Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

"Azərbaycan xaricdən silah asılılığını azaltmaq naminə..." - deputat
Tarix: 18-12-2017, 08:28 | Çap et
"Azərbaycan xaricdən silah asılılığını azaltmaq naminə..."
“Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verilmiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb”.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” məqaləsində yazıb.

Y.Camalov bildirib ki, həmin istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib.

Nazir bildirib ki, yaxın zamanlarda daha 2 zavodun-artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr-piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.

Y.Camalov həmçinin qeyd edib ki, müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri həyata keçirilir: “Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası var. Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan ”Tufan" milli zirehli nəqliyyat vasitəsinin, 12,7 mm-lik pulemyotla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulunun, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların hazırlanmasına yönəldilib. Müdafiə Sənayesi Nazirliyinin respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və digərləri ilə birgə əməkdaşlığına əsasən bir sıra tədqiqat işləri aparılır".

Nazir daha sonra yazıb ki, İsrailin “Aeronautika” şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik. Həmçinin Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır. “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib: “2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq”.

Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlanıb: “Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq”. Nazir deyib ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri bir daha sübut edib: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı”.

Nazir onu da qeyd edib ki, müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb, ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb, 10-dan çox ölkəyə hərbi məhsul ixracı 2,7 dəfə yüksəlib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, nazirin məqaləsində açıqlanan faktlar Azərbaycanda müdafiə sənayesinin qısa zamanda böyük inkişaf yolu qət etdiyini göstərən faktlardır: “Şübhəsiz bu, birinci növbədə onunla əlaqədar baş verdi ki, Azərbaycan özünün təhlükəsizliyini təmin etmək üçün vacib olan texnikanı, texnologiyanı, müasir silahları arzu etdiyi məkanlardan ala bilmirdi. Bəlli olduğu kimi, Avropa Birliyinin konkret olaraq bölgə ilə əlaqədar qəbul edilmiş sanksiyası mövcuddur. Onlar Cənubi Qafqaz arealına xüsusi modifikasiyalı silahları satmaqdan imtina ediblər və əslində bu, ABŞ tərəfindən çıxarılmış qərarın Avropa məkanına müdafiəsindən ibarətdir. Səbəblər əlbəttə ki, çoxdur. Ümumən hesab olunub ki, əgər regionda ağır müharibələrin davamlılığı perspektivi güclənəcəksə, bu, məkanda İran və Rusiya ilə strateji planlar quran Qərb dairələrinin maraqlarına uyğun olmayacaq. Ona görə də Azərbaycan xaricdən silah asılılığını azaltmaq naminə müdafiə sənayesini qurub inkişaf etdirmək istiqamətində addımlarını atdı. Hər il hərbi sferaya ayrılan büdcə vəsaitlərinə kəskin müqavimət, beynəlxalq təzyiqlər mövcud idi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan bu sahədə uğurlu addımlar atdı. İndi artıq böyük bir siyahı mövcuddur ki, həmin siyahıdakı silahları Azərbaycan istehsal edir. Silahların həm ölkə daxili ehtiyac üçün, həm də xarici bazara çıxarılmasını təmin edən addımlar da atılmaqdadır”.

Bəs Azərbaycan gələcəkdə ağır hərbi texnika istehsal edə biləcəkmi? Zahid Oruc qeyd etdi ki, bu mümkündür: “Ümumən son illərdə dünyada silah və hərbi texnika bazarında çox böyük bir dinamizm müşahidə olunur. Azərbaycan burada əməkdaşlıq etdiyi mühüm dövlətlərlə bir tərəfdən İsrail, Rusiya, o biri yandan Türkiyə, həmçinin Belarus, müəyyən bir dövrdə Polşa, Rumıniya ilə çox uğurlu siyasət yürütdü. Özünün hərbi ehtiyaclarını ödədi. Lakin bir çox ehtiyacların ödənməsi üçün daxildə istehsal zəruri idi. Azərbaycan da bunu etdi. Azərbaycan hazırda və gələcəkdə nüvə silahı yaratmaq, nüvə başlıqlarını əldə etmək kimi niyyəti yoxdur. Qarşımıza qoyduğumuz məqsəd birinci növbədə təhlükəsizlik təminatını reallaşdırmaq üçün hava hücumu sistemlərini müdafiə etməkdir, xüsusilə, strateji məkanlarımızı qorumaqdır. Odur ki, Azərbaycan çox mümkündür ki, gələcəkdə ağır hərbi texnikalar da istehsal etsin. Lakin bildiyiniz kimi, bu bazar beynəlxalq məkanda əsasən ABŞ-ın əlindədir. Onlar ağır hərbi texnikanın son nümunələrini yaradıblar. Ona görə də burada ayaqlaşma elə də asan deyil. Silah bazarı xeyli dərəcədə rəqabətlidir, tutulubdur, nano sistemləri işləyən korporasiyalar çalışır. Əminəm ki, Azərbaycan gələcək dövrdə buna qadir olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru