İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                 

“Seçkilərin nəticələri siyasi palitranı dəyişəcək və fərqli bir arxitektura meydana çıxaracaq” - deputat
Tarix: 17-04-2018, 08:26 | Çap et
“Seçkilərin nəticələri siyasi palitranı dəyişəcək və fərqli bir arxitektura meydana çıxaracaq”
Prezidentliyə keçmiş namizəd Zahid Oruc seçkinin ortaya çıxardığı bəzi reallıqlar və digər məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Zahid bəy, adətən belə bir qeyri-rəsmi siyasi yanaşma var ki, seçkilərdə ikinci yeri tutan qüvvə ana müxalifət sayılır. 11 aprel prezident seçkilərinin rəsmi nəticələrinə görə, ikinci yerin sahibi siz oldunuz. Bu, onu deməyə əsas verirmi ki, ana müxalifət yerinə sahiblənmisiniz?

- Seçki prosesinin ölkədaxili siyasi arxitekturanı müəyyən etdiyini hamı yaxşı başa düşür. Lakin tablonu düzgün dəyərləndirmək üçün bizim 20-30 illik müstəqillik tariximizdən doğan təcrübə yetərsizdir. Çünki dünyada mövcud olan ənənələr tamam fərqlidir. Əlbəttə, seçkilər müxalif qüvvələrin də dəqiq siyasi çəkisini müəyyənləşdirən ümumxalq tədbiridir. Kimsə razılaşmaya bilər, yaxud səsverməyə qatılmayan 24 faizlik elektoratı onların tərəfdarları kimi qələmə verər, lakin əgər 100 minlərlə insan 90-cı illərdə Ayaz Mütəllibov dövrünün çağırışlarına itaət göstərməyib, indi dövlətin təyin etdiyi aksiyaya qoşulursa. Onda nəticələri kimin tanıyıb-tanımaması heç nəyi dəyişmir. Deməli, ölkəmizin gələcəyi üçün verilən hər bir səsin dəyərini bilmək, onu düzgün təhlil etmək və sabahın dəqiq siyasi gündəliyini müəyyənləşdirmək lazımdır. Bu, təbii ki, nəzəri yanaşmadır.

Məsələnin praktiki tərəfinə gələndə isə prezident seçkilərində və ya parlamentin formalaşması zamanı 2-ci nəticəni qazanan qüvvənin mütləq müxalifətə çevrildiyi fikri qətiyyən doğru deyil. Qərb ölkələrindən gətirəcəyimiz misallar dediklərimizə sübutdur. Məsələn, götürək Amerikanın 21-ci yüzildəki tarixini. Xanım Klinton Barak Obama ilə seçki yarışına qatıldı və gərgin keçən yarışmanı uduzdu. İki fərqli ideologiyası olan partiyanın nümayəndələri kampaniya bitən kimi bir-birinə əl uzatdılar, lakin məsələ sizin dediyiniz kimi əks düşərgələrə çəkilməklə məhdudlaşmadı, onlar bir qədər də irəliyə gedib vahid bir komandaya çevrildilər. Hillari Klinton seçkilərin 2-cisi olaraq, sizin nəzərinizdə müxalif qüvvə olmadı, dövlət katibi vəzifəsini tutaraq gələcək siyasi iddialarına daha böyük tribuna və məqam qazandı. Onun prezidentlik iddiası ortaya təkrarən qoyulanda isə Obama öz həyat yoldaşı ilə birgə bütün resurslarını onun qələbəsi üçün səfərbər etdi.

Eləcə də Almaniyanın yenicə koalisiya hökumətinə çevrilən qüvvələrin siyasi definisiyasını vermək sizin üçün çətin olacaq. Çünki Angela Merkel və Martin Şults rəhbərlik etdikləri Xristian Demokrat İttifaqı ilə Sosial demokratlar arasında birliyə gəldiyində klassik bölgü ilə siyasi spektrdə rənglər avtomatik qarışdı və bu zaman xalqdan alınmış mandatın üzərinə başqa sertifikat yazılmadığından ayrı istilahlara da yer qalmır. İkinci yer müxalifətin boyuna biçilməyib. Onu müxtəlif ideologiyalı qüvvələr də tuta bilər, hakimiyyətə yaxınlığı ilə seçilən, lakin ondan bir qədər fərqli baxışlara malik olan insanların da buna haqqı çatır.

Hələ keçmişdə belə sərt platformaların formalaşmadığı zamanlarda Avraam Linkoln öz siyasi rəqibini gətirib müdafiə naziri təyin etmişdi. Albert Qorun da tarixçəsi söhbətimizə nümunə ola bilər. Daim siyasi qovğalar içində Yelisey sarayı uğrunda mübarizədən gen-bol misallar gətirib bizdə daşlaşmış nəzəriyyələrin puç olduğunu göstərə bilərik.

Bəli, mən seçkilərdə Heydər Əliyev platformasına söykəndiyim üçün siyasi tənha sayıla bilməzdim, əksinə, mövcud hakimiyyətin davamlılığını istəyənlər onları narahat edən problemləri bizim dilimzlə ifadə etmək imkanı qazandılar. Bir qədər insaflı olmaq yetər ki, Zahid Orucun sərgilədiyi obraza və dəst-xəttə ədalətli qiymət verilsin. Hər halda mən varislikdən danışaraq, ilk dəfə onun bioloji deyil, siyasi xarakter daşıdığını vurğulayırdım və qeyd edirdim ki, istənilən qüvvə o mirasa sahiblik iddiasını ortaya qoymaqda azaddır. Çünki dünyada ideoloji-siyasi konfrantasiyalar dövlət qurulana qədər aparılır. O fakt baş verəndən sonra bütün inkarçılıq və düşmənçiliklər bir kənara qoyulur, hamı həmin xilaskarın və dövləti bərqərar edən şəxsiyyətin rolunu tanıyır, lakin cari və perspektiv siyasətə uyğun malik olduğu baxışları xalqa bəyan edir. Bizdə isə hələ də yaxın tarix siyasətimizin baş mövzusu olaraq qalmaqda davam edir.

Halbuki Corc Vaşinqtonun, Tomas Ceffersonun inşa etdiyi dövləti rəmzi olaraq özündə əks elətdirən Ağ Evin binasında son prezident Donald Trampa kosmetik dəyişikliyi belə etməyə icazə vermirlər. Eləcə də Türkiyəni Cümhuriyyətə çevirən böyük Mustafa Kamal nümunəsində hər kəs şahiddir ki, hazırkı hakimiyyətin siyasi baxışlarının Atatürk modelindən kənara çıxdığını deyənlər, bu məhək daşına toxunulduğuna görə iqtidarın üzərinə yeriyirlər. Ona görə də mən söyləyirdim ki, əslində bizim hər birimiz Heydər Əliyev kursunun varisləriyik. Yetər ki, bu fundamenti tanıyırsan, amma qeyd edirsən ki, məsələn, büdcə siyasətinin yerinə yetirilməsində qüsurlar var, kadr məsələlərində problemlər mövcuddur, vətəndaş-məmur münasibətlərində çatışmazlıqlar özünü göstərir, bank sektoru ciddi böhran içərisindədir və sair. Bu, artıq cari siyasətə və perspetktiv plana baxışdır.

- Siz ümumən bir namizəd kimi mövqeyinizi, düşüncələrinizi seçki ərəfəsində cəmiyyətə çatdıra bildinizmi?

- Diqqətli vətəndaşlarımız 9 debatın hər birində verdiyimiz mesajları çox obyektiv dəyərlədirə bilir və oradakı faydalı məqamları yüksək qiymətləndirirlər. Bir daha xatırlatmalı olsam, deyim ki, 1-ci çıxışımda siyasi barış şərlərini ortaya qoymuşdumsa, ikincidə məsuliyyətli və çevik hökumətdən, amma reputasiyası təmiz insanlardan ibarət komandadan bəhs etmişdim, hansı ki, dövlət başçısının üzərində olan ağır yükün bir hissəsini-iqtisadi hissəni üzərinə götürür, bölgələrdə iş aparır, prezident isə regional və beynəlxalq siyasəti aparır, 3-cüdə güvənli təhlükəsizlik orqanlarının qurulmasına dair baxışları sərgiləmişdim, o cümlədən təhsilin və millətin siması olan müəllimlərin hüquqi toxunulmazlığı haqda fundamental məsələlərə yer vermişdim, yerli məmurları kəskin qınamışdım. Əgər bütün bunlar insanlarda bir xoş düşüncə və inam doğurubsa, onu açıq ürəklə etiraf etmək lazımdır. İkincilik, ya üçüncülük deyil, əsas real fakt bu seçkilərdə xalqın bütün kənar ssenariləri puç edib öz taleyinə sahib çıxması və bədgüman proqnozları alt-üst etməsiydi. Ölkənin xaricindəki gərginlik dalğası bizə keçmədisə, geopolitik toqquşmaların müxtəlif namizədlərin üzərində təcəlla edib savaşlara yol açılmadısa, bu hər bir namizədin tutduğu yerdən daha qiymətlidir. Lakin mənim əlahiddə siyasi iddialarım ölkənin gələcək həyatı, idarəçiliyi və xalqın sabahı ilə bağlıdır. Ona görə də 11 aprel axşamı söylədim ki, heç kəs özünü məğlubiyyətdə hiss etməsin, çünki qalib gələn şəxs bütövlükdə cəmiyyəti öz ətrafında birləşdirməyi yaxşı bacarır. Belə olan təqdirdə inanın ki, digər yerlər artıq müəyyən qədər şərti xarakter daşıyır. Mənə görə göstərilən münasibət Heydər Əliyev kursuna olan etimaddan irəli gəlir. Əks halda, mən, ya başqası insanların nəzərində fərd kimi görünərdik, çünki sınaqdan çıxan bir siyasi ideologiyadan kənarda rəğbət və inam qazanmaq çox çətindir.

- Sizcə, debatlarda irəli sürülən təkliflər nəzərə alınacaqmı?

- Məsələnin vacib tərəflərindən biri də odur ki, hər bir namizədin rasional sayıla biləcək ideyaları yeni hökumətin fəaliyyətində nəzərə alınsın. Burada müxalifət, mərkəzçi, orta qüvvə və ya tam radikal olmağından asılı olmayaraq, hər kəsin arzusu ondan ibarətdir ki, müvəffəqiyyət qazanmış qüvvə cəmiyyətdəki təklifləri düzgün dəyərləndirsin. Dünən prezidentin köməkçisi, idarəçilik sistemimizdə mühüm çəkiyə və mövqeyə malik olan hörmətli Əli Həsənov telekanallardan birinə verdiyi müsahibədə mühüm mesajlar səsləndirdi. O dedi ki, prezidentliyə namizədlər tərəfindən seçki dövründə irəliyə sürülmüş təkliflər üzərində Administrasiyada geniş iş aparılacaq, onların hər birinin faydalılıq dərəcəsi qiymətləndiriləcək və gələcək hökumət proqramlarında onlara yer veriləcək. Bu, çox önəmli bir bəyanatdır, yaxşı siyasi mədəniyyət nümunəsidir.

Ona görə də açıq söyləyim ki, bizim qazandığımız 2-ci yer arzuladığımız güclü xalqın və dövlətin təmsilçisinə çevrilməkdən ibarətdir. Biz son nəticələr üzərində xüsusi kampaniyaya baş vurası deyilik. Çünki ambisiyalarımız milli səciyyə daşıyır, hər hansı partiya və hərəkata çevrilməyi nəzərdə tutmuruq. O cümlədən “Zahid Oruc müxalif siyasi qüvvənin önünə keçəcəkdir” kimi qənaətlər də yanlış olardı. Mən öz sabit siyasi simamı qorumaqda davam edirəm, daşıdığım ideallarımda daha da möhkəmlənmişəm və siyasi yetkinlik məktəbindən keçmək imkana görə milətimizə sonsuz təşəkkürlərimi bildirirəm. Bizə göstərilən ehtiramı insanlara xidmətə çevirməkdən qürur duyuruq. Hamı bilir ki, 10 illər ərzində mən bu obrazda tanınmışam. Ona görə də bəzilərinin imkanlarını, səslərini qətiyyən indiki halda dəyərləndirmək istəmirəm. Yalnız onu vurğulamaq yetər ki, biz gələcəkdə Azərbaycan siyasi həyatını boykot, qeyri-boykot, radikalizm, düşərgəçilik, səngər və sair fəaliyyətlə qurmamalıyıq. Ölkədə siyasi barışa nail olmaq üçün addımlar atmaq və siyasi iradə göstərmək lazımdır. Bu halda kimsə özünü çıxdaşda hiss eləməyəcək

- Seçki prosesi, nəticələr, debatlar seçkidə iştirak edən qüvvələrdən hansının real müxalifət olduğunu ortaya çıxardı?

- Seçkiyə start verilən ilk günlərdə vurğulayırdım ki, biz, ümumiyyətlə, 1990-cı illərdən gələn səhv nəzəriyyələrin və praktikanın təsiri altındayıq. Məsələn, 2003-cü il prezident seçkilərində 5 müxalif partiyanın rəhbəri namizəd idi. İsa Qəmbər, Etibar Məmmədov, Lalə Şövkət Hacıyeva, Sabir Rüstəmxanlı, İlyas İsmayılov seçkidə iştirak edirdilər və hakimiyyətə, siyasi kursa əks mövqedə dayanırdılar. Lakin kimsə onlara “hamınız birləşin, vahid qüvvəyə çevrilin” tələbi ilə çıxış eləmirdi. Ona görə də sırf nəzəri baxımdan YAP-ın hüquqi vardı ki, öz ideyalarının təbliğatını genişləndirmək, tərəfdarlarını daha çoxlu etmək, həmçinin siyasi müdafiə istehkamını möhkəm qurmaq üçün onlarla namizədlə çıxış etsin. Əslində siyasi avantüra təmsilçilərinin seçkidə iştirak etməmələri bizə imkan verdi ki, mühüm ideyaları ümumxalq nəzərinə təqdim edək. Debatlarda hörmətli Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu və Fərəc Quliyev tərəfindən də bir çox məsələlərə tam fərqli baxışlar irəli sürülürdü. Siz bunların hər birini müxalif fikir adına qeyd eləyə bilərdiz. O cümlədən bizim də məsələlərə baxışımızda müxtəlifliyin olmasını da öncədən sizə söylədim. Ona görə biz məlum klassik ayırmalar üzərindən düşünməyi bir kənara atmalıyıq. Seçkilərin nəticələri siyasi palitranı dəyişəcək və fərqli bir arxitektura meydana çıxaracaq.

- Seçki özünüzə deyil, rəqib namizədə səs verməyiniz marağa və müxtəlif yanaşmalara səbəb oldu. Düşünmədiniz ki, seçicilər “Namizəd özü özünə səs vermirsə, mən ona niyə səs verim” düşüncəsi ilə sizə qarşı mövqeyini dəyişə bilər?

- Əslində bunun Azərbaycan tarixində çoxlu nümunələri var. Bu praktika 1990-cı illərdə dəfələrlə yaşanıb. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, mən orada vurğulamışdım ki, mən birinci növbədə ideyalarımın qalib gəlməyini, bu düşüncələrin gələcəkdə istifadə olunmağını arzulayıram, amma bizə münasibətdə rəğbətlə yanaşan, ötən dövr ərzində xidmətlərimizi yüksək qiymətləndirən minlərlə insan var və onlar da seçki hadisəsinə lotereya yarışı kimi baxmırlar. Seçkidə favorit qüvvənin kim olduğunu bilirlər. Bütün doğmalarım və qohumlar, həmçinin Azərbaycan siyasətində uzun illər fədakar bir əmək verdiyimiz insanlar səsini bizə verib. Onlar içərisində 80 yaşlı anamı ayrıca qeyd etmək istərdim. Qan bağları tam doğal və təbiidir. Lakin mən əqidə bağlantısından çıxış edərək səsimi statistikaya deyil, real mənəvi və siyasi güc daşıyan milyonlarla seçicinin səsinə qoşuldumsa, burada heç kəsdə xəyal qırıqlığı yaratmış olmadım. Əksinə, onlar bizim səmimi mövqeyimizi anlayışla qarşıladılar.

- Seçkidən sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng etmisiniz. Bu necə reallaşdı? Ölkə başçısı Sizə nə dedi?

- Ölkə rəhbərinin missiyasını başa düşmək, onun çiyinlərində daşınan məsuliyyətini anlamaq baxımından seçkilərə qoşulmaq nə qədər önəmlidirsə, sonda qalibi alqışlamaq bir mədəniyyət nümunəsidir. Ona görə də prezidentə dövlət müstəqilliyimizin 100 illiyi ərəfəsində əldə etdiyi qələbənin 200, 300 yaşlı Azərbaycana gedən yolun bir mərhələsi kimi yalnız uğurlar arzuladım.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru