcə, ən xoşagəlməz proses bu cür tendensiyadan uzaqlaşmadan qaynaqlanır.

- Fazil bəy, hətta hakim partiyanın təmsilçiləri də 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı gözlənilməz şəkildə sərt tənqidi çıxışlar etdilər. Bu fakt sizə nəsə deyirmi?

- Bu fikirlə qismən razılaşmaq olar. Ancaq burada əslində siyasi məsuliyyətin bölüşdürülməsindən söhbət gedə bilər. Artıq problemləri həll edə bilməyən iqtisadi sferaya cavabdehlik daşıyan məmurların çarəsizliyi və bir çox hallarda yanlış qərarların alması millət vəkillərini də məsuliyyətə şərik çıxmağa vadar edir. Hakim partiyanın üzvləri arasında kifayət qədər sağlam düşünən, indiyədək qazanılan dəyərlərin qorunmasına görə özünü məsul hiss edən siyasətçilər var və onların çoxu bunu sırf dövlətçilik düşüncəsi ilə edirlər. Burada tənqidlərin bir qədər çoxalmasını başqa faktorla izah etmək daha doğru olardı. Əvvəllər neft gəlirlərinin axını hesabına formalaşan gəlirləri və xərcləri gözləniləndən də çox olan büdcə var idi. O zaman bölgü avantajını və məsuliyyətini hökumət tək öz üzərinə götürmüşdü. İndi isə gəlirlər və xərclər kəskin şəkildə azalanda artıq hökumətlə birlikdə millət vəkillərinin və hakim partiyanın bu bölgü prosesinə qoşulması baş verir. Çünki çoxun itirilməsindən az da olsa nəsə qalır, lakin azın itirilməsindən heç nə qalmaya bilər. Məncə, burada tənqidlər ölkənin, cəmiyyətin taleyindən narahatlıqdan irəli gəlir və indiki şəraitdə hamılıqla bu çətin mərhələnin adladılmasına köməklikdən başqa rasional yol görünmür.

- YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki həmkarlarına xitabən “dünən tərif deyirdiz, bu gün tənqid edirsiniz” dedi. Sizin də əvvəllər tənqidi fikirlərinizlə yanaşı, müsbət qiymətləndirmələriniz də olub...

- Bu fikirləri niyə səsləndirməsinin səbəbini bilmirəm, hər halda həmkarımızın bu yanaşmanın özü də tənqidə açıqdır. Mahiyyətcə siyasətdə cari qərarların və hansısa kadrın davranışlarının təriflənməsi və ya tənqid olunması qəbahət sayılmır və bunu vaxt ölçüləri ilə qiymətləndirmək doğru sayılmaz. Nə doğrudursa, tərifi əsirgəməməli, nə yanlışdırsa, tənqiddən çəkinməməliyik. Bu hakimiyyətin və yaxud bu hökumətin atdığı bütün addımlar yanlış sayıla bilməz ki... O zaman müxalifətdəyik deyə, nəyisə, kimisə tərifləməkdən imtina etmək nə dərəcədə doğru olardı? Eyni yanaşma tənqidlə də bağlıdır. Son günlər alınan iqtisadi xarakterli qərarların bəzilərini yanlış hesab etdiyimizə görə tənqid ediriksə, o zaman dünən və bu gün müqayisəsinin aparılmasının izahını tapmaqda çətinlik çəkirəm. Yaxud da hansısa nazir, məmur və ya vəzifəli şəxs öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirəndə, bu hərəkəti təqdir etməkdə hansı pis əlamət var? Və yaxud ölkə prezidentinin bu ilin aprel ayında Dağlıq Qarabağın işğaldan azad olunması üçün atdığı ən sərt addımları hamılıqla dəstəklədik, hətta ən barışmaz müxalifət cinahından da dəstək gəldi, indi hansı formada ən barışmaz müxalifətə irad bildirmək olar ki, dünən niyə tənqid edirdiniz, bu gün tərifləyirsiniz? Dəfələrlə nazirləri də, məmurları da sərt tənqid etmişik, ən azı siz parlament jurnalistləri bunun şahidisiniz, bu davranışın dünən və yaxud bu günlə nə əlaqəsi? Bir də Süleyman Dəmirəl demişkən, “Dün dündür, bu gün bu gün!”

- Fazil bəy, budəfəki müzakirələrdən sonra hansı qənaətə gəldiniz, bu hökumət ölkəni böhrandan çıxarmağa qadirdirmi, yoxsa ciddi kadr siyasətinin həyata keçirilməsi artıq zərurətə çevrilib?

- Fikrimcə, bu mənzərəni böhran kimi xarakterizə etmək doğru olmazdı. Əslində Azərbaycan neftdən insana qayıdış sancılarını yaşayır. İnsanlarımızı narahatçılıqda saxlayan məsələlər obyektiv amillərlə bağlı olanda buna cəmiyyətdə soyuqqanlı və anlayışlı münasibətin şahidi olursan. Yəni, Rusiya imkan vermir, ABŞ maneə yaradır kimi təqdimatlar hamı tərəfindən anlaşılır. Təəssüf ki, qarşımıza çıxan mənfi təzahürlərin çoxu əsasən subyektiv amillərlə bağlıdır. Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib. Həmişə bu kimi situasiyalarda ilk növbədə yeni kadrların önə çəkilməsi kimi tələblər və ya istəklər səsləndirilir, ancaq hansısa kadrın sehrli çubuqla gedişatı durdurması və ya iqtisadiyyatın sağlamlaşdırılması proqramını gerçəkləşdirməsi elə də inandırıcı görünmür. İnhisarçılıq varsa, korrupsiya varsa, mülkiyyət hüququnu, azad sahibkarlığı müdafiə edən mexanizmlər zəifdirsə, azad rəqabət mühiti formalaşmayıbsa, o zaman istənilən kadrın indikilərlə eyni rolu oynayacağını əvvəlcədən proqnozlaşdırmaq olar. Bir də açıq etiraf etmək lazımdır ki, bir çox hallarda yeni, gənc adı ilə irəli çəkilən kadrlar Artur Rəsizadə və ya adını çəkmədiyim onlarla yaşlı, təcrübəli vəzifə sahibinin ağıl, tamahsızlıq, məsuliyyət və nüfuz plankasından xeyli aşağıda qalırlar.

- Mərkəzi Bank elan etdi ki, 2017-ci ildə manatla bağlı tam üzən məzənnə rejiminə keçiləcək. Bu, nə vəd edir?

- Üzən məzənnəyə keçid də özü ilə ciddi problemləri gətirəcək. Mərkəzi Bank müdaxilə etməyəcək, dolların bahalaşması kəllə-çarxa dirənəcək. O zaman özəl sektorun yetərincə inkişaf etməməsinə görə ciddi iqtisadi böhran əlamətləri ortaya çıxa bilər. Hələ banklara olan kredit borclarının taleyi də çözülmədiyinə görə önümüzdə optimist mənzərə canlandırmaq mümkün olmur. Bununla belə, Milli Məclisdə də söylədiyimiz kimi, bu gün hamımızın məsuliyyətli davranmamız lazımdır. Ölkədə sabitliyin qorunması üçün ölkə prezidentinin səylərinin dəstəklənməsi vacibdir. Unutmayaq ki, bizdə yenə qaz, işıq var ki, qiymətini də qaldırırlar. Bu gün Suriyada, Liviyada qazsız, işıqsız qışın soyuğunda insanlar aclıq içində sabitlik axtarırlar. Sabitliyin, təhlükəsizliyin isə Tarif Şuraları tərəfindən tənzimlənən qiyməti olmur, sadəcə vətəndaşların sağlam mühakiməsi ilə qorunan dəyəri olur.

- İşsizlik, gəlirlərin azalması, manatın dəyərdən düşməsi, bahalıq ölkədə sosial partlayışa səbəb ola bilərmi?

- Kimsəyə sirr deyil ki, ölkədə işsizlik də, bahalıq da, yoxsulluq da var və yaşam şərtləri son illərdə bir qədər ağırlaşıb. Bununla belə, sosial partlayışın baş verməsi üçün ölkəmizdə elə bir zəmin yoxdur. Vəziyyətdən çıxış üçün optimal və sistemli sosial-iqtisadi proqrama ehtiyac var. Ən mühümü də cəmiyyətin belə bir proqramı inanaraq dəstəkləməsinə ehtiyac var.

- Keçmiş prezident Ayaz Mütəllibovun SSRİ-nin xiffətini çəkməsi, imperiyanın dağılmasına görə təəssüf etməsi bəzi partiyaların etirazına səbəb olub, onun imtiyazlarının ləğvi tələb olunub. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bütün açıqlamalarına diqqət yetirsəniz, cənab Mütəllibovun hələ də özünü Azərbaycanın prezidenti kimi hiss etmədiyini, sadəcə, Kommunist Partiyasının birinci katibi kimi davrandığını sezə bilərsiniz. Yaxın keçmişin obyektiv təhlilində və günün tələblərini anlamasında həqiqətən problemlər yaşayır. Bizlər üçün hər zaman Rusiya ilə də, ABŞ-la da münasibətlərdə optimal və risksiz kursun izlənilməsi yol verilən siyasətdir, müstəqilliyimizi ortadan qaldıran modellərə yönəlik xiffət duyğularını yaşamaq və təbliğ etmək isə yolverilməz xəyanətdir. Mən də hər zaman cənab Mütəllibova bir sabiq prezident kimi ölkəyə qayıdıb, cəmiyyət həyatında dünyagörüşü, təcrübəsi ilə fayda vermə imkanını tanımağın tərəfdarlarından olmuşam və eks-prezidentlərin statusu ilə bağlı qanunun təşəbbüskarlarından biri olmuşam. Ancaq son müşahidələrim onu göstərir ki, hadisələrə dövlət adamı kimi sağlam və analitik düşüncə ilə yanaşmaqda çətinlik çəkir. Hər halda fikir plüralizmi baxımından hansısa irad bildirməyi doğru hesab etmirəm, ancaq vaxtilə ölkənin liderliyi yükünü götürə bilmədiyi kimi, təcrübəli dövlət xadimi yükünün də altında əzildiyini müşahidə edirəm. Bununla belə, imtiyazlarının alınmasının əleyhinəyəm, bu yaşlı çağında sabiq Azərbaycan prezidentinin çörəklə imtahana çəkilməsini istəməzdim. Bir də Anadolu türklərimizin ibarəsi ilə desək, adama hörmət etməsək də, məqama hörmət etməliyik! (musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru