AŞPA-da Azərbaycana qarşı qərəz: - Təşkilatın qərarı hansı məqsəd güdür?
Tarix: 12-10-2022, 15:03 | Çap et
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidləri araşdırmaq və hesabat hazırlamaq üçün məruzəçi təyin edib.
Bu barədə adıçəkilən komitənin iclasında Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə ediləndən sonra qərar verilib. Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli məruzəçi təyin edib.
AŞPA-nın bu qərarının arxasında nə dayanır? Bu istiqamətdə Azərbaycana məruzəçi təyin etmək nəyə hesablanmış addımdır? DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələləri öz aramızda həll edə bilərdik:
“Bizə jurnalistlərin həbs olunması çox az hallarda baş verir. Bu müddətdə təkcə Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı həbsdədi, onunla bağlı isə hələ istintaq gedir. Bəlkə Əvəz Zeynallını buraxacaqlar? Əslində Avropa bizə qısqanclığını nümayiş etdirir. İki ildə müharibədə qələbə qazanmağımız, problemi çözmək istəyimiz bunların xoşuna gəlmir. Düşünürlər ki, necə olur, biz neçə illər işlədik nəticəyə nail ola bilmədik, amma Azərbaycan özü qısa zamanda Qarabağ məsələsini həll etdi. Prezident İlham Əliyev Praqada Ərdoğanla birgə Paşinyanla görüşüb, irəliyə doğru addımlar atıb. Avropa Birliyinin rəhbəri Şarl Mişel də bildirdi ki, bu addım atılıb və proses davam etdiriləcək. Bütün bunları AŞPA-nı qıcıqlandırır deyə insan haqları məsələsini gündəmə gətirirlər. İnsan haqları bütün dünyada, Fransada, Ermənistanda, digər ölkələrdə pozulur. Amma təkcə Azərbaycanı hədəfə götürüblər. O məruzəçi gəlsin, biz ona göstərərik Ağdamı nə günə qoyublar. İnsan haqları pozulub, Ermənistana niyə məruzəçi təyin etməyiblər? Biz indiyə qədər minaları təmizləyib bitirə bilmirik. Bu insan haqlarının pozulması deyil? Mənim millətim öz vətəninə qayıda bilmir, çünki hər gün mina partlamasında bir insanımız ölür. Bu insan haqlarının pozulması deyil? Niyə AŞPA bu məsələni qaldırmır?”
Hüquq müdafiəçisi AŞPA-nın bu qərarının qərəzli olduğunu bildirib:
“Bizimim yeganə yolumuz odur ki, özümüz özümüzü qoruyaq. İqtidarlı-müxalifətli özümüz birləşməliyik. Kənarda oturan bizim vətəndaşlarımız da dayanmalıdır. Nə qədər adamın Azərbaycanda gözü var? İqtidar da addım atmalıdır. Bizim siyahımızda 24 nəfər siyasi məhbus var, iqtidar onları buraxmalıdır, jurnalistləri azad etməlidir ki, onları bu məsələni bəhanə edib Azərbaycanı hədəf almasınlar”.
Novella Cəfəroğlu sonda əlavə edib ki, bütün işğaldan azad olunan ərazilərimiz minalanıb, insanlarımızın haqları pozulub, amma AŞPA indiyə qədər Ermənistana məruzəçi təyin etməyib:
“Biz özümüz bu məsələləri qaldırmalıyıq. Gərək hər yana səs salaq ki, insanlarımz ölür, insan haqları pozulur. Başımız xırda məsələlərə qarışıb, sanki Azərbaycan üçün vacib olan məsələlərə əlimiz çatmır. Bizim qarşımızda məcburi köçkünlərin öz torpaqlarına qaytarmaq kimi böyük məsələlər var. Bütün partiyalar, QHT-lər bunlarla məşğul olmalıdır. AŞPA-ya da, Amerikaya da, BMT-yə də və digər təşkilatlara, dövlətlərə də hamımız birgə cavab verməliyik”.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da qeyd edib ki, bu təyinat birbaşa Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə bağlıdır:
“Bunu demək üçün əsaslarımız var. Son iki ərzində beynəlxalq aləmdə dünya erməniçiliyinin daha da təşkilatlandırılması, mühim siyasi arqumentlərlə təşkil edilməsi, ölkəmizdən müxtəlif səbəblərə görə getmiş şəxslərdən siyasi müharicət, informasiya terrorunda istifadə qüvvələrinin yaradılması, onların platformalarının idarə edilməsi, ölkəmizdə iş aparan qlobal korporasiyaların bu və ya digər formada Azərbaycandakı proseslərdə iştiraka cəlb edilməsi, xüsusilə də son 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan şərti sərhəddində məlum toqquşmalardan sonra bu hibrid savaş müxtəlif Qərb platformalarında daha da şiddətlənib.
Əlbəttə, bunun əsas hissəsində dayanan ikinci, üçüncü nəsil ermənilər, o cümlədən onları himayə edən siyasi dairələrdir. AŞPA-nın sonuncu iclasında da biz bu xətti aydın şəkildə gördük. Əslində daha da konkret olaraq deməliyəm ki, Avropa diplomatiyasının rəbəri Cozef Borrelli sərt tələblərlə Avropa Parlamentinin dinləmələrinə gətirmək, 17 millət vəkilinin orada sanki vahid mərkəzdən yazılmış suallarını səsləndirmək, onun dilindən Azərbaycan əleyhinə 3-4 mesaj almaq və bundan sonra prosesləri daha geniş siyasi müstəviyə daşımaq xətti idi”.
Komitə sədri əlavə edib ki, Azərbaycana məruzəçi təyinatı da həmin məsələdən qaynaqlanır:
“Bu, o halda baş verir ki, gərək ölkə Qərb standartlarından tamamilə kənar olsun, buna görə də Avropa parlamentariləri müfəttiş statusunda gəlib burada ciddi tələblər qoyacaq. Sanki biz Brüsseldən, yaxud da Strasburqdan idarə olunmalıyıq. Deyə bilərəm ki, ən yaxın zamanlarda bir neçə ölkənin, hansı ki, Qərbin əsas mərkəzləri tərəfindən idarə olunurlar, orada Azərbaycan əleyhinə qərar və qətnamələr qəbul ediləcək. Burada bizim diplomatiyamızın aktiv rol oynamaları, aktiv çalışmaları, onların koordinasiyasını və vahid mərkəzdə çalışmalarının qarşısını almaq üçün ən mühim riçaqları işə salmaq lazımdır. Hazırda bu proses gedir. Bununla barəbər məruzəçi Azərbaycana gəldiyində ilk olaraq görəcəyi mənzərə üçüncü sektor politoloqlar, partiyalar, təşkilatlardan qabaq 700 mindən artıq insanın doğma ev-eşiyinin necə dağıdılması səhnələri olacaq.
Biz illər ərzində bunları deyirdik, işğal faktından danışırdıq. Sanki bu bir qədər virtual, nəzəri xarakter daşıyırdı. İndiki reallıqla isə bütün bunlar gözlə görünə bilir. Son dövrlərdə xarici nümayəndələrlə görüşlərdə mücərrət siyasi arqumentlərə deyil, daha konkret məsələlərə istinad etməyə çalışıram. Deyirəm ki, gəlmisiz Zəngilana, nə görürsüz? Başqa heç nə istəmirik, gördüyünüz faktı təsdiq edin, dilə gətirin, statusa çevirin, hansısa siyasi tribunada səsləndirin. Bunun üçün bizə qarşı tələlər quran təşkilatlara, dövlətlərə qarşı bizim siyasi gücümüzü təşkil edən məsələləri bir araya gətirməliyik. Xarici siyasətimizin əsas gücü nədir? Ərazilərimizin darmadağın edilməsi, Azərbaycanın böyük qayıdış siyasəti, sülh üçün həyata keçirilən tədbirlər və digər bütün məsələlər ortaya qoyulduğunda bizə qarşı qərar və qətnamə hazırlamaq istəyənlərin planları xeyli əngəllənmiş olacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
|