“Türkiyədə “balkon çıxışı” Osmanlı İmperiyası dövründə yaranıb”
Tarix: 18-04-2017, 08:35 | Çap et
 Aprelin 16-da Türkiyədə keçirilən referendum seçkiləri sonrası ilk olaraq AKP-nin baş qərargahında baş nazir Binəli Yıldırım, bir qədər sonra isə prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında “balkon çıxışı” etdilər.
Bəs Türkiyədə “balkon çıxışı” ənənəsi nə zaman formalaşıb və bunun əhəmiyyəti nədir?
Ekspertlər bildirirlər ki, bu kimi ənənə hələ Osmanlı İmperiyası dönəmindən mövcud olub. Zaman keçdikdə isə bu ənənələr bir qədər də inkişaf edərək hazırkı vəziyyətə gəlib. Bildirilir ki, xüsusilə də Ərdoğan “balkon çıxış”ı ənənəsini siyasi məkana gətirən şəxsdir. Lakin bununla yanaşı, Türkiyənin əski filmlərində də hətta bələdiyyə sədrlərinin bu cür “balkon çıxışları” etmələri ilə bağlı səhnələrə rast gəlmək olur. Türkiyədən fərqli olaraq, Azərbaycanda bu ənənələr mövcud deyil. Ölkəmizdə mövcud olan siyasi partiya liderləri adətən sosial şəbəkələr, media vasitəsilə xalqa müraciət etməyi üstün tuturlar. İnşaat baxımından da Azərbaycanda əksər partiyaların qərargahları balkon çıxışları etmək üçün əlverişli deyil.
Mövzu ilə bağlı “Yeni Müsavat” danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanda partiyalar hələ çar Rusiya ənənəsini davam etdirir: “Osmanlı İmperiyası dünya tarixində müəyyən ənənələr qoyan bir imperiya olub. 1299-cu ildən 1922-ci ilə qədər tarixi, üç qitədən isə ərazi götürüb. Bunun özü çox şey deyir. Təbii ki, dünya tarixində bir çox ənənələrin bünövrəsi də elə Osmanlı İmperiyası ilə bağlı olub. Eyni zamanda müəyyən vaxt keçdikcə yaranan ənənələr başqa bir ənənənin də formalaşmasına şərait yaradıb. Türkiyədə bu cür ”balkon çıxış"ları da həmin ənənələrin təzahürüdür. Azərbaycana gəlincə isə burada siyasi partiyalar hələ də SSRİ dövründən formalaşmış ənənələr üzrə fəaliyyət göstərirlər. Çar Rusiyası dövründə partiyalaşma ənənələri inqilabçılıq dalğalarının üzərində qurulan proses idi. Ona görə də fikir versək görərik ki, bizim partiyalar üçün daha vacibi, məsələn, “Fəvvarələr meydanı”nda bir qrup halında toplanıb şüar deməkdir. Yəni bunların hamısı Çar Rusiyası dönəmindən qalma adətlərdir. Hesab edirəm ki, biz nə qədər Avropada partiyalaşma ənənələrini yaşatsaq, o qədər qazancımız olar. Avropada partiyaların fəaliyyəti şüur, ağıl üzərində qurulub. Eləcə də Türkiyədə də bu sistem tamamilə başqa formada, hərbi məcra üzərində formalaşıb".
Politoloq bildirib ki, “balkon çıxışı” ənənələri hələ Bakı üçün uyğun deyil: “25 ildir ki, müstəqillik əldə etmişik və hələ ki biz dünyanın diqqətindəyik. Bizi öyrənirlər və düşünürəm ki, hansısa onlar üçün anlaşılmaz hərəkət gördükdə, bizdən uzaqlaşa bilərlər. Biz şüurumuzda, ortaya qoyduğumuz ideyalarda nə qədər çox soyuqluq yarada bilsək, emosiyanı azaldarsaq, bütövlükdə cəmiyyət qazanar. Cəmiyyətin qazanması, müxalifət və iqtidarda olmağından asılı olmayaraq, həmin partiyanın da hərtərəfli qazanması anlamına gəlir. Ona görə də hesab edirəm ki, emosiyadan uzaq siyasət aparmalı, cəmiyyətimizi də buna alışdırmalıyıq”.
Politoloq Əhəd Məmmədli isə bildirib ki, “balkon çıxışları” AKP dönəmindən başlayıb: “Ümumiyyətlə, partiya qurulan zaman Türkiyə siyasətinə yenilik şüarları ilə gəldi. Həqiqətən də yeniliyi hər sahədə tətbiq etməyə başladılar. O cümlədən də təbliğat sahəsində bu işlər aparıldı. Əsasən ”balkon çıxışları" onun göstəricisidir ki, biz qələbə qazandıqdan sonra da xalqla birlikdəyik. Yəni göstərirlər ki, ilk açıqlamanı mətbuata vermirik, jurnalistləri yığıb ənənəvi mətbuat konfransı təşkil etmirik. Bunun əvəzində isə xalqı dəvət edib, canlı şəkildə xalqla danışırlar. Bu, xalqla AKP-nin bütövləşməsi deməkdir. Bütün bunların hamısı Ərdoğanı xalq lideri, xalqın tərəfindən sevilən liderə çevirdi. İstər bələdiyyə, istər prezident seçkiləri, istərsə də referendumda hər qələbədən sonra “balkon çıxışları” edilir və Ərdoğan gələcəyə doğru mesajlarını verir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Dünən, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Dünən, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Dünən, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Dünən, 12:38 |
|
|
|
|