
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.
Qeyd edək ki, fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun, fevralın 7-də 86 saylı İsmayıllı Dairə Seçki Komissyasının Məzahir Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarlarını ləğv edib.