Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                 

“Bölgələrin inkişafı sabitliyin, əmin-amanlığın qorunub-saxlanmasından asılıdır” - deputat
Tarix: 1-02-2018, 08:06 | Çap et
“Bölgələrin inkişafı sabitliyin, əmin-amanlığın qorunub-saxlanmasından asılıdır”
“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Qarşımızda duran bütün vəzifələr artıqlaması ilə icra edilir”.

Metbuat.az-ın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bildirib. Dövlət başçısı bildirib ki, 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı: “Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Ölkə başçısı bildirib ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir: “Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Millət vəkili Zahid Oruc Metbuat.az-a açıqlamasında bildirib k, ölkə başçısının son 14-15 ildə, XXI əsr dönəmində Azərbaycanın keçdiyi yola qiymət verməsi və xüsusilə də regionlarla bağlı məsələni hər zaman diqqətində saxlaması, onun göstəricisidir ki, Azərbaycan yalnız paytaxtdan ibarət deyil: “Bölgələri inkişaf etdirmədən böyük uğurlara çatmaq da mümkün deyil. Nəzərə almalıyıq ki, 1990-cı illər, Qarabağ müharibəsinin ağır nəticələri rayonlarımızda özünəməxsus problemlər, qaçqın və məcburi köçkünlərin o yerlərdə məskunlaşması və ona bağlı humanitar problemlər yaratsa da, hətta bunlar olmadan belə SSRİ-nin dağılması səbəbilə infrastrukturun yenilənməsi, sənaye obyektlərinin tamam fərqli reyslərə keçməsi, Azərbaycanda iqtisadiyyatın ukladının dəyişməsi, peşəkar kadrların formalaşması zərurəti, regional bazarların tapılması və s. məsələlər bir nömrəli problem kimi qarşıda dururdu. Bu səbəbdən belə bir açıq tendensiyanı görürdük ki, adamlar öz regionlarından paytaxta doğru üz tutur, Bakı öz yükündən iki-üç dəfə artıq yüklənir, bu isə əmək bazarına on minlərlə insanın daxil olması deməkdir. Paralel şəkildə on minlərlə insan mənzil bazarında gərginliyi artırır, əvəzində isə bölgələrdə sönüklük şəraiti davam edir. Bu səbəbdən çox strateji bir qərar idi ki, həqiqətən də rayonları o şəraitdən çıxarmaq mümkün olsun. Açıq demık lazımdır ki, rayonlarda biz hətta qaranlığı, zülməti görürdük, ümidsizlik var idi. Adamların ümidsizliyi də dediyimiz kimi ancaq o perspektivlə bağlı deyildi, düşünürdülər ki, nə zaman bu infrastruktur yaxşılaşacaq, yollar müəyyən qədər düzələcəkmi, elektrik enerjisi vaxtında veriləcəkmi, su sistemi qaydasına düşəcəkmi və s. Hər bir halda hökumət ölkə başçısının rəhbərliyi altında bunu çox uğurlu şəkildə gerçəkləşdirməyə nail oldu. Düşünürəm ki, ən vacib məsələlərdən birincisi, Bakıya sürətlə gəliş xeyli dərəcədə azalıb. Bu fakt inkar edilməz həqiqətdir”.

Millət vəkili qeyd edib ki, prezident İlham Əliyevin güclü iradəsi, siyasi liderlik potensialı bu dövr ərzində çox uğurla vətənimizin mənafelərinin xeyrinə işlədi: “Ona görə bu məsələlər çox rahatlıqla təqdim olundu. Bölgələrin inkişafı ilə paralel deyərdim ki, cənab prezident orada ölkədə sabitlik, əmin-amanlıq, təhlükəsizlik məsələlərini xüsusi vurğuladı. Bunun da səbəbləri var. Çünki 90-cı illərdə təhlükələr daxildən gəlirdi. Bu rayonların həyatında da özünü göstərirdi, müxtəlif silahlı qruplar, ayrı-ayrı cinayətkar dəstələr və s. Problem bütün bölgələrdə var idi. Separatizm təkcə paytaxta yaranan bir təhdid deyildi ki. Amma cənab prezident vurğuladı ki, indiki beynəlxalq mürəkkəb şəraitdə ölkədə sabitlik təmin edilir. Bu isə hər bir bölgə sakininin, hər bir vətəndaşımızın xeyrinədir. Indi biz görürük ki, təhlükələr ixrac olunur, xaricdən sanki yönləndirilir. Əvəzində terror inkişaf edir, 2011-ci ildə ABŞ prezidenti Corc Buş 11 sentyabr hadisələrini əsas götürüb Əfqanıstanda “Taliban”ın üzərinə yeridəndə kimsə ağlına gətirmirdi ki, bu, ölkədən çıxacaq və 7 il ərzində dünya məkanında terrorun bayrağı, əhatə dairəsi, məkanları bu qədər geniş yayılacaq. Əvəzində isə milyonlarla insan ya həlak olacaq, ya da öz yurd-yuvalarından didərgin olacaq. Ona görə də hər bir rayonun inkişafı Azərbaycanda sabitliyin, əmin-amanlığın qorunub-saxlanmasından asılıdır. Bu mənada cənab İlham Əliyev ölkənin bütövlüyünü təmsil edən şəxsiyyətdir. Hər bir ərazini şəxsən gedib tanıyan adamdır. Cənab prezident gənclik illərindən ölkəni, Qarabağ bölgəsini qarış-qarış tanıyır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru