“Bu söyüş və təhqirlər sabah davaya, silahlı münaqişəyə çevrilə bilər” - AMİP “söyüş müxalifəti” ilə bağlı həyəcan təbili çaldı...
Tarix: 28-03-2018, 08:44 | Çap et
 Son aylarda Avropada bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan “söyüş müxalifəti”nin getdikcə fəallaşması gündəmdən düşmür. Demək olar hər gün “söyüş müxalifəti”nin təmsilçilərinin sosial şəbəkələrdə canlı yayıma çıxıb Azərbaycan dövlətinin imicinə xələl gətirən açıqlamalar verməsi, hökumətə rəhbərlik edənləri ən ağır formada təhqir etmələri ölkə daxilində böyük hiddət doğurmaqdadır.
Artıq tək iqtidar həmin mühacirlərlə mübarizə aparmır, cəmiyyətin bütün sferalarından sərt qınaqların, etirazların şahidi olmaqdayıq. Hətta müxalifət düşərgəsi belə bu cür mübarizə üsulunun doğru olmadığını, onların nüfuzlarına da bunun ciddi zərbə vurduğunu deyir. “Söyüş müxalifəti”nə yönəlik edilən müraciətlər də durmadan artır.
Bu cür mübarizə xəttinin əleyhinə olan müxalif qurumlardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın katibi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında belə mübarizə üsulunu rədd etdiklərini söylədi: “Mən demokratik və sivil mübarizə üsulundan kənar hər cür vasitəni rədd edərək, bir daha vurğulamaq istərdim ki, ictimai, siyasi, o cümlədən hüquq müdafiəsi ilə məşğul olan hər kəs öz məsuliyyətini anlamalıdır. Söyüş, təhqir, alçaldılma, etik normalardan kənar və nifrətə köklənən davranış və hərəkətlər qəbul olunmazdır. Lakin hakimiyyətin üzərinə daha böyük məsuliyyət düşür. Ölkədə normal mübarizə mühiti yaradılmalı, qeyri-etik, əndazəni aşa biləcək addımlara vəsilə olmamalıdır. Məmurların siyasətlə məşğuliyyəti, insanları incitmələri, onlara yuxarıdan aşağı baxmaları nəticə etibarı ilə bu kimi xoşagəlməz mənzərəyə gətirib çıxarıb. Rəqiblərindən qisas olmaq, onların əvəzindən qohum-əqrəbasını incitmək, şərləmək, günahsız insanları həbsə atmaq, mənəvi işgəncələrə məruz qoymaq qətiyyən olmaz. Hər kəs törətdiyi əmələ görə məsuliyyət daşıdığı və cəza çəkməli olduğu halda, hakimiyyət mənsubları qanunları kobud surətdə pozaraq ucdantutma cəza mexanizmini işə salır. Eyni zamanda insanların heysiyyəti ilə oynamaq, onların şəxsiyyətinə hörmət qoymamaq təhlükəli meyllərin artmasına gətirib çıxarmaqdadır. İctimai fikrin formalaşmasında, millətin və xalqın taleyində və dövlətin idarəedilməsində rol oynayan hər kəs daha məsuliyyətli olmalı, mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sayğı göstərməlidir. Xüsusən də ölkənin ən böyük partiyası olan YAP qəbuledilməz bu kimi tendensiyalara rəvac verməməlidir. Belə halların qarşısının alınması kimlərəsə hansısa müraciətlə mümkün deyil. Zamanında müxalif düşərgəyə qarşı da eyni üsul, oxşar dəst-xətlə yanaşılıb. Əgər xatırlayırsınızsa "Lider" televiziyasında buna daha geniş yer verilirdi. Nifrətə köklənən insanları durdurmaq çətindir. Bu söyüş və təhqirlər, sabah davaya, silahlı münaqişəyə çevrilə bilər. Odur ki, kimliyindən asılı olmayaraq, hər kəs cəmiyyətə sayğı göstərməlidir. Söyüş makinaları təkcə hakimiyyəti hədəf almayıb, onların hədəfində müxalifət düşərgəsi də var. Heç kəs söyüşə, təhqirə görə özünə haqq qazandıra bilməz. Gərginliyi aradan qaldırmaq və həlimlik yaratmaq da hakimiyyətin əlindədir. Çox təəssüf ki, sanki həm hakimiyyətdə, həm də kənarda bəzi qüvvələr söyüş və təhqirin davamlı olmasında, yaxud da bunun qızışdırılmasında maraqlıdır. Rəqibin və qarşındakının kim olmasına baxmayaraq, siyasi mübarizədə həmişə etik qaydalar və müəyyən olunmuş çərçivələr gözlənilməlidir. Əks halda, bundan da ağır xoşagəlməz mənzərədən qaçmaq mümkün olmaz”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07 |
|
|
|
• “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03 |
|
|
|
• Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00 |
|
|
|
• “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33 |
|
|
|
• Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30 |
|
|
|
• Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26 |
|
|
|
• Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20 |
|
|
|
• Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
• "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13 |
|
|
|
• Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07 |
|
|
|
• Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02 |
|
|
|
• 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57 |
|
|
|
• Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52 |
|
|
|
• Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49 |
|
|
|
• “Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46 |
|
|
|
• Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40 |
|
|
|
• Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18 |
|
|
|
• “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10 |
|
|
|
• Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54 |
|
|
|
• Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• 3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41 |
|
|
|
• Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40 |
|
|
|
• Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
|