Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                 

ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
Tarix: 12-06-2017, 08:36 | Çap et
ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
İraq Kürd Regional Hökumətinin Kürdüstan dövlətinin elan olunması üçün sentyabrın 25-nə referendum təyin etməsinə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. Belə görünür ki, referendum məsələsi elə də asan keçməyəcək. Dövlətlər bu məsələyə öz mövqelərini bildirməkdədirlər.

Azərbaycan dövlət olaraq bu məsələyə hələ heç bir rəsmi münasibət bildirməyib. Bəzi ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə münasibətdə qarışmamaq xətti tutmasını doğru hesab edirlər. Bir çoxları isə Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.

Deputat Zahid Oruc “Yeni Müsavat”a bu mövzuda şərhində bildirdi ki, kürd məsələsi Yaxın Şərq hadisələri kontekstində deyil, yüz illərdir mövcuddur: “Hətta Osmanlı İmperiyası dövründən, 15-ci əsrin zamanından bu ətrafda müxtəlif diskussiyalar gedib, o cümlədən real hərbi əməliyyatlar aparılıb, o dövrün tarixi şəraitinə uyğun mübarizələr olub. O baxımdan hadisəyə miqyas etibarilə və yaxud hazırkı dövrün qlobal savaşları səviyyəsində olan tabloda baxılması yanlış nəticələrə aparıb çıxarar. Bu məsələnin keçmişi var və özünün inkişaf fəlsəfəsinə, müəyyən bir ssenariyə malikdir. Odur ki, biz yalnız desək ki, Kürdüstan dövlətinin qurulması Qərbin istəyidir, bu, məsələyə çox bəsit münasibət olar. Reallıq ondan ibarətdir ki, kürd xalqının tarixi taleyində onların dövlət qurmaq istəklərinə baxmayaraq, bu istək gerçəkləşdirilə bilməyib. Həmin düşüncələr, mübarizələr tarixin ayrı-ayrı mərhələlərində müxtəlif dövlətlər tərəfindən istifadə olunub. Bu gün də belədir. O üzdən 7 milyona qədər İraqın tərkibində, 14 milyona qədər Türkiyədə, 2 milyona qədər Suriyada, 1 milyondan artıq İranda məskunlaşmış kürd xalqının etnomilli, etnosiyasi bir coğrafiya verərək onları dövlət kimi, beynəlxalq hüquq subyekti səviyyəsinə gətirib çatdırmaq istəkləri mövcuddur. Yaxın Şərq planı bütövlükdə yeni xəritə deməkdir. Bunun nə qədər böyük qanlar hesabına başa gələcəyini təsəvvür etmək çətin deyil. Hələ indi yalnız siyasi rejimlər və ayrı-ayrı hakimiyyətlərin dəyişdirilməsi prosesi gedir. Ərəb baharı 1 milyona yaxın insanın həlak olmasına səbəb olub. Şimali Kürdüstan dövləti layihəsi də eyni qanlı əməliyyatlardan keçəcək. Türkiyənin məsələyə münasibətinə gəlincə, prezident Ərdoğan iqtidarı ötən illər ərzində Bərzani iqtidarı ilə işlədi, onların Türkiyə əleyhinə olan separatizmini xeyli neytrallaşdırdı, iqtisadi əlaqələr qurdular, silahlanmış kürdlərin bir qismini siyasi vasitələrlə silahsızlarşdırdılar. Amma böyük bir qismi isə bu gün də Türkiyənin gücünü sarsıtmaqla məşğuldurlar. Kürd xalqı ilə türkləri toqquşdurmaq müxtəlif dövlətlərin planında mövcuddur. Özü də bu təhlükə təkcə Türkiyəyə qarşı deyil. Ona görə də haqqında söhbət gedən referendumun Katalonyanın müstəqillik hərəkatı, yaxud da Şotlandiyanın Britaniyadan ayrılmasının siyasi yolu ilə eyniləşdirilməsi çox yanlış olar. Çünki böyük sayda kürdlər silahlandırılıblar. Kürdüstan dövləti məsələsi əslində referendumun nəticəsindən asılı olmayacaq, beynəlxalq razılaşmaların necə olmasından asılı olacaq. Azərbaycan bu məsələdə Türkiyənin zərər çəkməməsi, bölünməzliyinin tərəfdarı olmalıdır”.

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleyman isə bildirdi ki, Azərbaycan Kürdüstan dövlətinin elan edilməsi üçün keçiriləcək referenduma müsbət yanaşsa, daha düzgün addım atmış olar: “Kürdüstanda referendum keçirilməsi məsələsini kimlərsə Dağlıq Qarabağ məsələsi ilə eyniləşdirib məsələyə bu prizmadan yanaşılmasını təklif edirsə, bu, yanlışdır. Çünki bu iki məsələ tamamilə fərqli məsələlərdir. Dağlıq Qarabağı ermənilər silah gücünə işğal ediblər. Amma Şimali İraq Kürdüstan Muxtariyyəti İraq parlamentinin qərarı ilə federativ bir qurum kimi qanunla İraqın tərkibində fəaliyyət göstərir. Vaxtilə Çexoslovakiyadan dövlətlər ayrıldığı kimi, Kürdüstan da demokratik şəkildə İraqdan ayrılmaq istəyir. İran, Türkiyə və başqa bir sıra dövlətlərin buna qarşı olmasına baxmayaraq kürdlər bunu istəyir. Əgər İraq hökuməti ilə kürdlər öz aralarında razılığa gələcəklərsə, buna başqa hansısa dövlətin qarışması düzgün deyil. Çünki bu, İraq dövlətinin daxili işidir”.

T.Süleyman hesab edir ki, Kürdüstan müstəqil dövlət elan olunduqdan sonra Azərbaycanla Kürdüstan arasında normal əlaqələr qurulacaq: “Ən azından nəzərə alınmalıdır ki, orada 3 milyon türkmən qardaşlarımız yaşayır. Kürdüstan dövləti türkmənlərin də dövləti olacaq. Çünki onlarla kürdlər min illərdir birgə yaşayırlar, qaynayıb-qarışıblar. O cümlədən azərbaycanlılarla kürdlər arasında yüz illərə dayanan qardaşlıq münasibətləri var. Bu gün Azərbaycanda kürdlər tam hüquqlu vətəndaşlardır və onlara heç bir ayrı-seçkilik yoxdur. Kürdüstan dövləti qurulacaqsa, Azərbaycanda kürdlərin haqları tanındığı kimi, Kürdüstanda da türkmənlərin haqları tanınacaq. Bu iki qardaş xalqların birliyi labüddür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Bu gün, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Bu gün, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Bu gün, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Bu gün, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Bu gün, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Bu gün, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru