Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

Türkiyədən Qarabağa gedən 4 xainin hələ də cəzalanmaması pis ənənə yarada bilər - xəbərdarlıq
Tarix: 13-11-2017, 08:48 | Çap et
Türkiyədən Qarabağa gedən 4 xainin hələ də cəzalanmaması pis ənənə yarada bilər
Bu ilin sentybarında Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri hələ də gündəmdədir. Lakin məsələnin indiyədək açıq qalması, 4 xainin qardaş ölkədə qanunla cəzalandırmaması suallar doğurur.

Azərbaycan ictimaiyyətində isə Türkiyədə fəaliyyət göstərən və son aylarda güclənən erməni lobbisinin, eləcə də bu ölkədə yaşayan ermənilərin həmin şəxslərin cəzalandırılmamasından sonra daha da fəallaşacağı ilə bağlı haqlı narahatçılıqlar var. Azərbaycan tərəfin Aleksandr Lapşini Belarusdan ekstradisiya etdiyi halda, nə üçün həmin 4 türk vətəndaşının ekstradisiyasına nail olmaması da suallar sırasındadır. Hər iki ölkə üçün bu məsələnin pis pesedent yarada biləcəyi ilə bağlı narahatedici mövqelər mövcuddur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan tərəfin münasibətinin ilk günlərdən bəlli olduğunu söylədi: “Çox təəssüf hissi ilə qeyd etməliyik ki, belə bir halla rastlaşdıq. Gərək belə bir hadisə baş verməyəydi. Hər halda bu hadisənin bədəlini ödəmək üçün həmin şəxslərin mütləq cəzalandırılması lazımdır. Bu məsələnin diqqətdən nə üçün kənarda qalması ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə məsələyə münasibət bildirməlidir. Hüquq-mühafizə orqanlarımız da rəsmi şəkildə bu şəxslər barədə ölçü götürülməsi üçün tələbləri olmalıdır. Necə ki, Lapşinlə bağlı tələblər oldu və günlərin birində o yaxalandı. Bizim Türkiyə ilə əlaqələrimizdən istifadə edib, kimsə susqunluq nümayiş etdirəcəksə, bu bizim hüquqlarımız və qanunlarımızın çeynənilməsi deməkdir. Hesab edirəm ki, eyni hal Türkiyə ilə bağlı baş versəydi, Azərbaycan daha fərqli addımlar atardı. Ona görə Türkiyədə pis bir ənənə formalaşa bilər, digərləri də bu haldan istifadə edə bilərlər.

Ermənistan tərəfin də bu məsələdən istifadə etməsi halı ola bilər. Bu baxımdan ölçü götürülməsi çox vacibdir. İçimizi acıdan bu səfərlə bağlı Azərbaycan çox istərdik ki, rəsmi addımlarını atsın, hüquq-mühafizə orqanlarımız həmin şəxslərin cəzalandırılması üçün işlərini görməli, Türkiyənin hüquq mühafizə orqanları ilə birlikdə işlərini həyata keçirməlidir. Bütün hallarda Türkiyə-Azərbaycan münasibətlərinə bu səfərin kölgə salmayacağını qətiyyətlə deyə bilərik. Hər iki tərəfdə yaşayan türklər bilirlər ki, bu xalqın iradəsi deyil. Bütün cəmiyyətlərdə 3-4 nəfər belə şəxslər olur. Azərbaycanda da belələri var. Türk dünyasının düşmənlərim olan şəxslər hər iki ölkədə az deyil. Biz toplum olaraq belə şəxslər barəsində mütləq ölçü götürməliyik. Həmin dörd şəxs barəsində qanunda cəza növlərinin nəzərdə tutulduğu məlumdur. Lapşini Azərbaycana necə və nə üçün gətirdik? Adam qanunsuz olaraq sərhədlərimizi pozmuşdu, işğal edilmiş ərazilərimizə gəlmişdi, reportajlar hazırlamışdı. Həmin türk vətəndaşları da işğal edilmiş ərazilərimizə səfər ediblər, sərhədimizi pozublar, Sərhəd Xidmətimiz, Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi ilə heç bir kontaktları olmayıb. Hüququn yolları var, onların məsuliyyət daşımaları üçün müəyyən maddələr nəzərdə tutulub. Azərbaycanın hüquq-mühafizə orqanları Lapşinə tətbiq etdikləri eyni şeyləri həmin 4 türk vətəndaşı üçün də edə bilərlər. Dəqiq bilmirəm ki, həmin şəxslərin ekstradisiyası üçün Azərbaycan tərəfi müraciət edib ya yox? Ola bilər ki, Azərbaycan tərəfi Türkiyə ilə qardaşlıq münasibətlərini nəzərə alaraq, bu işləri qarşı tərəfin öhdəsinə buraxdı ki, onlar ölçü götürsünlər. Əgər müraciətlər olmayıbsa, artıq susmağa dəyməz. Müraciətlərin edilməsi çox vacibdir”.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bunları düşünür: “Türk adı daşıyan, amma türk olmayan, Azərbaycan və Türkiyəni sevməyən türk düşmənləri az deyil. Onlar qəsdən də səfər edə bilərlər, ara qarışdırmaq üçün də. Ona görə bu məsələnin davamlı olaraq, gündəmdə qalacağını gözləmək sadəlövhlük olardı. Gündəm belə hadisələrlə doludur. Bu gün bir məsələ haqqında danışılır, səhəri gün onun yerini başqası tutur. Hər halda Azərbaycan və Türkiyə tərəfdə ictimai qınaq oldu. Yetərincə cavabları verildi. Belə bir cəza növü yoxdur. Xatırlayırsınızsa, ”Ergenekon" davasında Zəkəriyyə guya Türkiyə hakimiyyətinə yaxın şəxslərdən idi, amma bir az quyruğu tapdalanan kimi, apardığı işin saxtakarlığı üzə çıxan kimi qaçdığı yer İrəvan oldu. Oradan da yəqin ki xarici ölkələrə getdi. Belə məsələlərdə ictimai qınaq olur, nəticədə də həmin şəxslərə viza verilmir, səfərlərinin də qarşısı bu yolla alınır. Başqa bir yolu yoxdur".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru