Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                 

“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm” - deputat
Tarix: 3-03-2018, 09:58 | Çap et
“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm”
Prezidentliyə iddiaçı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə imzatoplama kampaniyasını başa vurub. Artıq onun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. A.Əlizadə ilə seçki və digər məsələlərlə bağlı söhbət etdik. Partiya sədri öncə imzatoplama kampaniyasını başa vuraraq, imzaları MSK-ya təqdim etdiklərini dedi.

- Hazırkı seçki mühitini necə dəyərləndirirsiz?

- Normal seçki mühitidir.

- Özünü əsas favorit namizədlərdən sayırsınız?

- Bu seçkinin şəksiz favoriti cənab prezidentdir. Amma bizim də deməyə sözümüz var.

- Sizdən əlavə, 10-dan çox namizəd var...

- Onların hər birinin işini Allah avand eləsin.

- Siz də şahidi oldunuz ki, Azərbaycan müxalifəti iki hissəyə parçalandı, seçkidə iştirak edən və etməyənlər, eləcə də, boykotçular. Sizcə, seçkidə iştirak etməyənlərin proseslərə hər hansı təsirləri olacaqmı?

- 1988-ci ildən Azərbaycan siyasətinin içərisindəyəm. Heç vaxt boykot baş tutmayıb. Boykotu həyata keçirmək üçün siyasi qüvvələrin gücü olmalıdır. İndiyə qədər cəmi bir dəfə boykot baş tuta bilərdi, o da 2003-cü ilin seçkilərində. O zaman 22 siyasi partiya bir araya gəlmişdi, boykot haqqında qərar vermişdi. O zaman demişdim ki, əgər bu dəfə boykotdan imtina edib seçkiyə gedəcəksinizsə, gələcəkdə bu silahı unudun. Amma imza qoyulan günün səhəri Müsavat, AXCP, ADP və digərləri seçkiyə getdilər. Yalnız boykotu davam etdirən biz və Vəhdət partiyası oldu. Ona görə də, bunların hamısı boş şeylərdir. İndi boykota gedənlər bunu acizliklərindən edirlər. Bilirlər ki, qalib gəlmək şansları yoxdur, imza toplaya bilməyəcəklər.

- Martın 10-da birləşmiş müxalifət mitinq keçirəcək. Bunun hər hansı bir təsirləri gözlənilirmi?

- Son prezident seçkilərində 98 ictimai təşkilatı, partiyanı və QHT-ləri birləşdirən Milli Şura nə etdi ki, indi də nəsə edə bilsin? İndi əvvəlkindən daha zəifdirlər.

- Güc yoxdursa, bu mitinqləri keçirməkdə məqsəd nədir?

- Göstərmək istəyirlər ki, biz də varıq.

- Zəif mitinqlərlə daha çox itirdiklərinin fərqində deyillər?

- Bu, əsas deyil. Onları himayə edən qüvvələrə göstərirlər ki, biz əlimizdən gələni edirik, maliyyə dəstəyinizi bizdən əsirgəməyin.

- Sizin özünüz necə, təbliğat-təşviqat dönəmində aksiyalar keçirməyi planlaşdırırsız?

- Seçicilərlə görüşlərim olacaq. Amma mitinq keçirmək fikrim yoxdur. 2013-cü ildə də mitinqlər keçirməmişdim.

- Seçkinin müəyyən dönəmində geri çəkilmək fikriniz varmı?

- Xeyr. Heç vaxt mübarizədən qaçmamışam. Məğlub olmuşam, amma mübarizəmi dayandırmamışam.

- Mübarizədən danışırsınız, seçkinin favoritinin kim olduğunu deyirsiniz, o zaman hansı mübarizədən söz açırsınız?

- Futbol Üzrə Dünya Çempionatı keçirilir. Orada hamı bilir ki, bu çempionatın favoriti Braziliya, Almaniya, Argentina və digər ölkələrdir. Amma bu çempionatda favorit olmayanlar da iştirak edirlər. Bir də görürsünüz ki, gözlənilməz nəticələr də baş verir, sürprizlər yaşanır.

- Futboldakı sürprizi siyasətə gətirəcəyinizə deyəsən çox ümidlisiniz...

- Siyasi mübarizə də mübarizədir. Yadınıza salım ki, ABŞ-da son prezident seçkiləri keçiriləndə hamı deyirdi ki, Hillari Klinton qalib gələcək. Azərbaycan siyasətçiləri arasında yeganə mən idim ki, Donald Trampın qalib gələcəyini deyirdim. Buna görə məni çox təhqir edirdilər, dolayırdılar. Nəticə göz önündədir.

- Trampa nə üçün bu qədər inanırdınız?

- Mən ona inanmırdım, amma Hillari Klintonun məğlub olacağına inanırdım. Düşünmürdüm ki, Amerika xalqı o qədər axmaq olsun ki, dünyanı III Dünya Müharibəsinə gətirib çıxaracaq, seksual cəhətdən öz ambisiyalarını təmin edə bilməyən və buna görə də siyasətdə radikal addımlar atan bir xanıma səs versin. Onun təşəbbüsü ilə həyata keçirilən “Ərəb baharı”nı bütün dünya gördü. Bu baxımdan bilirdim ki, Allah bilib dəvəyə qanad verməyəcək.

- Özünüzü Azərbaycanın Donald Trampı sayırsınız?

- Xeyr. Mən Azərbaycanın Araz Əlizadəsiyəm. Heç vaxt heç kəsə bənzəmək istəməmişəm... 1992-ci ildə məni seçkiyə buraxsaydılar, böyük qələbə qazanmaq şansım var idi. Sevinclə bunu Azadlıq meydanında Əbülfəz Əliyev elan etdi ki, şad xəbərim var, Araz Əlizadəni seçkiyə buraxmadılar.

- 1992-ci ildə özünü favorit sayan bir siyasətçi nədən sonradan Azərbaycan siyasətinin ən zəifləri sırasında yer alır?

- Çünki Araz Əlizadə üç il mühacirətdə oldu. İnsan üç il siyasətdə olmayanda onu unudurlar. Siz hər hansı bir siyasətçini mətbəxdə gizlətmək istəyirsinizsə, bunun asan bir yolu var. Onun haqqında mətbuat yazmasın, o heç yerdə görünməsin.

- Xaricdə mühacir həyatı yaşayıb ölkə daxilində nüfuzunu qoruyanlar da var, məsələn, sabiq spiker Rəsul Quliyev və başqaları...

- Rəsul Quliyevin Azərbaycan cəmiyyətində nəsə bir nüfuzu var? Onun reytinqi bu dəqiqə mənfidir, heç sıfıra da bərabər deyil.

- 1992-ci ildəki nüfuzunu nə zamansa qaytarmağa ümid edirsinizmi?

- Bunun üçün kifayət qədər imkanlarım yoxdur. O zamanın ab-havası ilə indiki bir-birinə daban-dabana ziddir.

- Bir-birinə zidd olan nədir?

- O zaman meydanlarda, telekanallarda siyasi mübarizə gedirdi. Araz Əlizadəni bütün SSRİ məkanı tanıyırdı. İndi tamam ayrı bir vaxtdır. Çinlilərin bir gözəl misalı var, “İki dəfə eyni suya girmək mümkün deyil”.

- Bu seçkilərdə özünüzü müxalifət, yoxsa iqtidar namizəd sayırsınız?

- Hər zaman özümü müxalifət sanmışam. Müxalifət kimi də qalacam. 1990-95-ci illərin parlamentində həm Xalq Cəbhəsinə, həm də kommunistlərə qarşı müxalif idim.

- 11 apreldən sonrakı Azərbaycanı necə görürsünüz?

- Həyat davam edəcək. Ən əsası odur ki, güclü ordumuz artıq var. Qətiyyətlə Qarabağın işğaldan azad olunmasını hərbi yolla təmin etməliyik. Bu mənim ən böyük arzumdur.

- Seçkilər oktyabrda keçirilsəydi...

- Heç bir şey olası deyildi. Müxalifətin yenə şansı olmayacaqdı. Onlar artıq yalançı çoban vəziyyətindədirlər. 1988-ci ilin dekabrını, 1990-cı ilin yanvarını, 1992-cü ilin dövlət çevrilişini, bundan bir il sonra vətəndaş müharibəsi qarşısında xalqı qoyub qaçmalarını, 2003-cü ilin seçkilərindən sonra yenə də xalqı qoyub qaçmalarını yada salın. İnsanları nə qədər güdaza vermək olar?

- Açıqlamalarınızda sanki bilərəkdən “dövlət çevrilişi” ifadəsini işlədirsiniz ki, bu da ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrin əsas “fenomen”inə çevrilirsiniz...

- Heç vaxt həqiqətdən başqa heç nə demərəm. Sosial şəbəkələrdəkilər isə məni maraqlandırmır. Artıq bir dəfə demişəm ki, əsasən işi-gücü olmayan yaxud hər hansı bir qüvvələrdən pul alıb kimisə söymək istəyənlər sosial şəbəkələrdədirlər. Məni sosial şəbəkələrdə söyəcəklər deyə, niyə yalan danışmalıyam? 1992-ci il martın 5-indən 6-na keçən gecə hamı durub demokratiyanın təntənəsindən danışanda orada durub çıxış etdim və dedim ki, gəlin özümüzü aldatmayaq, bu, demokratiyanın təntənəsi deyil, dövlət çevrilişidir. O zamandan çoxsaylı təhlillərimiz nəticəsində tam əmin olmuşam ki, o, dövlət çevrilişi idi. Bu baxımdan sosial şəbəkələrə görə fikrimi dəyişən deyiləm.

- Əgər bu, dövlət çevrilişi idisə, o dövrün hakimiyyəti o qədərmi zəif idi ki, bunun qarşısından qaçdı?

- Bəli elə idi. O zaman Azərbaycanda nə ordu, nə də normal Daxili İşlər Nazirliyi var idi. Prezident də qətiyyətsiz idi...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru