Prezidentin ZƏFƏR ÇIXIŞI... - Hər kəsin çıxaracağı DƏRS VAR...
Tarix: 11-11-2022, 09:02 | Çap et
Noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Dövlət başçısı daha sonra hərbçilər qarşısında çıxış etdi. Prezidentin çıxışı bir neçə baxımdan diqqət çəkir. Birincisi, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqə qurdu və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır: "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər?
Bu, riyakarlıqdır, bu, satqınlıqdır”. Aydın məsələdir ki, Prezident “müsəlman ölkələr” ifadələri ilə İrana da mesaj verir. İran 44 günlük Vətən müharibəsinin gedişində, eləcə də işğal dövründə müsəlman dövlətinə yaraşmayacaq şəkildə özünü apardı. Ermənistan tərəfi Qarabağda yüzillik, hətta minillik məscidləri dağıdıb donuz fermasına çevirərək islam dinini və islam ölkələrini təhqir etdiyi halda İran buna reaksiya vermədi. Əslində, bu hal belə özlüyündə İranın islam dininə münasibətinin sırf siyasi və imperialist maraqları kontekstində olduğunu göstərir. Digər yandan Prezidentin çıxışında diqqətçəkən məqam onun Rusiya sülhməramlıları ilə bağlı dedikləri oldu. Dövlət başçısı "Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər" dedi.
Bildirdi ki, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”. Ölkə başçısı bu sözləri ilə faktiki olaraq Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir. Digər tərəfdən sülhməramlıların 5 ildən sonra çıxarılacağının vurğulanması həm də Azərbaycanın “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyini” göstərir. Prezident Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bir daha vurğuladı.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan və havadarları Prezidentin çıxışından ciddi nəticə çıxarmalıdır. Deputat vurğulayıb ki, dövlət başçısı 8 noyabr – Zəfər Günü münasibətilə Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu:
"Prezident şanlı zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan Ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğuladı. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin çıxışındakı fikirlər Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır. Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ermənistan tez bir zamanda bütün təxribatlara son qoymalıdır. Ermənistan və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Azərbaycan heç zaman Ermənistanın təxribatlarına göz yummayacaq. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir". Parlament üzvü bəyan edib ki, Prezidentin çıxışındakı digər bir mühüm məqam isə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmasıdır: "Bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkib. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli, azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib gəlməlidirlər.
Ermənistan bunun üçün şərait yaratmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməldir. Sözügedən razılaşmada açıq şəkildə bəyan olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq. Ancaq təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də Qarabağda olduğunu görürük.
Prezident İlham Əliyev çıxışında həmçinin, Ermənistanla sıx əməkdaşlıq və İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə, xüsusilə də İrana aydın mesaj ünvanladı. Müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, islam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar. Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən bir dövlətin lideri bu addımı atmamalıdır.
Sonda vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
|