Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Tarix: 11-12-2017, 09:09 | Çap et
“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Rusiyanın erməni mənşəli xarici işlər naziri Sergey Lavrov ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bəyan etdi ki, münaqişənin həlli üçün üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə tərəflər razıdırlar.

Lavrovun bu açıqlaması ortaya suallar çıxarıb. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaranmasına imkan verilməyəcək, erməni xalqı artıq bir dəfə öz müqəddəratını kənar güclərin köməyi ilə təyin edib Ermənistan dövləti yaradıb.

Belə net mövqe ortada olduğu halda Sergey Lavrov bu açıqlamanı hansı məqsəd üçün, nədən verə bilər? Lavrov bu açıqlama ilə nə etmək istəyir? Azərbaycan məgər öz müqəddəratını təyinetmə prinsipini qəbul edir?

Bir sıra siyasi ekspertlər hesab edir ki, Sergey Lavrov Avropa İttifaqının 24 noyabrda Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan yekun bəyannamədə bir xüsusi müddəadan bir erməni olaraq narazı və narahat olub. Belə ki, sözügedən bəyannamədə münaqişələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi prinsipləri əsasında həll edilməsi bir daha təsbit olunur, haqqında söhbət gedən münaqişələr kimi isə Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiya, Dnestryanı bölgə göstərilir. Sergey Lavrov bu sənədin ermənilərin xeyrinə olmadığını bilir və görünür, buna görə də üç prinsip məsələsini dilə gətirib.

Deputat Zahid Oruc isə bildirdi ki, bu prinsiplər uzun illərdi sülh danışıqlarında yer alır: “Gerçəkdən də Azərbaycan tərəfinin buna münasibəti tamamilə mənfi olsaydı, ən azı, bəyanatlarda, yaxud həmsədrlərin görüşlərinin yekunlarına dair hər hansı açıqlamalarda qeyd edilən müddəa ümumiyyətlə yer almazdı. Hər kəsə bəllidir ki, əgər siyasi vasitələrlə tənzimlənmədən danışılırsa, burada ilk növbədə prinsiplər razılaşdırılır. Yalnız ondan sonra irəliyə atıla biləcək o mühüm addımlarla bağlı detallı razılaşmalardan söhbət gedə bilər. Yəni tutaq ki, hansısa konkret yaşayış məntəqəsinin azad olunması, oraya əhalinin köçürülməsi, təhlükəsizlik tədbirləri, birgə yaşayış fəaliyyəti, sonra oradakı idarəçilik prinsipləri, qarşılıqlı münasibətlər, beynəlxalq qarantiyalar ayrıca sənəddə təsbit oluna bilər. Hər halda, dünyada indiyə qədər mövcud olan münaqişələrin çözülməsi ilə bağlı gedilən yol bundan ibarət olub. Ancaq öz müqəddəratını təyinetmə ilə bağlı məsələyə yanaşmanın özündə çox böyük fərqlər və ziddiyyətlər mövcuddur. Biz bu barədə danışanda hətta Madrid prinsiplərinin ortaya qoyulduğu zamandan bu yana ermənilər bəyan edə bilərlər ki, Azərbaycan həmin məsələyə müsbət reaksiyasını göstərib. Bir sıra hallarda deyilən üç istiqamətlərdən kənara da çıxıb bəyan edə bilərlər ki, ATƏT-in Helsinki yekun aktının müddəalarını Azərbaycan qəbul elədiyini söyləyib. Məsələdə dediyim ziddiyyət buradadır. İş ondadır ki, həqiqətən beynəlxalq hüququn özünün vəziyyəti son dərəcə bərbaddır. Çünki 1975-ci ildə ATƏT formalaşdırılanda - hansı ki, artıq 2-ci Dünya müharibəsindən sonrakı dövrdə BMT ərsəyə gəldi və görəndə ki, artıq müxtəlif qitələr üzrə təhlükəsizlik proseslərinə müdaxilə imkanları çətinləşir, o zaman sovetlər birliyinin təkidi ilə məhz ATƏT formalaşdırıldı. Həmin dövrdə müqəddəratını təyinetmə hüququ yalnız konkret etnik toplumlara mənsub olduqları dövlətlərin sərhədləri daxilində verilirdi. Bu, heç bir halda həmin ölkənin suveren hüquqlarını aradan qaldırma, sərhədlərini pozmağı nəzərdə tutmurdu. Bu gün də beynəlxalq hüquqda əslində bu cürdür. Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulan məhz bu məqamı önə çəkir. Ermənilər isə öz müqəddəratını təyinetmə prinsipini ayrıca müstəqil dövlət yaratmaq hüququ kimi elan edir və bununla da beynəlxalq hüququ açıq-aşkar pozurlar. İndi Sergey Lavrovun haqqında söhbət gedən açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır. ”Lavrovun anlamında öz müqəddəratını təyinetmə Dağlıq Qarabağa müstəqil dövlət yanaşmasıdırmı, yoxsa yox" sualı çox mürəkkəb sualdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, öz müqəddəratını təyinetmə hüququ verilsə də bu, heç bir halda Azərbaycan sərhədlərinin pozulması, o ərazidə suveren hüquqlarımızın tapdalanması anlamına gəlmir və gəlməməlidir".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Sergey Lavrov xarici işlər naziri olduğu müddətcə Moskvanın Qarabağ istiqamətindəki təşəbbüslərinin münaqişənin ədalətli həllinə təkan verəcəyi gözlənilmir: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir, Qarabağla bağlı sadəcə il ərzindəki açıqlamalarını analiz etdikdə birinin də bizim xeyrimizə olmadığı qənaətinə gələrik. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu, Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, ”Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək". Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır. Lavrov heç zaman ermənilərin istəyini arxa plana keçirərək, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayacaq. Bu siyasət bölgədə gərginliyi artıracaq. Bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəliləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər. O ki qaldı, Lavrova, o gələn il də azərbaycanlı və erməni həmkarını mütəmadi olaraq Moskvaya səfərə dəvət edəcək, özü də bölgəyə səfərlər edəcək, ancaq hamısı boş vaxt itkisi olacaq".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Dünən, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Dünən, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru