“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                     «Kontakt Home» yenə də aldatmaqla məşğuldur .....                     Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər .....                     Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU .....                     Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                     Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD .....                     Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                 

“Sovetlər dağılsa da, Rusiya faktiki imperiya olaraq qalır və yenə dünyaya meydan oxuyur” - deputat
Tarix: 7-02-2017, 07:57 | Çap et
“Sovetlər dağılsa da, Rusiya faktiki imperiya olaraq qalır və yenə dünyaya meydan oxuyur”
Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ-ni bərpa etmək planının olması barədə zaman-zaman fikirlər səslənir. İndi də ilin sonunadək Kreml sahibinin bu niyyəti həyata keçirmək planının olması barədə şok xəbərlər yayılıb.

Əslində qalsa, Putin hakimiyyətdə olduğu sürəcdə belə fikirlər çox səslənib. SSRİ-nin dağılmasında birbaşa günahkar görünən sovet imperiyasının sonuncu prezidenti Mixail Qarboçovun son açıqlamasını xatırlatmaq kifayət edər. Ekspertlərə görə, belə fikirlərlə Putin nəbz yoxlamaq istəyir, təsir dairəsində olan ölkələrin reaksiyalarını öyrənməyə çalışır. Bütün bunlara rəğmən, keçmiş sovet ölkələrinin öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldıqları dilə gətirilir. Azərbaycanın da bu məsələlərdə diqqətli olması vurğulanır.

Ana Vətən Partiyasının sədri, tarixçi professor, deputat Fəzail Ağamalı SSRİ dövründə indiki Rusiyadan fərqli olaraq, imperiya sərhədlərinin daha geniş olduğunu söylədi: “Sovetlər dağılsa da, Rusiya, faktiki, imperiya olaraq qalır. I Pyotrun yaratdığı və sələflərinin oktyabr inqilabına qədər qoruya bildiyi əraziləri indiki Rusiya da SSRİ dağılandan sonra qoruya bilib. Putin dövründə Rusiya kifayət qədər gücləndi. Bunu etiraf etməliyik. Eyni zamanda Amerikanın əvvəlki prezidenti Barak Obama dövründə Rusiya bir az da gücləndi. Beynəlxalq aləmdə missiyalarını həyata keçirmək üçün kifayət qədər manevr imkanları əldə etdi. Putin güclü lider kimi özünü sübut etdi. Hətta Avrasiya İttifaqını yaratmaq üçün konkret addımlar atıldı. Siyasi sistemin yaradılması yolunda atılan addımlara bəzi ölkələr də qoşuldu. Sirr deyil ki, bu ittifaqa Rusiya keçmiş müttəfiq olduğu ölkələri də cəlb etmək istəyir. Ukrayna bura daxil olsaydı, ittifaq daha da güclənərdi, amma bu proseslərdən Ukrayna uzaqlaşdı. Moldova artıq Avropaya tam qovuşmaq ərəfəsindədir. Əminəm ki, Avropa Ukrayna və Moldovanı heç zaman Rusiyanın ağuşuna atmayacaq. Bütün imkanlardan istifadə edərək, buna mane olmağa çalışacaq. Qafqaza gəlincə, Gürcüstan artıq bəllidir, Qərbə doğru sürətlə gedir. Yaxınlarda viza rejiminin ləğvi ilə Gürcüstan Avropaya doğru daha bir mühüm addım atdı. Ermənistan Avrasiya İttifaqındadır. Azərbaycan isə tam müstəqil siyasət yürüdür. Əminəm ki, bu siyasəti sona qədər davam etdirəcəyik. O halda biz Avrasiya İttifaqına qoşula bilərik ki, ərazilərimizin suverenliyi tam təmin olunsun. İşğal olunmuş torpaqlarımız geri qaytarılsın. Avrasiya İttifaqına o zaman daxil olmaq mümkün ola bilər ki, suverenliyimiz təmin olunarkən bunu tanısın. Gələcəkdə bu məsələlər müzakirə predmeti ola bilər. Hərbi ittifaqlarla bağlı Azərbaycan öz yolunu seçib. Qoşulmayanlar İttifaqının üzvüdür. Orta Asiya dövlətlərindən ən güclüsü olan Qazaxıstan artıq Avrasiya İttifaqındadır. İstənilən halda Rusiya orada qalan Özbəkistan və Türkmənistanı da bu yollarla ittifaqa qoşa bilər. Buna şübhə etmirəm. Orada vəziyyət getdikcə Rusiyanın xeyrinə dəyişməkdədir. Azərbaycan öz suverenliyini və müstəqilliyini qorumaq üçün sona qədər öz iradəsini ortaya qoyacaq. Bunu ölkə başçısının həyata keçirdiyi siyasətin məntiqi və mahiyyəti deyir. Azərbaycan xalqı da müstəqilliyinin və suverenliyinin itirilməsinə heç zaman razı olmayacaq. Amma tarixi situasiyalar heç də həmişə bizim istədiyimiz kimi getmir. Bu situasiyalar elə vəziyyət yarada bilər ki, indiki Rusiya imperiyası tamamilə çökə də bilər, yaxud situasiya yetişə bilər ki, Rusiya SSRİ niyyətini həyata keçirmək üçün konkret addımlar atar. Nəticədə dünya düzəninin dəyişməsində ciddi proseslər meydana çıxar. Ortalıqda olan odur ki, Rusiyanın indiki prezidenti çox ciddi iddialarla yaşamaqdadır və bu iddialardan geri çəkilmək fikrində deyil”.

F.Ağamalı müxtəlif şəxslərin dilindən səslənən bu cür ifadələrin Rusiyanın niyyətinin anonsu olduğunu da qeyd etdi: “Lavrov müxbirin sualına Azərbaycanın suveren hüquqlarını pozaraq, ölkəmizin müharibə aparmasının yolverilməz olduğunu dilə gətirir. Görün bu məsələ hansı səviyyədədir ki, Rusiyanın xarici işlər naziri tərəfindən suveren hüquqlarımız kobud şəkildə pozulur. Təhdidlər indi də var. Onlar bu niyyətlərini gizlətmirlər. Ən müxtəlif yollarla keçmiş SSRİ respublikalarına təsir etməyə çalışırlar. Bunlardan ən universal formaya çevrilən münaqişələrdir. Azərbaycan, Ukrayna, Gürcüstan və digər dövlətlər münaqişənin içərisindədir. Orta Asiyada Rusiya istənilən hal münaqişələr dövlətlər arasında yarada bilər. Nəticədə həmin yerlər qonşu ölkənin nəzarəti altına keçə bilər. Rusiyanın əlində belə imkanlar var. Hələ ”5-ci kolon" və millətlərarası salınacaq ədavətləri demirəm. İstənilən hal bundan istifadə oluna bilər. Rusiya bu cür vasitələrlə öz ərazi iddialarını həyata keçirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, bunlar bir faktdır. Rusiya artıq ayrı-ayrı dövlətlərə öz yaxın adamlarını yerləşdirməkdədir".

F.Ağamalıya görə, Avropa İttifaqında bu gün iki qütb var: “Bir qütb Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını tələb edir, digər qütb bunun əksinə çıxır. Amerika cəmiyyəti də eyni durumdadır. Bu da etiraf etmək lazımdır ki, Rusiya və onun kəşfiyyat orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya bu gün dünyaya sözün həqiqi mənasında meydan oxuyur. İstənilən halda Azərbaycan bu ölkə ilə gərginliyin yaranmasına imkan verməməlidir. Rusiya əmin olmalıdır ki, Azərbaycandan ona ziyan gələcək heç bir addım atılmayacaq. Necə ki, indi orada belə bir əminlik var. Biz onların əlinə bəhanə verməməliyik. Bu gərgin vaxtlarda ölkə başçısı çox uğurlu siyasət apararaq, bizə lazım olan siyasəti qurub”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru