Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                 

“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
Tarix: 8-07-2017, 09:39 | Çap et
“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
Ermənistan silahlı birləşmələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, nəticədə 1-i azyaşlı olmaqla iki dinc sakinin həlak olması, 1 nəfərin yaralanması hadisəsindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış edib, tərəfləri atəşkəsə riayət etməyə səsləyiblər. Ötən gün həmsədrlər 2-ci bəyanat da yayıblar. ATƏT Daimi Şurasının iclasında Fransa nümayəndəsinin Minsk qrupu həmsədrlərinin adından səsləndirdiyi bəyanatda həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub.

Bildirilib ki, iyulun 4-də baş verən ciddi insident sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirilir. Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini də xatırladıblar. Münaqişə tərəflərinə xitabən gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırış edilib. Bəyanatın sonunda bir daha qeyd olunub ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır.

Həmsədrlərin ikinci bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən sənəddə təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib. Nazirlik rəsmisi həmsədrlərin bu qiymətləndirməsini bölüşərək qeyd edib ki, Alxanlıdakı insident Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanmışdı: "Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular”.

H.Hacıyev 2016-cı ilin aprel, eləcə də Alxanlı hadisələrini Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması kimi dəyərləndirib. Bu baxımdan o, həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durulmasına dair çağırışlarını təqdir edib.

Millət vəkili, politoloq Hikmət Məmmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, həmsədrlərin ikinci bəyanatı əvvəlki ilə müqayisədə daha məzmunlu və konkretdir. O, xüsusən də Ermənistan silahlı birləşmələrinin hərəkətlərinin təxribat kimi təqdim edilməsini müsbət hal kimi qiymətləndirib: "Baş verənlərdən ATƏT-in Minsk qrupunun həmsədrləri özləri üçün nəticə çıxarmalıdırlar ki, 1994-cü ildə atəşkəsin əldə edilməsi münaqişənin sülh yolu ilə həll edilməsi üçün idi. Lakin indiyə qədər problem həllini tapmayıb. Deməli, həmsədrlərin də iştirakı ilə davam etdirilən sülh danışıqları prosesi müsbət nəticələnməyib, əsas məqsədə nail olunmayıb. Ona görə də həmsədrlərin ikinci bəyanatında yer alan müddəalar müsbət qarşılansa da, bizi tam qane etmir. Çünki həmsədrlərin əsas funksiyası təmas xəttindəki gərginliyi xatırlatmaq, tərəfləri danışıqlara səsləməklə yekunlaşmır. ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin əsas vəzifəsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Bunun üçün yeri gəldikcə işğalçı tərəfə təzyiq göstərmək də zəruridir. Ancaq indiyə qədər işğalçı Ermənistana həra hansı təzyiq göstərilməsini müşahidə etməmişik. Ona görə də rəsmi İrəvan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, yaxud cəbhə bölgəsində təxribatlar törətməklə bütövlükdə danışıqlar prosesini pozmağa çalışır. Bütün bunları nəzərə alaraq, həmsədrlərin ikinci bəyanatını əvvəlkilərlə müqayisədə irəliyə doğru atılan bir addım kimi qiymətləndirsək də, bununla qənaətlənmək qeyri-mümkündür. Çünki problem hələ də həllini tapmayıb. Problemin həllini tapması üçün isə işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bizimlə söhbətdə beynəlxalq təşkilatların sanki qorxu içində olduqlarını dilə gətirib. Qeyd edib ki, 4 iyul hadisəsindən sonra beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, siyasətçilər, deputatlar insidentlə bağlı bəyanatlar versələr də, bütün bunlar münaqişənin həllinə xidmət etmir: "Əgər həmin bəyanatlarda münaqişənin həlli üçün konkret hansı addımların atılması əksini tapsaydı, fikirləşərdik ki, beynəlxalq qurumlar, vasitəçilər yaşananlardan ciddi narahatlıq keçirir, müharibə başlamasın deyə, problemin sülh yolu ilə həllini istəyirlər. Ancaq biz bunu görmürük. Bəyanat müəlliflərinin böyük əksəriyyəti sadəcə narahatdırlar ki, Azərbaycan qisas əməliyyatına başlaya bilər. Necə ki, artıq işğalçıların mövqelərinə hərbi birləşmələrimiz tərəfindən müəyyən zərbələrin endirilməsi, Ermənistan ordusunun itkilər verməsi barədə xəbərlər yayılır. Biz düşmənin heç bir əməlini cavabsız qoymuruq və qoymayacağıq. Ötən ilin aprel döyüşləri bunu əyani şəkildə göstərdi”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Bu gün, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Bu gün, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru