Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi mesajdır - deputat
Tarix: 25-01-2017, 11:00 | Çap et
 İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi bir mesajdır.
Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək:
"Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi bir sənəddir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalandı. Bununla da Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini göstərir. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yeniləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir”.
Deputat qeyd edib ki, ötən ilin aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi. Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi: “İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. İşğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının daha da çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05 |
|
|
|
• Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01 |
|
|
|
• Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00 |
|
|
|
• "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54 |
|
|
|
• “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50 |
|
|
|
• Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47 |
|
|
|
• AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43 |
|
|
|
• Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34 |
|
|
|
• Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26 |
|
|
|
• Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25 |
|
|
|
• Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20 |
|
|
|
• AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03 |
|
|
|
• Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00 |
|
|
|
• Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51 |
|
|
|
• “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46 |
|
|
|
• Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44 |
|
|
|
• Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41 |
|
|
|
• USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39 |
|
|
|
• Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38 |
|
|
|
• «Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23 |
|
|
|
• Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14 |
|
|
|
• Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11 |
|
|
|
• Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01 |
|
|
|
• Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55 |
|
|
|
• Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35 |
|
|
|
• İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13 |
|
|
|
• ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12 |
|
|
|
• “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51 |
|
|
|
• "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45 |
|
|
|
• Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31 |
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
|