
Millət vəkili Arif Rəhimzadənin Rusiya mətbuatına verdiyi müsahibəsi cəmiyətdə birmənalı qarşılanmayıb. A.Rəhimzadə bildirib ki, azərbaycanlılar türk deyil. ALP sədri Əvəz Temirxan Moderator.az -a açıqlamasında deputatın dediklərinə münasibət bildirib:
"Biz partiya olaraq azərbaycanlıları millətlərə bölmürük. Bu bizim və Lalə Şövkətin hər zaman əsas prinsipi olub. Arif Rəhimzadayə gəldikdə isə yaxşı olar ki, o tarix kitabları oxusun. Görünən odur ki, Rəhimzadə hələ də Sovetlərin təbliğ etdiyi ideologiya ilə yaşayır. Azərbaycanda yaşayan insanların 90 faizi türkdü. Qalan 10 faizi də bizim qardaş-bacılarımız. Biz heç zaman ölkəmizdə yaşayan xalqlar arasında ayrı-seçkilik salmamışıq."