İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                 

“O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub” - İsgəndər Həmidov
Tarix: 27-02-2017, 07:52 | Çap et
“O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub”
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”a verdiyi geniş müsahibə bir sıra müzakirələr doğurub. Eks-prezident açıq şəkildə olmasa da, AXC hakimiyyətinin ünvanına üstüörtülü ittihamlar səsləndirib. Onun əsas diqqətçəkən ittihamı hakimiyyətdən gedişi ilə bağlıdır.

Mütəllibov bildirib ki, hakimiyyətdən getməyi Dağlıq Qarabağın itirilməsinə səbəb olub. Bu fikirlərlə sabiq dövlət başçısı onu istefaya getməyə məcbur edən AXC hakimiyyətini günahlandırıb. Əksəriyyət onun fikirlərinə qarşı çıxsa da, A.Mütəllibovun fikirlərini müdafiə edənlər də var. Sabiq prezidentin dediklərində həqiqətlər axtaranların əsas arqumentləri ondan ibarətdir ki, həmin dövr üçün Rusiyanın adamı sayılan bir şəxsin hakimiyyətdə qalması Azərbaycan üçün daha sərfəli idi.

AXC hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov A.Mütəllibovun yaşlandığına görə nə dediyinin fərqində olmadığını söylədi: “Dünənki tarixdir, baxın görək, biz hakimiyyətə gələnə qədər hansı ərazilər itib, biz hakimiyyətə gələndən sonra hansı ərazilər işğal olunub. Əksinə, Dağlıq Qarabağ Ayaz Mütəllibovun vaxtında itirildi. Ondan sonra hakimiyyətdə Yaqub Məmmədov oldu və onun dövründə də Şuşa və Laçın itirildi. Ayazın dediyi yalanlara insan necə cavab verəcəyini bilmir. O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub. Hərəkətlərinə, danışdıqlarına fikir vermir. Sənədlər durur, işğal olunmuş torpaqların tarixi ortadadır. Ona baxanda cəbhə hakimiyyəti dövründə hansı torpaqların işğal olunduğunu görmək olar. Guya Ayaz Mütəllibov Dağlıq Qarabağa gedə bilirdi ki. 1991-ci ildə sessiya keçirdilər və qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir, bu günə qədər də həmin sənəd durur, ləğv olunmayıb. Onun dedikləri absurddur, Allah ona ağıl versin. Ayaz Rusiyanın adamı idi, amma Rusiyada elə bir şəxs hakimiyyətdə idi ki, araqdan başqa heç nədən xəbəri yox idi. Araqdan içib, yıxılıb yatırdı. Hətta Bakıya gələndə qonaq yerinin yataqxanasında yata bilməmişdi, skamyada yatmışdı. O zaman Rusiyanın kimisə hakimiyyətdə saxlamaq, gedən proseslərə təsir etmək imkanları yox idi. Ayaz Mütəllibov Rusiyanın adamı idi və onlara arxalanırdısa, o zaman Xocalı faciəsi rus alayının iştirakı ilə törədilib. O zaman belə çıxır ki, o, Rusiya ilə birləşib, Xocalı soyqırımını törədib”.

Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: “Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olunanda hakimiyyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətlərini icra edirdi. Tarixə baxsınlar, sonra danışsınlar. Yaqub Məmmədovun vaxtında itirilən ərazilər birbaşa Ayazın ayağına yazılmalıdır. Şuşa Dağlıq Qarabağa aiddir, amma Laçın yox. Burada cəbhə hakimiyyətinin nə günahı var? Yazıq çox yaşlanıb və nəticədə ağlını itirməkdədir. O boşuna Bakıya gəlməyib. Ona missiya verdilər ki, gəlsin Bakıya. Cəbhə hakimiyyəti 24 ildir gedib, qalanlar nə edib?”

Elçibəy iqtidarında Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə eks-prezidentə daha sərt cavab verdi: “Ayaz yatır, yatır, səsi çıxmır, Xocalı faciəsinin zamanı gələndə özünü tərifləməyə başlayır, sanki yuxudan oyanır. Başqa mövzularda danışsa, daha yaxşı olardı. Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o idi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmədi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi”.

AXC idarə heyətinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “O zaman parlamentin üzvü idim və milli ordunun yaradılmasını təklif edəndə, onlar şəxsən mənə etiraz etdilər. Ayaz Mütəllibov heç cürə ordunun yaradılmasından söhbət gedə bilməz kimi ultimatum verdi. Yalnız qvardiya yaratmağın mümkünlüyündən danışırdı. Qvardiya da onun özünə lazım idi, özünü qorumaq üçün. Qərbi Azərbaycandan gələnlər Qarabağa yerləşdirilmişdi. Birbaşa onun göstərişi ilə həmin insanlar oradan çıxarıldı. Bütün hallarda o, rusların burada qalmasında maraqlı idi. Rusiyanın müstəmləkəsi altında qalmağımızda Ayaz Mütəllibov maraqlı idi. Hakimiyyətindən sonra Rusiyaya sığınması onu göstərdi ki, Kremlin oyuncağı idi. Yaş fərqimiz olduğuna görə onun dediklərinə dərinliyi ilə cavab vermək istəmirəm. Yaşımız uyğun olsaydı, hansısa bir görəvi daşısaydı, fərqli münasibət bildirərdim. Azərbaycan xalqının başına gələn faciələrdə Ayaz Mütəllibovun birbaşa rolu var, Xocalı və 20 Yanvar faciələrini misal çəkə bilərik. Ya bilərəkdən, ya da bilməyərəkdən böyük faciələrə səbəb oldu. O dövrdə AXC onu hakimiyyətdən bir az da tez uzaqlaşdırmasaydı, daha ciddi fəsadlar baş verə bilərdi. De-fakto olan hadisələr de-yure şəklində ermənilərin xeyrinə doğru gedə bilərdi. Azərbaycanda rus ordusunun qalmasında çox maraqlı idi, ordumuzun olmamasını istəyirdi. Ayaz Mütəllibovun danışıqlarına Azərbaycanda kiminsə inanacağına inanmıram”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58
Əziz Orucova hökm oxunub
Dünən, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru