Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

Araz Əlizadənin bulanıq suda balıq tutmaqlığı...
Tarix: 25-12-2017, 08:40 | Çap et
Araz Əlizadənin bulanıq suda balıq tutmaqlığı...
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə yenə absurd fikirləri ilə gündəmə gəlib. Zaman-zaman türkçülüyü aşağılayan, bir sıra tarixi şəxsiyyətlərimizə şər-böhtan atan, ittihamlar, iddialar səsləndirən deputat bu dəfə daha irəli gedib.

ASDP sədri Babəkin, Şah İsmayıl Xətainin türk olmadığını bildirib, bu azmış kimi, Azərbaycan Respublikasının varisi olduğu Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyatının son dövrlərində türk olduğunu iddia edib. Nə danışdığını özü də anlamayan A.Əlizadə sanki döşündə gəzdirdiyi mandatın üzərindəki bayrağımızın yaradıcısına bu cür iftira atdığının fərqində deyil.

Hər açıqlamasında bu cür “cəsarəti” özündə tapan deputat barədə təmsil olunduğu Milli Məclisin və digər aidiyyatı qurumların nə üçün ölçü götürməmələri hər zaman olduğu kimi yenə də ciddi tənqid olunur.

Rəsulzadə İrsini Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər bir insanın milli mənsubiyyəti əsas götürülsə də, onun əsas Azərbaycana xidməti öndə tutulmalıdır: “Bizim üçün əsas olan odur ki, bu insan Azərbaycan üçün nə edib. Rəsulzadə türkdür, türk olaraq da, öz əsərlərində hər zaman bunu qeyd edib. Azərbaycan türklərinin tarixi ilə bağlı yazdığı əsərlərlə, fəaliyyəti ilə bunu dəfələrlə sübut edib. Bunu deməyə heç ehtiyac yoxdur. Bu şəxs barəsində bu cür qeyri-etik cümələrin işlədilməsi düzgün deyil. Bu məsələnin üzərində dayanmaq da lazım deyil. Qarşıdan Cümhuriyyətin 100 illiyi gəlir. Çox böyük bir hadisə yaxınlaşır. Bu hadisə ərəfəsində Rəsulzadə kimi Azərbaycan türkünə, bütövlükdə dünya türkçülüyünə xidmət etmiş bir şəxsiyyətin ünvanına bu cür xoşagəlməyən fikirlər söyləmək mənə gəlir ki, bu qəsdən aparılan bir kampaniyanın tərkib hissədir. Çalışırlar ki, bu kampaniya çərçivəsində Rəsulzadə kimi bir şəxsiyyəti gözdən salsınlar, amma bu, qeyri-mümkündür, Çünki 70 ilə ərzində Rəsulzadəni arxa planda saxlamaq mümkün olmayıbsa, yaxınlaşan beş ay ərzində də mümkün olmayacaq. Cümhuriyyətin 100 illiyinə belə ləkələrlə, kampaniyalarla getmək düzgün deyil.

Bu gün daha çox diqqət etmək lazımdır ki, yüz illikdə nə edirik. Kimin türk olub-olmaması problem olmamalıdır. Baxmayaraq ki, Rəsulzadə birmənalı şəkildə türk idi. Cümhuriyyətimizin qurulmasında qeyri türklər də iştirak ediblər. Onlara qarşı bu cür yolla sayğısızlıq göstəririk. Əlimərdan bəy Topçubaşov ana dilində yaza bilmir, danışmağı da bacarmırdı. Amma kim onun Azərbaycan üçün xidmətlərinə şübhə ilə yanaşa bilər? Fətəli Xan Xoyski Cümhuriyyətin baş naziri idi, amma ana dilində danışa bilmirdi. İndi onun fəaliyyətinə kim kölgə sala bilər? Kim indiyə qədər Rəsulzadə, Topçubaşov, Xoyski kimi Azərbaycana xidmət edib? Onların xidmətinin nəticəsi oldu ki, Azərbaycan dünyada 23 dövlət tərəfindən tanındı. Cümhuriyyətdə ordunun baş qərargah rəisi polyak-tatar millətindən olan Sulkeviç olub. O güllələnəndə deyib ki, mən fəxr edirəm ki, Azərbaycan Ordusunun generalı kimi güllələnirəm. İndi ona şübhə ilə yanaşa bilərik? - baxmayaraq ki, milliyyəti türk deyil. O da bizim bir vətən oğludur. Belə nümunələri saymaqla bitməz. Bu şəxslərin Azərbaycanı sevdikləri üçün nə məhrumiyyətlər çəkdiklərini sözlə ifadə etmək çox çətindir. Danışanda bir az ehtiyatlı danışmaq lazımdır. Elə danışmaq lazımdır ki, onların ruhu inciməsin. O türk deyil, bu türkdür kimi yanaşmaları kənara qoyub, o Azərbaycana necə xidmət edib düşüncəsi ilə yanaşmaq lazımdır. Qarabağı azad edəcək bir şəxs türk olmaya bilər, amma o bunu edəcəksə, bizim üçün doğma olmalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasətdə türkçülük məsələsi siyasi türkçülük mənasında başa düşülməlidir: “Türkçlüyün əsaslarını yazan Ziya Göyalpın özü kürd idi. Atatürk deyirdi ki, türk o deyil ki, türkdür, türk odur ki, Türkiyəni müdafiə edir, onu sevir, ”mən türkəm" deməklə fəxr edir. Məsələn, bir şəxs kürddür, amma özünü siyasi cəhətdən türk hesab edirsə, türkün maraqlarını müdafiə edirsə, o türkdür. Bizim üçün onun qanının, bioloji tərəfinin heç bir əsası yoxdur. Kimlər ki, Azərbaycan tarixində tarixi rol oynayıb, onlar Azərbaycan türküdür. Siyasi kimlik bir anlayış, etnik kimlik isə tamam bir anlayışdır. Etnik kimliyin dövlət quruculuğunda heç bir rolu yoxdur. Bizi ən çox narahat edən odur ki, Azərbaycan tarixində həm etnik, həm siyasi türklüyü üst-üstə düşən o qədər şəxslər var ki, Babək, Şah İsmayıl onlar qədər qüdrətli olmayıb, fəaliyyətləri də azdır. Amma biz həmin şəxsləri sevmədiyimizə görə təbliğ etməmişik, öyrənməmişik. Nəticədə ideal sandığımız şəxslər barəsində bir söz deyilən kimi aləm qarışır. Ata-anası etnik olan Nadir şahdır ki, İsgəndər, Çingiz xandan böyük imperiya yaradan bir türkdür. Xətainin nəsli haqqında olan bütün mənbələr onun xalis türk olduğunu sübut edir. Onun anası, nənəsinin Bizans qızı olması onu türkçülükdən çıxarmır. Bir şəxsin atası türkdürsə, onun anasının hansı millətdən olmasının önəmi yoxdur. Bəli, Babəkin Azərbaycan türkünə aidiyyəti yoxdur. Sadəcə Bəzz qalası Azərbaycan ərazisində olub. Azərbaycanda siyasi və etnik mənsubiyyəti üst-üstə düşən şəxslərin çoxu Azərbaycana tanıdılmayıb. Tutaq ki, Rəsulzadə tatardır. Ola bilər ki, Rəsulzadənin doğulduğu o kəndə vaxtı ilə bu xalq köçürülsün. Amma elm də sübut edib ki, bu xalqlar 300 ildən sonra türklərlə qaynayıb-qarışıblar, bioloji xüsusiyyətləri belə oxşarlıq təşkil edir. İrandan köçürülən tatların farslara heç bir aidiyyəti yoxdur. Əgər Araz Əlizadə inanmırsa, bir fars və tatın qanını İngiltərəyə göndərsin, onda görəcək ki, bizdə yaşayan tatlar fars, yoxsa türkdürlər. Azərbaycandan çox xalqlar gəlib keçiblər, kök buraxıblar, amma onlar türkləşiblər. Bunların hamısı Araz Əlizadənin Azərbaycan xalqına olan nifrəti, gözügötürməzliyin nəticəsidir. Onun özü də mənşəyindən şübhələnir. Çünki Cənubi Azərbaycandan gəliblər. Çalışır ki, öz kimliyini bu şəxsiyyətlərlə yan-yana qoysun. Qanların qarışmasına, siyasi kimliyə görə Rəsulzadə haqqında dedikləri tam yanlışdır. Bir nəfər alim deyə bilməz ki, Xətainin türklüyünə şübhəm var. Biri Azərbaycan uğrunda vuruşubsa, anası da, atası da ermənidirsə, yenə də o türkdür. Ölkəmizdə çoxsaylı insanlar var ki, anaları ermənidir. Ola bilər ki, Araz Əlizadə kimliyini ana xətti ilə müəyyən edir. Bu baxımdan da bu cür fikirlər səsləndirir. Biz türklər ata xətti ilə müəyyənləşirik. Bəzi insanlar var ki, siyasi və etnik kimlikdən istifadə edirlər, lazım gələndə siyasi yaxud etnik kimliklərini önə çəkirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Bu gün, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Bu gün, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Bu gün, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru