Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                 

"Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq"
Tarix: 12-04-2018, 08:20 | Çap et
"Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq"
Aprelin 7-8-də keçirdiyi qurultayla partiyaya çevrilən REAL hərəkatı ətrafında sosial şəbəkələrdə bəzi müzakirələr gedir. Qurumun ənənəvi müxalifətdən fərqli olmayacağı bildirilir. Eyni zamanda hakimiyyətin REAL vasitəsilə yeni müxalifət qurmaq istədiyi barədə iddialar səslənməkdədir.

Bu və ya digər məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə söhbət etdik.

- Natiq bəy, REAL-ın ənənəvi müxalifətdən heç bir fərqinin olmayacağı deyilir...

- Ənənəvi müxalifətin metodları və onların bu günə qədər atdıqları addımlarla razılaşsaydıq, o yolla getsəydik, yeni partiyanın qurulmasına nə ehtiyac var idi? Mövcud olduğumuz 9 ildə dəfələrlə digər partiyalardan təkliflər almışıq, elçilik də ediblər, dəvət də. Bunun qarşılığında onların hər hansı birində fəaliyyətimizi davam etdirə bilərdik. Atacağımız addımları, görəcəyimiz işləri görmədən indidən belə bir münasibət sərgiləmək anlaşılan deyil. Son 9 ildəki fəaliyyətimizlə çox şeyi sübut etmişik. Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq. Hətta onları tənqid etdiyimiz hallar da oldu. Milli Şuranın qurulmasından başlayaraq, son mitinqlərə qədər bir çox əks mövqelərimiz oldu. REAL yeganə müxalif qurumdur ki, artıq beş ildir elan etdiyi proqramlar sənədi var. 70 səhifəlik sənəddə ölkənin bütün istiqamətləri orada qeyd olunub. Hətta hökumət beş il öncə yazdığımız bəzi məsələlərin həyata keçirilməsində müəyyən addımlar atıb. Məsələn, beş il qabaq Milli Təhlükəsizlik Nazirliyinin siyasi qurum kimi fəaliyyət göstərməsinin düzgün olmadığını və onun iki quruma ayrılmasının vacibliyini qeyd etmişdik.

Bir müddət sonra bu, baş verdi və proqram sənədlərimizdə nə yazılmışdısa, o da oldu. Regional təhsil və səhiyyə idarələrinin yaradılmasını daha doğru olduğunu yazmışdıq, bununla bağlı da müəyyən addımlar atıldı. Digər sahələrdə də yazdıqlarımızdan yararlanma halları olub. İlk günlərdən elan etmişik ki, parlament sistemli siyasi qurum, yəni parlament partiyası yaradacağıq. Kütləvi üzvlüyə önəm verməyəcəyimizi elan etmişik. Formal olaraq kiminsə ərizə yazması önəmli deyil. Bu istiqamətdə də digər partiyalardan ciddi fərqimiz var. İlk gündən ölkədə siyasi dil və üslubun dəyişməsinə, yeni terminlərin, tezislərin və ideoloji diskussiyaların qurulmasına çalışmışıq. Bütün bunlara müəyyən qədər nail də olmuşduq. İstənilən sahəni götürün, o sahədə atdığımız addımlarla sübut etmişik ki, yeni bir yanaşma, düşüncə gətirməyə çalışırıq.

Azərbaycanda yeni nəsil yetişib. Bunu, çox təəssüf ki, nə iqtidar, nə də ənənəvi müxalifət anlamır. Müstəqillik illərindən başlayaraq, anadan olanların artıq 26-27 yaşı var. Onlar iş-güc, ailə sahibi olublar. Bu gənclər üçün tamam fərqli Azərbaycan baxışları var. Bu gənclərin siyasi tərcüməçisinə çevrilməyə çalışmışıq. Bir çox hallarda məqsədlərimizə nail olmuşuq. Səhvlərimizin olmadığını demək düzgün olmazdı. Səhvsiz nə təşkilat, nə də insan var. Çalışmışıq ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, sonrakı fəaliyyətimizdə bunları təkrarlamayaq. Partiyamızda daxili demokratiya mövcuddur. Bu partiyanın bir şəxsin olmadığını dəfələrlə vurğulamışıq. İlqar Məmmədov hazırda partiyanın sədridir. Amma istənilən müzakirədə onun bir səsi var. Dəfələrlə olub ki, İlqar Məmmədov həbsdə olmasına baxmayaraq, onun verdiyi təkliflər İdarə Heyətində səsvermədən keçməyib.

- Siz indi demək istəyirsiniz ki, ölkəmizdə siyasi partiyalar şəxslər üzərində qurulub?

- Hansısa partiyada sədr təklif verir, onun əleyhinə çıxırlar? Belə bir fakt yoxdur. REAL olaraq artıq bu ənənəni yaratmışıq. REAL bir və ya bir neçə şəxsin təşkilatı olmaqdan çoxdan çıxıb. Bu, artıq ideoloji bir formaya çevrilib.

- Qurultaydan sonrakı əsas ittihamlardan biri də odur ki, hakimiyyət REAL-ın fonunda yeni müxalifət qurur...

- Bu hakimiyyət REAL-ın fonunda yeni bir müxalifət qurmağa cəhd etsəydi, sədrimizi beş ildən çoxdur niyə həbsdə saxlayır? Bir neçə ay saxlayıb azad edə bilərdi. Belə ittihamları az eşitməmişik. İqtidarın nə fikirləşdiyi bizi maraqlandırmır. Ola bilər ki, hakimiyyətin bizdən yeni müxalifət yaratmaq istəyi olsun. Əgər onlarda bu düşüncəsi olsaydı ki, ölkədə normal iqtidar-müxalifət münasibətləri formalaşsın, bu, çox yaxşı olardı. REAL normal siyasi dil və üslubun ölkədə formalaşmasının daim tərəfdarı olub. İqtidarın belə bir fikri varsa, bunun bizə dəxli yoxdur axı. Biz, sadəcə, düşmənçilik üzərində qurulan siyasətin əleyhinəyik. Nifrət üzərində siyasət mövcud olmamalıdır. İqtidarın içərisində də bizim düşüncədə olanlar varsa, bu, çox yaxşıdır. Bunun ölkəyə heç bir ziyanı yoxdur.

- Amma ənənəvi müxalifət sizlər kimi düşünmür. İqtidar kimi müxalif düşərgədə rəqibinə münasibətdə nifrətə köklənib. Ola bilərmi ki, sizlərin bu münasibəti REAL barədə belə ittihamlara, düşüncələrə yol açır?

- Qeyd etdikləriniz ola da bilər. Belə fikirlərin dolaşması bizdən qaynaqlanmırsa, heç kimin ağzını bağlaya bilmərik. Heç kimin fikirlərini nəzarət altına almaq düşüncəsindən də çox uzağıq. Amma söhbət sərt üslubdan gedirsə, çox təəssüf ki, ənənəvi müxalifət problemi şəxslərdə görür. Onlar düşünürlər ki, başqa prezident, nazir, yaxud digər məmur olsa, hər şey dəyişəcək. Anlamırlar ki, bu, şəxslərlə bağlı problem deyil. Bu, sistem problemidir. Bunun dəyişməsinə, yeni idarəçilik sisteminin formalaşmasına çalışmalıyıq. Şəxslərin dəyişməsi məsələnin önəmli tərəfi deyil.

Son zamanlar ölkədə bir neçə nazir dəyişdi, o nazirliklərdə ciddi dəyişiklərin şahidi olduqmu? Ənənəvi müxalifətin əsas səhvlərindən biri də şəxslərə fokslanmalarıdır. Çünki partiyaların özləri də şəxslər üzərində qurulub. Müstəqillik illərinə baxsaq görərik ki, Azərbaycanda 90-cı illərdə qurulan partiyaların bəziləri, ümumiyyətlə, sıradan çıxıblar, heç kimin yadına da düşmürlər. İndi ayaqda duran partiyalara da diqqət yetirsək, 2000-ci illərdə daha güclü olduqlarını görərik, indi isə getdikcə daha da zəifləyirlər. Bunun səbəblərini tək basqılarda, həbslərdə, hökumətin atdığı addımlarda görmək yanlışdır. Demokratik olmayan ölkələrdə hakimiyyətlər yerində qalmaq üçün təzyiq və digər yollardan istifadə edirlər. Amma son illərin bütün uğursuzluqlarını tək bununla izah etmək doğru deyil. Deməli, insanlara başqa üsullar, yaxşının necə olacağını çatdırmaq lazımdır. Cəmiyyətimiz çox praqmatikdir. Hər kəs problemləri bilir, lakin yaxşının necə olacağını heç kəs təqdim etmədiyi üçün bu cür durum yaranıb. Ancaq ümumi sözlərlə çıxış ediblər. Bizlərin məqsədləri odur ki, ümidləri bərpa edək. Yaxşının necə olacağını göstərmədiyimiz sürəcdə insanlar siyasətdən kənarda qalacaqlar.

- Yeni müxalifət ittihamını üzərindən atmaq üçün nələr etməyi düşünürsünüz?

- Bu ittihamları səsləndirənlər bunu əsaslandıra bilmirlərsə, biz niyə müdafiə mövqeyinə çəkilib deməliyik ki, bu belə deyil? Bizim belə bir dərdimiz də yoxdur. Kimsə ittihamlar səsləndirirsə, sübutları olmalıdır. Ən böyük sübutlardan biri budur ki, bir siyasi təşkilatın sədri beş ildən çoxdur ki, həbsdədir. Bu hər şeyi deyir.

- İlqar Məmmədova qarşı hakimiyyət tərəfindən bu cür münasibətin sərgilənməsinin arxasında onun və REAL-ın populyarlıq qazanması niyyətinin olduğu da iddia edilir...

- Bəy, bu, beş il olmur axı. Bir il, yaxud uzağı iki il olardı. Əgər belə olsaydı, bu ittihamları səsləndirənləri haradasa başa düşərdik. Beş il bir insan ömrünün az qala 10%-idir. Bir insanın ömründən beş il alıb, onu liderə çeviririk demək absurddur. İnsanların həyatı ilə belə oynamaq mümkün də deyil.

- REAL-ın son beş ildə güclənməsinə ən çox sədrin həbsdə olması göstərilir. Belə fikirlər də var ki, İlqar Məmmədov azadlığa çıxandan sonra bu prosesin qarşısı alınacaq...

- Gələcəklə bağlı indidən bir söz demək çətindir. Təbii ki, İlqar Məmmədovun həbsdə olması onun və təşkilatın populyarlığını xeyli artırdı. Bu populyarlıq həm də məsuliyyət deməkdir. Bunu yaxşı anlayırıq. Gözləntilərin şişməsi heç də yaxşı deyil. Əksinə, biz çalışmışıq ki, gözləntiləri aşağı salaq. Çünki şişən gözləntilər həyata keçməyəndə xəyal qırıqlığına gətirib çıxarır. Bizə asılı olmayan səbəblərdən də bu gözləntilər cəmiyyət daxilində şişib. İlqar həbsdən çıxdıqdan sonra bizim üçün daha məsuliyyətli, ağır bir dövr başlayacaq, məsuliyyətimiz daha da artacaq. Çalışacağıq ki, gözləntilərin aradan qalxmasına imkan verməyək. Ən azından bu gözləntiləri idarə etməyə çalışacağıq. Bunu nə qədər bacaracağıq, zaman göstərəcək.

- İ.Məmmədov azadlığa çıxdıqdan sonra bu, REAL-ın populyarlığını artıracaq, yoxsa əksi baş verəcək?

- Hər şey İlqarın və təşkilatın atacağı addımlardan asılı olacaq. Belə bir risklər var ki, REAL-ın populyarlığının böyük bir hissəsi İlqarın həbsinin üzərində qurulubsa, o, azadlığa çıxdıqdan sonra bu populyarlığın azalma trendinə keçmə ehtimalları var. Bunu öz aramızda da daim müzakirə edirik. Çalışacağıq ki, İlqar azad olunduqdan sonra onun verdiyi mesajlar və təşkilatın atacağı addımlarla ölkənin ən güclü müxalif qurumuna çevrilək.

- Qarşıdakı ayda İlqar Məmmədovun azadlığa çıxacağı, nəhayət, reallaşacaqmı?

- Biz buna çox ümid edirik. May ayında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana verdiyi son üç aylıq müddət də bitir. Prezident seçkilərindən sonra may ayında siyasi məhbuslar probleminin aradan qaldırılması üçün böyük addımların atılacağına ümidliyik. Siyasi məhbus ayıbından birdəfəlik qurtarmaq lazımdır. Ölkəmiz üçün bu, çox vacibdir.

- Diqqət etdim, fikirlərinizdə ən çox ənənəvi müxalifətə kökləndiniz. Gələcəkdə REAL-ı bu qüvvələrlə bir yerdə görsək necə?

- Biz həmişə bəyan etmişik ki, qapımız bizim tezisləri, proqramları qəbul edən istənilən siyasi təşkilatla dialoqa hazırdır. Bunları bağlı qapılar arxasında etmək düşüncəsindən hər zaman uzaq olmuşuq. Qapımız hətta iqtidara yaxın olan siyasi qurumlara belə açıqdır. Əsas problem odur ki, ənənəvi müxalifətin atdığı addımları öncədən hakimiyyət hesablaya bilir. Nəticədə də əks tədbirləri iqtidar çox effektli görür. Bu səbəbdən də ölkədə ciddi siyasi proses getmir. Bu ənənəni sındırmağa çalışmalıyıq. İstənilən güclü ölkənin peşəkar müxalifəti olmalıdır. Yaxın zamanlarda buna doğru ölkədə müsbət dəyişikliklərin olacağını düşünürəm. Buna iqtidar və müxalifət daxilində hazır olmayan insanlar kifayət qədər çoxdur. Bu baxımdan bir çox siyasi qüvvələrin proseslərdən kənarda qalacağına tam əminəm. Ciddi ideoloji disbut yaransa, bir çox insanlar proseslərə seyrçi qalacaqlar.

- Son sualım, hərəkat kimi fəaliyyət göstərmək asandır, yoxsa partiya kimi?

- Bir neçə gündür ki, partiyaya çevrilmişik. Əslində hərəkat kimi fəaliyyət göstərəndə gələcəkdə qurulacaq partiyanın formatına uyğun təsisatlarımızı qururduq. Biz bilirdik ki, günün birində bu, baş verəcək. Hərəkat kimi fəaliyyətin asan olduğunu deyə bilmərəm, amma elə daha çevik idi. Çünki hərəkatda müxtəlif fikirli şəxslərin olması normal sayılır. Partiya daha çox ideoloji çərçivədədir. Partiyanın daha ciddi, intizamlı bir fəaliyyət növü olduğunu yaxşı anlayırıq. Bunun üçün partiya kimi fəaliyyətin çətin olacağını bilirik. Amma məsuliyyətli və effektiv olacağımıza inanıram.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru