Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                 

“Moskva son anti-Azərbaycan təxribatı ilə bütün ümidləri puç etdi” - deputat
Tarix: 26-10-2022, 08:18 | Çap et
“Moskva son anti-Azərbaycan təxribatı ilə bütün ümidləri puç etdi”
AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın, Rusiyanın, Fransanın apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə yol açıb. Dövlət televiziyasının rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda bu ölkələrin apardığı siyasət tənqid edilib. İranla yanaşı Rusiyanın da son dövrlər apardığı siyasi kurs və Rusiyanın dövlət kanallarının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi sərt qınanılıb.

SİTAT: “Medianın dövlət siyasətinin təbliğatçısı missiyasını yetirə yetirdiyini nəzərə alsaq, Rusiyanın “Birinci kanal”ının ölkəmizə qarşı açıq təxribat və təhqir xarakterli tok-şounu hazırlaması adi proqram kimi yox, məhz rəsmi dairələrin fikirləri və tapşırıqları qənaətini doğurur. Əgər elədirsə, onda biz də başlayaq. Rusiyanın Ukrayna ərazisində aparığı müharibə məhz zorakılıqdır, işğalçılıq müharibəsidir, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir. Odur ki, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyanın ərazisinə qatılması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, işğal faktıdır... Görünür, Rusiya və dırnaqarası həmkarlarımız bizdən məhz bu sözləri eşitmək istəyirdi. O zaman buyurun! Bu gün Rusiyanın Ukrayna ərazisində dinc insanların yaşadığı əraziləri bombalaması müharibə qanunlarının pozulması, insanlığa qarşı törədilən cinayətdir, bəşəri cinayət”.

DİA.AZ bildirir ki, Milli Məclisin üzvü Vahid Əhmədov mövzu ilə bağlı AYNA-ya müsahibəsində Rusiyanın Azərbaycana təzyiqləri və digər məsələlər ətrafında danışıb.

- Müstəqil Azərbaycan tarixində, bəlkə də, ilk dəfə olaraq dövlət televiziyasının efirindən Rusiya sərt formada tənqid olundu. Sizcə, Rusiyanın Azərbaycana qarşı təzyiq siyasətinin kökündə hansı səbəblər dayanır?

- 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra bəzi dövlətlər bunu həzm edə bilmədi. Onlar bu qələbədən sonra mütəmadi olaraq Azərbaycana qarşı müxtəlif təzyiq üsullarından istifadə edirlər. Bu sırada Rusiyanın, İranın və Fransanın adını xüsusi qeyd edə bilərik. Rusiya televiziyalarında ölkəmizin əleyhinə aparılan təbliğat, “Dağlıq Qarabağ Respublikası” kimi mənfur terminlərdən istifadə edilməsi bunun bariz nümunəsidir. Hansı ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsi mövcuddur və onlar imzaladıqları bəyannaəmənin tələblərini açıq şəkildə pozurlar. Bunu yerinə yetirməkdən imtina edirlər və dövlət televiziyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılacaq fikirlərə yer ayırırlar. Şübhəsiz ki, bu, müstəqil jurnalist mövqeyi kimi qəbul edilə bilməz və bunun arxasında Kremlin “barmağı” var.

Görülər ki, Azərbaycanın regional əhəmiyyəti artır və bununla barışmaq istəmirlər. Rusiya ona çalışır ki, Qarabağ münaqişəsində dominant mövqeyini qoruyub saxlasın. Uzun müddət bu münaqişəni uzatmağa və siyasi təsir aləti kimi istifadə etməyə cəhd göstərirlər. Lakin artıq nə Rusiya əvvəlki Rusiyadır, nə də Azərbaycan əvvəlki Azərbaycan. Bu münaqişə artıq Rusiyanın təsir dairəsindən çıxmaq üzrədir. Regionda yeni reallıqlar yaranır və yaxşı olar ki, Kremldə oturanlar bununla hesablaşsınlar. Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik münasibətinə malikdir və Şuşa Bəyannaməsi ilə bunu rəsmiləşdirib. Azərbaycanın təhlükəsizliyinə Türkiyə, Türkiyənin təhlükəsizliyinə isə Azərbaycan tərəfindən təminat verilib.

Müharibə dövründə Moskvanın nümayiş etdiridiyi neytral mövqe ümid yaradırdı ki, onlar bu reallıqla barışıblar. Rusiyanın dövlət televiziyalarında Azərbaycanın əleyhinə aparılan təbliğat siyasəti ilə onlar bu ümidi puç etdilər. Bu, bir daha göstərir ki, onlar regionu öz nəzarətindən kənarda görmək istəmirlər.

O ki qaldı Azərbaycan Dövlət Televiziyasında Rusiya ilə bağlı sujetin nümayiş etdirilməsinə, bu, kifayət qədər obyektiv bir təhlil idi. Rusiyanın dövlət televiziyasında Azərbaycana qarşı qarayaxma kampaniyası aparıla bilər, Azərbaycanın dövlət televiziyasında Rusiya tənqid oluna bilməz? Bu hansı məntiqə, əxlaqa və ölçüyə uyğun gəlir?!

- Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı ehtimallarınız nədən ibarətdir? Azərbaycana qarşı Şimaldan hər hansı təhlükə gözlənilirmi?

- Artıq rəsmi Bakı Moskvaya bununla bağlı öz etiraz notasını təqdim edib. Yəqin ki, dövlət səviyyəsində müəyyən görüşlər və məsləhətləşmələr aparılacaq. Əgər Rusiyanın Azərbaycanla dost qalmaq niyyəti varsa və imzaladığı bəyannaməyə sadiqlik nümayiş etdirirsə, bu halda öz çirkin siyasətindən əl çəkməlidir. Rusiya bu gün dünyada təklənib və çox çətin bir dövrünü yaşayır. Belə bir həssas şəraitdə Azərbaycan kimi müttəfiqini itirmək ona sərf etmir. Bunda uduzan da yalnız onun özü olacaq.

Yox, əgər düşünürlərsə ki, Azərbaycanı da Belarus kimi öz nəzarətinə ala biləcəklər, yanılırlar. Bu, mümkün deyil. Çünki cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan müstəqil siyasət yürüdür və bu siyasətindən imtina etməyəcək. Diplomatik müstəvidə Türkiyə ilə müttəfiqlik şəraitində fəaliyyət göstəririk və bu bundan sonra da belə olacaq. Nəhayət, bununla Rusiya da, digər dövlətlər də barışmalıdır. Rusiya bu siyasətindən geri çəkilməlidir, əks halda bir daha söyləyirəm ki, ilk növbədə zərbə onun özünə dəyəcək.

- Prezident İlham Əliyevin Gürcüstana səfəri və səfər çərçivəsində qarşılıqlı əməkdaşlığa dair birgə bəyanatların səsləndirilməsi Azərbaycanın Qərbə doğru inteqrasiya kursu götürdüyünü söyləməyə əsas verirmi?

- Gürcüstan Azərbaycanın strateji müttəfiqidir və ölkəmiz hasil etdiyi neft-qazını Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya ixrac edir. Ölkələrimiz arasında çox ciddi iqtisadi və siyasi əlaqələr mövcuddur. Bu gün Gürcüstanda xeyli sayda soydaşımız yaşayır. Onların problemləri dövlətlərarası komissiya tərəfindən həllini tapır. Gürcüstan tərəfi soydaşlarımızın seçkilərdə fəal iştirakına, eləcə də onların seçkili orqanlarda aktiv şəkildə təmin olunmasına şərait yaradır.

Bu gün Gürcüstan ilə Rusiya arasında ciddi problemlər var. Rusiya Gürcüstanın iki bölgəsini – Abxaziya və Osetiyanı işğal altında saxlayır. Orada da müəyyən problemlər var. Rusiya tərəfindən həmin ərazilərlə bağlı da Ukraynada olduğu kimi, hərbi müdaxiləyə yol verəcəyinə dair məlumatlar yayılır. Bir daha söyləmək istəyirəm ki, Azərbaycan müstəqil və balanslaşdırılmış siyasət yürüdür və Rusiyanın kiminləsə probleminin olması o demək deyil ki, biz də həmin dövlətlərlə düşmən olmalıyıq. Azərbaycanın gələcəyi Türkiyə ilə birlikdədir və milli maraqlara söykənən birgə xarici siyasət bundan sonra da davam edəcək. Biz birmənalı şəkildə nə Qərbin, nə Rusiyanın, nə də hər hansı geopolitik oyunçunun yanına yer alacağıq.

- İranın da Azərbaycana qarşı təzyiqləri səngimək bilmir. Sizcə, Rusiya və İran Azərbaycana qarşı birlikdə hərəkət edirmi? Bu təzyiqlər arasında bir bağlılılıq varmı?

- Məlumdur ki, Rusiya və İran müttəfiq dövlətlərdir. Tamamilə mümkündür ki, onlar planlaşdırılmış şəkildə Azərbaycana qarşı təzyiqlərdən istifadə etsinlər. Düzdür, onlar müəyyən məsələlərdə fikir ayrılıqlarına malik olsalar da, Ukrayna məsələsində birlik nümayiş etdirirlər. İran Rusiyanı silahla təhciz edir, Ukraynaya qarşı təcavüzdə ona dəstək verir. Bu gün İranın daxilində çox ciddi problemlər hökm sürür. Əhali kütləvi şəkildə ayağa qalxıb və rejimə etiraz edir. İranda yaşayan azərbaycanlıların da fəallıq fəallıq nümayiş etdirməsi fars rejimini təşvişə salıb. Molla rejimi çalışır ki, öz daxili problemlərini xaricə çıxarsın. Digər yandan Azərbaycanın İsraillə də münasibətləri yüksəkdir və bu da İranı narahat edir. İrandan fərqli olaraq İsrail 44 günlük Vətən müharibəsində Azərbaycanı açıq şəkildə dəstəklədi. İran bu müttəfiqliyə xələl gətirmək iqtidarına deyil. Yaxşı olardı ki, onlar bunu başa düşsünlər və öz təxribatçı addımlarından əl çəksinlər. Bu cəhdlər əbəsdir və nəticəsiz qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru