“Rusiya Azərbaycana da “İsgəndər” verə bilər” - deputat
Tarix: 3-07-2017, 09:25 | Çap et
 “Belarus yaxın zamanlarda Rusiyadan "İsgəndər" zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirə bilər". Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfiri İqor Petrişenko məlumat verib. Onun sözlərinə görə, hazırda Belarusda əsas zenit-raket kompleksi kimi “S-300" sistemləri istifadə olunur. O əlavə edib ki, ”S-400" və “İsgəndər” raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilmiş sistemlərin olması baxımından nəzərdən keçirilə bilər.
Belarus səfirinin bu sözləri Azərbaycanın da şimal qonşumuzdan bu silahları ala biləcəyi, eləcə də, alarsa ölkəmiz adına nə kimi müsbət nəticələrinin ola biləcəyi kimi məsələləri gündəmə gətirib. Hərbi ekspertlər silahın əhəmiyyətindən söz açaraq, rəsmi Bakını bu istiqamətdə hərəkətə keçməyə çağırırlar.
Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında “İsgəndər” zenit-raket komplekslərini almaq üçün Azərbaycanın şanslarının kifayət qədər yüksək olduğunu bildirdi: “İsgəndər” raketləri gerçəkdən böyük əhəmiyyəti, dağıdıcılıq gücü yüksək olan silahlardır. Bu silahlara malik olmaq hər bir ölkənin hərbi imkanlarını qat-qat artırır. Sovetlərin çöküşündən sonra beynəlxalq aləmdə silahlanma prosesinə müdaxilə qat-qat aşağı düşüb. Vaxtilə konkret silahlanma ilə bağlı məhdudiyyətlər mövcud idi. Orada göstərilirdi ki, hər bir ölkə konkret hansı silahlara malik ola bilər və onun limiti nə zaman bitir. “İsgəndər” raketləri Cənubi Qafqazın əhəmiyyətini necə dəyişə bilər? Bu çox ağır bir sualdır. Razılaşmaq lazımdır ki, hər bir silahın özünəməxsus üstünlükləri var. O cümlədən, müəyyən obyektləri və yerləri dağıtmaq üçün də “İsgəndər” raketlərinin əhəmiyyəti danılmazdır. Bununla yanaşı, bunun siyasi, humanitar riskləri kifayət qədər böyükdür. Kütləvi qırğın silahları sırasında belə raketlər gerçəkdən təhlükəli silahlar kimi beynəlxalq miqyasda qəbul olunmaqdadır. Rusiya bu silahlarla konkret hədəf müəyyən etməklə öz gücünü beynəlxalq aləmdə sübut edib. Biz də daim təhlükə qarşısındayıq. Belə güclü və vurma bucağı 350 kilometrdən yuxarı silahlara malik olmalısan. Bu da hazırkı halda “İsgəndər” silahlarıdır. Azərbaycanın belə silahlara malik olmasını çox arzulayırıq - baxmayaraq ki, biz beynəlxalq miqyasda sülhü təbliğ edir, daha çox bunu stimullaşdırırıq. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas yerə çevrilməklə sülhü təbliğ etdiyini göstərir. Amma reallıqdır ki, biz burada İsveçrə kimi neytrallıq saxlaya bilmərik. Biz hərbi balansı bərpa etməliyik. Ermənistan guya Azərbaycanın qarşısını almaq üçün bu raketləri Bakıya doğru tuşlayıb. Amma diqqət yetirsəniz görərsiniz ki, onların son zamanlar mediaya çıxardığı şəxslər dəyəri bir milyarddan artıq olan obyektlər və bu tipli yerlərin hədəfdə olduğunu deyirlər. Azərbaycan işğal olunmuş ərazilərimizi beynəlxalq aləmdə önə çəkməklə bu silahları ala bilər. Rusiyanın da bu silahları Azərbaycana satması mümkündür. İndiki şəraitdə Rusiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Artıq Bakının güclü silahlara malik olmasını Kremlin çevrəsində olan strateqlər özlərinə təhlükə saymırlar. Çünki 90-cı illərdən fərqli olaraq, ölkəmiz anti-Rusiya bloklarında yer almır".
Deputat onu da qeyd etdi ki, bu silahların Rusiya tərəfindən Azərbaycana satılması Dağlıq Qarabağ münaqişəsində düşmən ölkə üçün çəkindirici amil ola bilər: “Silahları almağımız Rusiyanın neytral mövqeyini ortaya qoyar, Bakının hərbi çəkisini artırar, beynəlxalq gücləri masa ətrafına gətirər. Bu raketin əlbəttə coğrafiya üçün əhəmiyyətini yaxşı anlayıram. Unutmamalıyıq ki, Naxçıvandan İrəvana cəmi 42 kilometrdir. Ermənilər bəzən Bakını Azərbaycan əraziləri olan Dağlıq Qarabağdan deyil, digər əraziləri üzərindən təhdid edirlər. Hava hücumları baxımından Rusiya "İsgəndər" raketlərini regionda ən çox verə biləcəyi ölkə Azərbaycandır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Bu gün, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Bu gün, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Bu gün, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27 |
|
|
|
• Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21 |
|
|
|
• ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07 |
|
|
|
• Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04 |
|
|
|
• “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58 |
|
|
|
• Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54 |
|
|
|
• İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53 |
|
|
|
|