Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

“Maşınınız varsa, 7-ci mikrorayona gətirin, yuyaq” - Hafiz Hacıyev
Tarix: 23-12-2017, 10:29 | Çap et
“Maşınınız varsa, 7-ci mikrorayona gətirin, yuyaq”
MMP sədri Hafiz Hacıyev “Yeni Müsavat”a müsahibəsində durumunun ağır olmasından danışıb. O bildirib ki, hazırda maddi vəziyyəti zəif olduğu üçün avtomobil yuyaraq, pul qazanır. H. Hacıyev həmçinin 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə də hazırlaşdığını söyləyib.

Hafiz Hacıyevlə müsahibəni təqdim edirik:

- Şərti seçki günü artıq açıqlanıb. Prezidentliyə namizədliyinizi verəcəksiz?

- Bəli, seçkilərə qatılacağıq və namizədliyimi də irəli sürəcəm. Bundan əlavə, partiyamızın qurultayını da keçirəcəyik. Görürəm ki, özünü Azərbaycanın ana, dədə müxalifəti adlandıranlar bundan narahatdırlar. Saytlarda mənim əleyhimə kəskin ifadələr işlədirlər. Xaricdən maliyyələşən saytlar da artıq məni hədəfə alıblar. Bütün bu çətinliklərə baxmayaraq seçkilərdə iştirak edib, fikirlərimi xalqa çatdıracağam. Müxalifətdən başqa ölkə prezidentini istəməyən qüvvələr də mənim üzərimə hücuma keçiblər. Bu gün Azərbaycan hakimiyyətində oturub milyardlar qazanan məmurların da hədəfindəyəm. Çünki hər zaman dövlətçiliyi, dövlət başçısını müdafiə edirəm. Sabiq nazir Fazil Məmmədovun hansı qüvvələrə işləməsi haqqında da o, hələ nazir olanda məlumatlar vermişdim. Digərləri qorxurlar ki, onların da Azərbaycana qarşı etdiklərini açıqlayam. Ona görə də çox gərgin rejimdə işləyirik. Partiya olaraq seçkilərlə bağlı hər bir gücümüzü ortaya qoymuşuq. Nəticədə biz qalib gələcəyik.

- Müxalifət partiyalarından özünüzə rəqib saydığınız varmı?

- Görə bilmirəm. Biri Kərimov Əli idi ki, onu çoxdan sıradan çıxarmışıq. Digəri də şahmat oynamaqla məşğuldur. Şahmatda udur və elə bilir ki, prezident seçkilərini də udacaq. Bilsinlər ki, nə qədər Hafiz Hacıyev siyasətdədirsə, bu şəxslərin şansı olmayacaq. Onlara imkan verəsi deyiləm. Teledebatlarda qarşımda dura biləcəklərsə, buyurub gəlsinlər. Cənab prezidentin dəfələrlə deməsinə baxmayaraq, bu gün bəzi məmurlar korrupsiyaya son qoymurlar. Elələri var ki, onların əllərini də kəssən, göz-qaşları ilə rüşvət istəyərlər. Bundan da bəzi özlərinə müxalifət deyənlər istifadə edib, bütün günü xarici saytlarda, internet televiziyalarında vətənin əleyhinə ermənilər qədər kəskin danışırlar. İstərdim ki, elə bu müxalifətin hamısı teledebatlarda ora yığılsın və birdəfəlik hamısının dərsini verim, bu millətin də canı qurtarsın. Hər halda, çətin olacaq və bunu da nəzərə almışıq, planlarımızı qurmuşuq.

- Planda mitinq keçirməkdə varmı?

- Təbii ki, xalqla görüşlərimiz də olacaq. Seçki qanununun bizə verdiyi bütün vasitələrdən istifadə edəcəyik. Bu gün də görüşlər keçirib, xalqın içərisində oluruq. Bəziləri kimi araşdırma mərkəzi yaradıb, şahmat oynamırıq. Mənə meydan lazımdır ki, millətimizə xəyanət edənləri ifşa edim. Bizə televiziyalarda yer vermirlər. Mitinqləri də sözümüzü demək üçün keçirəcəyik. Həsənov Cəmilin, Kərimov Əlinin və bəzi nazirlərin xəyanətlərini açacağıq. Bu gün heç bir xəyanətkar nazirin adını Kərimov Əli çəkmir. Çünki hamısı bir-biri ilə əlbirdir. Cahangir Hacıyevi siyasi məhbus kimi qələmə verməyə çalışdıqları kimi Fazil Məmmədovla bağlı da belə addım atmaq istəyirlər. Bunlar belədirlər. Prezident kimi işdən çıxarırsa, bunlar ona qucaq açırlar ki, beşdən-ondan alsınlar. Bütün bu detalları mitinqlərdə xalqa çatdıracam.

- Maddi durumunuzdan da ara-sıra şikayətlənirsiniz. Hazırda vəziyyətiniz necədir?

- Çox çətindir. İstəyirəm ki, gecələr “moyka”larda maşın yuyub, partiyamı saxlayam. Bəziləri maliyyəni aparır artistlərə xərcləyirlər, dövlətə xəyanət edənlərə verirlər. Biz də partiyamızı üç-dörd dostumuzla birləşib, güclə saxlayırıq. Əziyyət çəkib, birtəhər partiyamın işıq, internet pulunu verirəm. Buna baxmayaraq, seçkilərə gedəcəyik.

- “Moyka” məsələsini məcazi mənada dediniz, yoxsa vəziyyətiniz həqiqətən bu qədər pisdir?

- Yox, tam həqiqəti deyirəm. Nə məcazi məna? İstəmirlər ki, mən prezidentə xidmət etdiyimə görə mənə kömək etsinlər. Ona görə də məni belə sıxışdırırlar. Maşınınız varsa, gətirib 7-ci mikrorayonda yuduzdura bilərsiniz. Mən bunu gizlətmirəm. Hafiz Hacıyev 3 dəfə prezidentliyə namizədliyini verib, indi də “moyka”da maşın yuyur. Qoy bunlar xəcalət çəksinlər. Nə etməliyəm? İşıq pulunu vermək üçün gedim xarici dövlətlərə satılım? Bəzi səfirliklər mənə deyirlər ki, bizə işləsən daha yaxşı yaşaya bilərsən, Həsənov Cəmil kimi Avropanı gəzərsən. Ancaq bunu etmirəm. Cənab prezidenti qorumaqdan ötrü küçə də süpürməyə hazıram. Digər korrupsionerlər də Fazil Məmmədov kimi olacaq. Kim dövlətə xəyanət edibsə, onlar bu gün yaxşı yaşayırlar. Mənim kimilər isə maşın da yuyacaq, küçə də süpürəcək. İstəyirlər göstərsinlər ki, dövlətçiliyə xidmət edənlərin vəziyyəti mənimki kimi olur.

- 2013-cü ilin prezident seçkiləri ərəfəsində də bildirmişdiz ki, kreditlə maşın almısız. Krediti verib qurtara bildiniz?

- Artıq onu bağlamışam. Daha üstündən 5 il vaxt keçib də. Həmin vaxt telefonumu da kreditlə almışdım. Gedib yoxlaya bilərsiniz. Dünən də evimə kreditlə televizor almışam. Nə vaxtdan idi ki, sovet dövründən qalma televizora baxırdım. O da yandı, gedib kreditə televizor aldım. İlkin ödəniş olaraq da 87 manat ödədim. Hamısına gedib baxa bilərsiniz. Mən muzdlu quldur deyiləm. Vətənimə xidmət edirəm. Nə etmək olar ki, bu gün Hafiz Hacıyevi ac qoyurlar. Kərimov Əliyə pul verib, onu susdura bilirlər. Mitinqlər keçirmir, gördüyünüz kimi. Görünür, məndən kimsə qisas almaq istəyir. Ziya Məmmədovun, Fazil Məmmədovun necə pis işlərini açmışamsa, digərlərinin də işlərini açacağam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru