Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                 

Ayaz Mütəllibov Rusiya ilə əlaqələrdən danışdı - “Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu”
Tarix: 24-02-2017, 08:39 | Çap et
Ayaz Mütəllibov Rusiya ilə əlaqələrdən danışdı
Azərbaycanda daim müzakirə edilən məsələlərdən biri qonşu Rusiya ilə yaxın əlaqələrdir. Əksəriyyət başımıza gələn bəlaların kökündə şimal qonşumuzu görməklə yanaşı, torpaqlarımızın itirilməsində əsas rol oynayan Kremllə sıx əlaqələri doğru saymasa da, Cənubi Qafqazda yeganə güc mərkəzi hesab edilən bu dövlətlə yaxın münasibətləri doğru hesab edənlər də az deyil.

Aprelin əvvəllərində şimal qonşumuzla diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olacaq.
Bütün bunlarla yanaşı, hər ilin bu günlərində Xocalı faciəsi ilə əlaqədar ölkə gündəmində əsas müzakirə olunan şəxslərdən biri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. Buna səbəb də əsrin faciəsinin onun prezidentliyi dönəminə təsadüf etməsi, eyni zamanda martın əvvəllərində ölkə rəhbərliyi postundan istefa verməsidir. Eks-prezidentlə bu və ya digər gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- Ayaz müəllim, Azərbaycanla Rusiya arasındakı diplomatik əlaqələrin qurulmasının 25 ili yaxınlaşır. Bu illəri necə dəyərləndirirsiz? İtirdiklərimiz, yoxsa qazandıqlarımız çox olub?

- Diplomatik münasibətlərin davamlılığını və indiki səviyyəsini çox yaxşı qiymətləndirirəm. Rusiya və Azərbaycan arasındakı diplomatik körpü etibarlıdır. Azərbaycan bundan heç nə uduzmur.

- Şimal qonşumuzla əlaqələrin hansı üstünlükləri var?

- Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya dövlətli və imkanlı ölkədir. Bütün dünya istəyir ki, Rusiyanın resurslarından istifadə etsin. Belə ölkənin Azərbaycana qonşu olması, onun üçün iqtisadi və tranzit imkanları yaradır. Biz bu imkanlardan istifadə etməliyik. Bundan əlavə, Rusiyada bir neçə milyondan artıq azərbaycanlı çalışır və ailələrini dolandırırlar. Faktiki olaraq, azərbaycanlılar bu saat Rusiyanın iqtisadi rıçaqlarını əllərində saxlayırlar və böyük imkan sahibidirlər. Azərbaycan Rusiyada olan azərbaycanlıların imkanlarından istifadə etməklə, ölkəmizi düşdüyü iqtisadi böhrandan qurtara bilər, Rusiya ilə ciddi iqtisadi əlaqələr qurar.

Siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərini Qarabağa yönəltməli idik. Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni. Əlbəttə ki, o dövrdə bilirdik ki, Qarabağın açarı Rusiyanın əlindədir və yeni Azərbaycan dövləti Rusiya ilə dostluq münasibətlərini pozmamalı idi. Biz daha çox üstünlüyə nail ola bilərdik. Ancaq Rusiyaya qarşı mövqe tutduq.

- Cənubi Qafqazda söz sahibi olan Rusiya ilə dostluq bu qədər önəmlidirmi?

- Bəli. Bu saat Rusiya güclənməkdədir. Bunu ABŞ-ın yeni prezidenti Tramp və onun ətrafı yaxşı bilir və Rusiya ilə yaxınlaşmaq istəyirlər. Dərinə getsək, görərik ki, bu proses çox sürətlə və açıq şəkildə gedir. Biz niyə Rusiyaya yaxın olmayaq? Çünki gizlin deyil ki, Qarabağın taleyi Rusiyanın əlindədir.

Əgər münasibətlər gərginləşərsə, ölkəmizin müstəqilliyinin təhlükə altına düşəcəyi barədə hər zaman fikirlər səslənir. Bu fikirləri bölüşürsüz?

“Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu”

- Yox, çünki 2 mart 1992-ci ildə Azərbaycanı BMT-yə tanıtmışam. Bu nə deməkdir? Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun ərazi bütövlüyünə xələl gətirə bilməz. Rusiyaya qarşı belə fikirləri ortaya atanlar Azərbaycan-Rusiya dostluğunu istəməyənlərdir və bu münasibətlərə xələl gətirənlərdir. Biz bunun nəticəsində Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq.

- Niyə xalq arasında daim Rusiya tənqid hədəfi olur, bu dövlətlə əlaqələr qınanır? Bu, tarix boyu başımıza gələn bəlaların çoxunda rus izinin axtarılması, xüsusilə Dağlıq Qarabağın itirilməsində Rusiyanın əlinin olması kimi fikirlərlə bağlıdır, yoxsa başqa səbəblər var?

- Əlbəttə ki, xalqın adından heç kim danışa bilməz. Xalq bu saat bir tikəsinin hayındadır. Xalqın belə fikirləri yoxdur. Bu, bəzi siyasətçilərimizin iddialarıdır. Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər. Bunu yayanlar istəyirlər ki, göstərsinlər ki, ruslar ermənilərin arxasında durublar. Daha düzünü desək, azərbaycanlıları bununla qorxudurlar. Əksinə, biz düzgün siyasət qursaq, ruslar bizim tərəfdə olacaqlar, çünki Azərbaycan bir ölkə kimi Rusiyaya daha yaxındır və onun maraq dairəsindədir. Bir vaxt vardı, düzgün siyasət nəticəsində ruslar Azərbaycandan erməni yaraqlılarını çıxarırdılar. Qarabağda da məsələləri sülh yolu ilə həll edə bilərdilər.

- Xocalı faciəsinin növbəti ildönümü gəlir. Hər ilin bu günlərində tənqid hədəfi olan əsas şəxs olursunuz. 25 il öncəki o faciəyə 25 ildən sonra baxışınız...

- Bu faciə olmaya da bilərdi. Qarabağ cəbhəsində olanlar vahid cəbhədən çıxış edib, düşmənin qarşısını ala bilərdilər. Əslində isə onlar mənim işlərimə mane oldular. Göndərdiyim köməyi Xocalıya yox, başqa istiqamətə yönəltdilər. Xocalı köməksiz qaldı. Əfsuslar olsun ki, hakimiyyət davası edib, cəbhəni başsız qoymuşdular. Bundan istifadə edən erməni yaraqlıları Xocalıya divan tutdular.

- Xocalı faciəsinin ildönümü ərəfəsində Çingiz Mustafayevin çəkdiyi süjetlə bağlı yenə gərəksiz iddialar gündəmi zəbt etdi. Bu məsələyə o zamankı ölkə rəhbəri olaraq mövqeyiniz necədir?

Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Bu yaxınlarda sosial şəbəkələrdə yenə də onun çəkdiklərini yayıblar. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir.

Son aylarda ikinci Qarabağ savaşının başlayacağı ilə bağlı fikirlərə daha çox rast gəlirik. Hətta ikinci aprel savaşının olacağı barədə iddialar da var. Xüsusilə düşmən ölkədəki parlament seçkiləri ilə əlaqədar Ermənistanın qarışacağı vurğulanır. Bunu ölkəmiz adına bir şans kimi dəyərləndirirlər...

“Yaxşı olar ki, Çingizin Xocalıdan çəkdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin”

- Bu sirr deyil ki, Azərbaycan tərəfi sülh yolu ilə Qarabağı və torpaqlarımızı qaytarmasa, beynəlxalq hüquq normalarına arxalanıb, torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik. Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Cənubu Qafqazda müharibənin getməsi, NATO qoşunlarının da bura girməsi deməkdir. Odur ki, Rusiya tərəfi öz mövqelərini Cənubi Qafqazda itirməmək üçün, müharibə onun marağında deyil. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram.

- Son vitse-prezident və bir nazirliyin ləğv edilib, digərinə birləşdirilməsini struktur islahatlarının başlanğıcı kimi qəbul etmək olarmı?

- Bəli. Yeni yaranmış strukturların mahiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yönəldilib.

- Hakimiyyətdən gedişinizin 25 ilinə az müddət qalır. O illərə bugünkü baxışınız necədir? Getməsəydiniz hakimiyyətdən, nələr dəyişə bilərdi? Torpaqlarımız itirilərdi yenə?

- Hakimiyyətdən getməyim ölkədə siyasi vəziyyəti daha da kəskinləşdirdi, Qarabağın itirilməsinə səbəb oldu. Hamı bilirdi ki, mən rus hərbiçiləri ilə danışmışdım və martın 6 -da Qarabağdan erməni yaraqlılarını təmizləyəcəkdim. Ancaq qoymadılar. Məni hakimiyyətdən uzaqlaşdırdılar...
\\musabat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58
Əziz Orucova hökm oxunub
Dünən, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru