Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                     «Kontakt Home» yenə də aldatmaqla məşğuldur .....                     Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər .....                     Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU .....                     Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                     Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD .....                     Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                 

“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Tarix: 26-01-2017, 08:23 | Çap et
“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Rusiya xarici işlər nazirinin ötən həftə verdiyi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” məzmunlu açıqlaması müxtəlif şərhlərin, iddiaların səslənməsinə yol açdı. Diqqətçəkən iddialardan biri də odur ki, bəzi sosial şəbəkə iştirakçılarının fikrincə, Lavrov ola bilsin, həmin bəyanatla 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında imzalanmış “Bişkek protokolu”na işarə edib. Bu iddianın müəllifləri qeyd edirlər ki, məşhur “Bişkek protokolu”nda Lavrovun sözügedən bəyanatına bənzər müddəa əksini tapıb.

Bəs əslində “Bişkek protokolu”nda nə yazılıb, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi, işi deyil” və ya buna bənzər hər hansı müddəa, fikir bu sənəddə varmı?

“Bişkek protokolu” imzalanan dövrdə dövlət müşaviri vəzifəsində işləyən politoloq Qabil Hüseynli bildirdi ki, “Bişkek protokolu”nda qətiyyən o cür müddəa və ya fikir, cümlə yoxdur. O cür müddəaların, fikrin həmin sənəddə yazıldığı və Sergey Lavrovun indi həmin müddəaya və ya fikrə işarə etdiyi barədə deyilənlər tamamilə əsassızdır: “Həmin iddiaları irəli sürənlər, görünür, ”Bişkek protokolu"nun adını eşitməkdən başqa bu sənəd barədə heç bir məlumata malik deyillər. 1994-cü ilin mayın 12-də imzalanan “Bişkek protokolu” tərəflər arasında gedən müharibədə atəşkəs barədə sənəddir. Mən o sənədi bir neçə dəfə şəxsən özüm diqqətlə oxumuşam. 5 səhifədən ibarətdir. Orada söhbət atəşkəs elan olunmasından gedir.
Bişkekdə imzalanan həmin protokola Milli Məclisin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma Dağlıq Qarabağın erməni icması adından Karen Baburyan, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Nizami Bəhmənov, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya pezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imza atıb. Atəşkəs müqaviləsi imzalamaq təklifi Moskvadan gəlmişdi.

Öncə belə razılaşdırılmışdı ki, sənədi Azərbaycan və Ermənistan dövlətləri adından Milli Məclis sədrinin birinci müavinləri imzalasınlar. Ona görə də Azərbaycandan Milli Məclisin sədri Afiyəddin Cəlilov göndərilmişdi. Afiyəddin Cəlilov Heydər Əliyevə zəng edib məlumat verdi ki, Vladimir Kazimirov “Dağlıq Qarabağ Respublikası” adından nümayəndənin də müqaviləyə imza atmasına nail olmaq istəyir, həmçinin protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri yazılıb, işğal sözü yoxdur. Təcrübəli siyasətçi olan Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, imzalamaqdan imtina et, geri qayıt.

Afiyəddin Cəlilov da bu cür etdi. Bundan sonra hiyləgər Kazimirov gəldi Bakıya. Heydər Əliyev Kazimirova çox sərt sözlər dedi. Bundan sonra protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri Heydər Əliyevin təkidi ilə “işğal olunmuş ərazilər” sözləri ilə əvəzləndi, “Dağlıq Qarabağ Respublikası” sözləri sənəddən çıxarıldı. Dağlıq Qarabağın azərbaycanlı icmasının və erməni icmasının təmsilçiləri ifadəsi sənədə daxil edildi. Razılıq əldə olundu ki, atəşkəs müqaviləsini Azərbaycan və Ermənistanın Milli Məclis sədrləri imzalasın. Azərbaycan tərəfinin məsələyə olan həssaslığı və ciddiyyəti protokolda da öz əksini tapıb".

Q.Hüseynlinin sözlərinə görə, o zaman elə vəziyyət yaranmışdı ki, atəşkəs imzalamaq lazım idi. Çünki Azərbaycanın qarşısında böyük vəzifələr dururdu: “Birincisi, Rusiyanın köməyi ilə Ermənistan böyük qüvvəyə malik idi. Bu isə Azərbaycan və onun dövlətçiliyi üçün böyük təhlükə idi. Digər tərəfdən, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bu vəzifələrdən biri Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmək, ölkədə özbaşınalığı və qanunsuz silahlı birləşmələri yığışdırmaq idi. Ən ümdə məsələ isə Azərbaycan və dünyanın böyük neft şirkətləri arasında neft müqaviləsini imzalamaq. Daha sonra isə diplomatik fəaliyyətimizi daha da canlandırıb Ermənistanın Azərbaycana olan təcavüzünü bütün dünyaya çatdırmaq kimi məsələlər dururdu.

Dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparıldı və son nəticədən dünyada misli bərabəri olmayan böyük neft kontraktı imzalandı. Ən başlıcası isə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın xarici siyasəti yenidən quruldu. Əsas qarşıda duran məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin bütün səbəblərini və anatomiyasını dünyanın həm beynəlxalq təşkilatlarının, həm də ayrı-ayrı dövlətlərinin nəzərinə çatdırmaq idi. Heydər Əliyev həmin dövrdə çox gərgin və yorulmadan iş aparıb. O, əvvəlcə dünyanın aparıcı dövlətlərinin, yəni BMT təhlükəsizlik şurasına üzv olan ölkələrin hər birində oldu. Bu məsələ ilə bağlı onları məlumatlandırdı və onlardan kömək istədi. Daha sonra digər ölkələrə rəsmi səfərlər etməklə Dağlıq Qarabağ problemi ətrafında yaranmış informasiya blokadasını yardı və bunu bütün dünyanın diqqətinə çatdırdı”.

“Bişkek müqaviləsi”nin 20 illiyə nəzərdə tutulduğu və əslində 2014-cü ildən qüvvədən düşdüyü barədə iddialara gəlincə, keçmiş dövlət müşaviri məlumat verdi ki, “Bişkek müqaviləsi”ndə nəzərdə tutulub ki, müqavilənin müddəti bitdikdən sonra tərəflərdən heç biri etiraz etmədikdə, həmin müqavilə işləməkdə davam edəcək. Yeni müqavilənin imzalanmasına ehtiyac olsa da, köhnə müqavilənin müddəaları hələ də işləməkdədir.

Çünki onun pozulması və qüvvədən düşməsi haqqında tərəflərdən heç biri bəyanat verməyib: “Ona görə də hələ ki bir müddət köhnə Bişkek müqaviləsi ilə işləmək lazım gələcək. Bundan sonra isə yeni müqavilənin imzalanması yox, böyük sülh müqaviləsinin imzalanması istiqamətində səylər gücləndirilib. Çünki artıq problemə baxılması ilə bağlı 20 ildən çox bir müddət keçib. İndi isə əsas diqqət problemin həllinə yönəlir”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru