Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                     «Kontakt Home» yenə də aldatmaqla məşğuldur .....                     Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər .....                     Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU .....                     Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                     Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD .....                     Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                 

“Nəslimizdə 200-ə yaxın şəxs YAP-ın üzvüdür” - Əli Kərimlinin əmisi oğlu
Tarix: 15-02-2017, 08:02 | Çap et
 “Nəslimizdə 200-ə yaxın şəxs YAP-ın üzvüdür”
“Azərbaycan fermeri” qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov “Yeni Müsavat”a müsahibə verib. O, müsahibəsində siyasi-ictimai fəaliyyətindən və Əli Kərimli ilə münasibətlərindən danışıb.

Müsahibəni təqdim edirik:

- Nuhəli bəy, bir zamanlar mətbuatda, efirlərdə tez-tez görünürdünüz. Hazırda isə bu, bir o qədər də müşahidə olunmur. Fəaliyyətiniz nədən ibarətdir?

- Siyasi fəaliyyətim olduğu kimi davam edir. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bugünkü xoşbəxt Azərbaycanımızın qurucusu olan mərhum prezident Heydər Əliyevin dəyərlərinə xidmət edirəm, bu dəyərlərin müdafiəsində dayanmışam. Bəllidir ki, ölkə başçısının kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti var. Bu, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Mən bu siyasətə də sözdə yox, əməldə dəstək olmaq üçün fermer təsərrüfatı yaratmışam. Bunun üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit götürmüşəm. Ehtiyat fondunda olan torpaq sahəsindən 100 hektar sahəni istifadə etməyə çalışıram. Eyni zamanda 12 hektar sahəyə pambıq əkəcəm. Ümumilikdə 112 hektar sahədə təsərrüfat qurmağa çalışıram. Bu baxımdan, ola bilər ki, mətbuatdan bir qədər kənar düşmüş kimi görünürəm. Ancaq əslində isə elə deyil. Siyasi fəaliyyətimə yenə də davam edirəm.

Müxalifətin də fəaliyyətində son illər passivləşmə müşahidə olunur. Sizcə, bunun səbəbi nədir?

- Hər bir məsələ reallığa söykənir. Prezidentimizin gözəl bir ifadəsi var. Deyir ki, bizim ən böyük siyasətimiz, görəcəyimiz işlərdir. Bu gün ölkə başçısının apardığı uğurlu siyasət artıq öz sözünü deyir. Xalq ölkənin daxilində və xaricində aparılan siyasət nəticəsində əldə olunan uğurların şahidi olduğu üçün ölkə başçısının ətrafında sıx birləşib. Görünür ki, müxalifət də bunun əksi olaraq, xalqın inamını itirməkdə davam edir. Yalan vədlərlə, böhtanlarla, şantaj etməklə xalqın gözündən düşüblər. Fəaliyyətləri də buna görə zəifləyib. Artıq onların fəaliyyətindəki uğursuzluğu hər bir azərbaycanlı görür və dərk edir. Boş-boş vədlərlə heç nəyə nail ola bilməyəcəklərini özləri də anlayıblar. Zəifləmənin də səbəbi hesab edirəm ki, budur.

- Sizi bir çox hallarda Əli Kərimlinin əmisi oğlu kimi təqdim edib, bu cür tanıdırlar. Bu təqdimat sizə necə təsir edir?

- Əli Kərimli ilə bir kökdən yaranmışıq, qohumluğumuz da, şübhəsiz, var. Ancaq Əli Kərimlinin apardığı bugünkü siyasətə yox deyirəm. Onun siyasəti uğursuzdur və o, davamlı olaraq uğursuzluq içərisində batır. AXCP deyilən partiyada bir zamanlar tanınmış simalar var idi. İndi isə onların heç biri yoxdur. Bütün bunlar Əli Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Əli Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən biridir.

Qalan göstəricilər Əli Kərimlidə yoxdur. Əli Kərimli 1993-cü ildə hakimiyyətdə olduğu zaman respublikamızı elə bir iflic vəziyyətə saldı ki, rəhmətlik Heydər Əliyev kimi nəhəng adam, bütün iradəsini, təcrübəsini bir yerə qoyaraq, Azərbaycanı çətinliklə xilas edə bildi. Əli Kərimlilərin yenidən ölkəmizi iflic vəziyyətinə salmasını düşünməsini xəyanət kimi qəbul edirəm. Gəncləri mitinqə çağırır, ictimai-siyasi sabitliyi pozmaq istəyir. Çıxır mitinqlərdə boş-boş vədlər verir. Bütün bunlara yol verməyəcəyik. Əli Kərimli kimi insanlar ölkəni şəxsi məqsədlərinə qurban vermək istəyirlər. Məqsədləri yalnız öz şəxsi mənafeləridir. Bu gün hər bir azərbaycanlı xalqımızın birliyinə çalışmalıdır. Əli Kərimliyə bir daha onun ağsaqqalı kimi deyirəm ki, xəyallarını, yuxularını danışmaqla, insanları aldatmasın. Nə zamana qədər o, Heydər Əliyevin haqqını itirəcəksə, əmim oğlu olmasına baxmayaraq, onun siyasi fəaliyyətini rədd edəcəm. Əli Kərimli kimilər heç klub müdiri olmağa yaramır, nəinki dövlət katibi, prezident ola.

“Atam Əlinin atasını çağırıb dedi ki, oğluna tapşır, Heydər Əliyevi dəstəkləsin”

Siyasi baxımdan mövqeyiniz üst-üstə düşmür. Bəs qohum olaraq necə, yaxınsınızmı?

Bəlkə də elə bir düşmənçilik səviyyəsi ola bilməz ki, Əli Kərimli ilə mənim aramda gedir. Toyda, yasda da görüşə bilmirik. Elə bir təəssürat yaradıb ki, guya bu, demokrat insandır. Ancaq belə deyil. Əgər o, demokratik fikirli insan olsa, mənim vicdanım qarşısında verdiyim hesabata, siyasi baxışıma hörmətlə yanaşar. Cənab prezidentin gördüyü bu qədər müsbət işləri görə bilməyən adamda korluq əlaməti var. Dünən Əli Kərimlinin 18 yaşı tamam olan iki əmisi nəvəsi YAP-ın üzvü oldu. Onlar Uğur Kərimli və Rəsul Əlizadə oğlu Kərimlidir. Səbəb odur ki, reallıqla barışırıq, vicdanımız qarşısında hesabat veririk.

- AXCP-dən də son zamanlar xeyli sayda üzv ayrıldı. Bunu nə ilə əlaqələndirmək olar?

- AXCP-də olan siyasi fəaliyyət tam olaraq uğursuzluğa düçar olub. Bu partiya uğursuz, mənasız, nəticəsiz bir qurumdur. Əli Kərimli 3-5 nəfəri başına yığıb, fantastik fikirlər səsləndirir. Ölkəmizə elə iradlar tutur ki, adamın gülməyi gəlir. Təbii ki, qüsurlar da, cinayət də ola bilər. Ancaq bu o demək deyil ki, bunu prezident edir. Durub bütün günü rüşvətxorluqdan və digər bu kimi şeylərdən danışır. Millətin psixologiyasında olan şeyi, gətirib prezidentin adına çıxarır. Niyə? Bir adam kiməsə pul verir və bundan pul alan da razıdır, pul verən də. Dövlət bu insanlara nə etsin? Dövlət lazımi işləri görür, sabitliyi yaradır, gözəl layihələr həyata keçirir. Bütün bunlara mane olmağa çalışmaq, xalqa qarşı düşmənçilik siyasətidir. Əli Kərimli ermənipərəst siyasət aparır. Düşmənin əli ilə nəyəsə nail olmağa çalışır. Bunu kim qəbul edər? Mənim vicdanım, əqidəm var. Hardansa faydalanmıram. Qəzetimizi də cənab prezidentin siyasətinə dəstək olmaq üçün çıxarırıq. Bu, mənim vicdanımdan gələn işdir. İlham Əliyev Azərbaycan xalqının yolunda öz həyatını qoyan bir prezidentdir. Onu tənha qoymaq olmaz.

- Əli Kərimlinin qardaşı Şaiq Kərimli hazırda hansı işlə məşğuldur?

- Heç bir iş görmür. Müftəxorun biridir. Əli Kərimli xaricdən qrant alır, o da yeyir. Heç nəyə əl vurmadan, heç bir iş görmədən yüksək səviyyədə dolanır. İstədiyi həyat səviyyəsini yaşayır, əvəzində ölkənin daxilində düşmən əllərə şərik olur. Şaiqin gördüyü iş bundan ibarətdir. Adicə yaşadığım kənddə Əli Kərimlinin qohumları arasında ədavət aparır. Deyir ki, niyə Heydər Əliyevin siyasətinə xidmət edirsiz. Yaxşı edirik, sənə nə?!

- İddialar var ki, AXCP-də əsasən sizin kəndin sakinləri və Əli Kərimlinin ən yaxın adamları qalıb. Bu doğrudurmu?

- Yalan söhbətdir. Bizim kənddən cəmisi 4-5 nəfər Əli Kərimlinin yanındadır. Azadkənd kəndində YAP-dan seçkilərdə nümayəndə olmuşam. Orada tam demokratik seçki keçirildi və prezident İlham Əliyev 87 faiz səs çoxluğu ilə qalib gəldi. Səbəb budur ki, Əli Kərimli dövlət katibi kimi mühüm vəzifəni tutduğu zaman kəndin yollarına heç bir maşın çınqıl daşı da tökmədi. İnsanlar ondan heç bir xeyir görməyiblər. Ona görə də kəndin camaatı bu gün onların deyil, mənim yanımdadırlar. Əlimdən gələn hər bir köməkliyi bu gün kənd camaatımıza edirəm. Səbəb də odur ki, bu insanlar bizim partiyamıza, vicdanımıza, əqidəmizə inansınlar. Bu kəndin camaatına nə ediblər, hansı səmimiyyəti qurublar ki, onlardan da dəstək alsınlar? Başa düşmürəm ki, bunlar AXCP dedikdə kimləri nəzərdə tuturlar.

- Hakimiyyətə rəğbətiniz nə zamandan yarandı?

- AXC deyilən qurum yarananda mən də onlara qoşulmuşdum. Müstəqillik əldə etdiyimizdən sonra böyük bir anarxiya, vətəndaş qarşıdurması ilə qarşılaşdıq. Tarixin ən böyük azərbaycanlısı adlandırdığım Heydər Əliyev bütün bunların qarşısını aldı. Bir şeyi deyim ki, Əbülfəz Elçibəy gözəl insan olsa da, onu prezident kimi nə mən qəbul etmişəm, nə də rəhmətlik atam. Atam Heydər Əliyevin Bakıya gəlib, təyyarədən düşməsini televizor vasitəsilə izləyəndə ölüm ayağında idi. O, həmin vaxt hamımızı çağırıb dedi ki, Heydər Əliyev gəldisə, mən bu dünyadan arxayın gedəcəm. Həmin vaxt atam Əli Kərimlinin atasını da yanına çağırıb bildirdi ki, Elçibəyin yanında Əli ikinci adam olmaqdansa, Heydər Əliyevin yanında on mininci adam olmağı şərafətlidir. Atam dedi ki, oğlunu başa sal, qoy ölkənin ağır günündə Heydər Əliyevin yanında olsun.

Heydər Əliyev o vaxt həyatını riskə atıb, ölkəni xilas etdi. Bunu başa düşməyən insanlara nə deyəsən? 1994-cü ildən Əli Kərimli ilə məxfi mübarizəm yarandı. Heç kimə demirdik ki, kənddən, eldən ayıbdır. Əli Kərimli başladı bizdə ailə münaqişəsi yaratdı. Kiçik qardaşımı mənimlə üzbəüz qoydu. Ancaq indi həmin qardaşım da mənim yanımdadır, YAP-ın üzvüdür. Nəsildə nifaq salan adam, prezident də olsa, ölkədə qarışıqlıq yaradar. 1997-ci ildən mən də YAP-ın üzvüyəm. İndi bəziləri mənə ləyaqətsiz, şərəfsiz deyir. Ancaq başa düşmürlər ki, bu gün ağsaqqal kimi gedib Əli Kərimlinin boş vədlərinə dəstək versəm, bu millətin ən böyük düşmənlərindən biri də mən olaram.

Ailəmdə 8 üzv var, hamısı YAP-ın üzvüdür. Nəslimiz böyük nəsildir. Bizim nəsildə 200-ə yaxın şəxs YAP-ın üzvüdür. Nəslimizdə yaşı 18-ə çatanlar da YAP-a üzv yazılır. Otağım da, gördüyünüz kimi, başdan-başa Heydər Əliyevin şəkilləridir. Bir gün olacaq ki, Əli Kərimliyə xalq düşməni adı verəcəklər. Bu gün ona görə İlham Əliyevin yanındayam ki, bir ailə başçısı səhv edəndə, ailənin üzvləri əziyyət çəkir. Dövlət başçısı səhv edəndə isə bütün əhali zülm çəkir. Bu gün biz təcrübələrə istinad etməliyik. Heydər Əliyev siyasətini tam mənimsəyə bilən insan İlham Əliyevdir. Ona görə də Heydər Əliyevdən sonra Əli Kərimlini deyil, İlham Əliyevi dəstəkləyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru