"Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı “realist və praqmatik” istəkləri var"
Tarix: 10-04-2018, 08:41 | Çap et
 “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri problemin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtina etməlidirlər”.
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, danışıqlar zamanı həmçinin 2011-ci il Kazan sammitinin nəticələrindən də istifadə olunmalıdır: “Ən əsası, danışıqlar zamanı hərdən hələ də ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, diqqəti kifayət qədər realist və praqmatik olan ideyalar üzərində cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu ideyaları “kağız üzərində əks etdirmək lazımdır”.
Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: “Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciə yaratmırıq. İşlər davam etdiriləcək. Əminəm ki, ”Kazan sənədi" adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var".
Bəs Azərbaycanla Ermənistan arasında bir-birinə inam, etimad yaranması mümkündürmü? Hətta bir-birinə inansalar belə, bu, Qarabağ probleminin həlli deməkdirmi?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrov yenə də ənənəsinə uyğun olaraq, öz fikirlərini guya ölkəsinin neytral qaldığı bir münaqişə, işğal faktı haqqında danışırmış kimi ifadə edir. Rusiya Dağlıq Qarabağ münaqişəsində tərəfdir, Azərbaycan torpaqlarının işğalı prosesində Ermənistana hərtərəfli dəstək verib, işğalçı ölkənin hərbi-siyasi müttəfiqidir, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur, bu ölkədə Rusiyanın hərbi bazası var, münaqişənin həll olunmamasında, işğalın davam etməsində və işğala son qoyulması üçün BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq hərbi əməliyyatların keçirilməməsində Moskvanın “xidmətləri” danılmazdır: “Bu səbəbdən də Lavrovun haqqında söz açdığı ”realist və praqmatik olan ideyalar" ilk növbədə Rusiyanın özü tərəfindən və açıq şəkildə dilə gətirilməlidir. Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı “realist və praqmatik” istəkləri var. Bu istəklər açıq şəkildə ifadə olunacaqsa, şübhəsiz ki, o zaman münaqişənin həlli ilə bağlı real mənzərə hər kəsə aydın olacaq və bu mənzərəyə uyğun da davranış sərgilənəcək. İndiki halda Rusiya rəsmilərinin açıqlamaları bu ölkənin əməli hərəkətlərinə və problemin mahiyyətinə uyğun gəlmir. Etimadsızlığın səbəbini də burada axtarmaq lazımdır".
E.Mirzəbəyli hesab edir ki, Azərbaycan və Ermənistan arasında etimadlı münasibətlərin yaranmasında da məsuliyyət yenə də Rusiyanın üzərinə düşür. Moskva istəsə bir neçə dəqiqənin içərisində Ermənistan rəsmilərinin də, ictimaiyyətinin də rəyini dəyişə, bu ölkənin sifarişli qeyri-konstruktiv mövqedən yenə də sifarişli konstruktiv mövqeyə adlamasına zəmin yarada bilər: “Azərbaycan tərəfinin mövqeyinə gəldikdə isə Rusiyanın və onun forpostu Ermənistanın davranışları etimad doğuracaqsa, bunun qarşılığı da olacaq. Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə Ermənistan işğal edib, etimadın yaradılmasının məsuliyyəti də onların üzərinə düşür. İşğala məruz qalan Azərbaycanın işğala son qoyulması ilə bağlı konkret yol xəritəsi və əməli addımlar olmadan etimadlı münasibətlərə can atması təslimçilikdən başqa bir şey olmaz. Etimadlı münasibəti işğalçı yaratmalıdır. Çünki etimadın aradan qalxmasına səbəb işğal amilidir. Sergey Lavrovun bunları anlamayacaq qədər sadəlövh olduğunu düşünmürəm. Bu səbəbdən də Lavrovun açıqlamasını münaqişənin həllinin uzadılacağının anonsu kimi qəbul edirəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07 |
|
|
|
• “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03 |
|
|
|
• Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00 |
|
|
|
• “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33 |
|
|
|
• Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30 |
|
|
|
• Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26 |
|
|
|
• Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20 |
|
|
|
• Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
• "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13 |
|
|
|
• Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07 |
|
|
|
• Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02 |
|
|
|
• 'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57 |
|
|
|
• Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52 |
|
|
|
• Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49 |
|
|
|
• “Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46 |
|
|
|
• Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40 |
|
|
|
• Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18 |
|
|
|
• “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10 |
|
|
|
• Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54 |
|
|
|
• Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• 3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41 |
|
|
|
• Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40 |
|
|
|
• Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39 |
|
|
|
|