"Onun təyinatı və fəaliyyəti digər kabinet generallarını da otaqdan çıxaracaq" - HƏQİQƏTƏN DƏ...
Tarix: 13-12-2022, 08:37 | Çap et
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib. O, Müdafiə Nazirliyinin dekarın 10-da keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib. Bəxtiyar Paşa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb. İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. DİA.AZ-ın məlumatına görə, mühüm təyinatla bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, müstəqil Azərbaycanın ordusunun formalaşmağa başladığı ilk gündən bu yana Türkiyənin hərbi müstəvidə yardımları əvəzedilməz olub. Professorun sözlərinə görə, 1990-cı illərin əvvəllərində dəfələrlə Türkiyədən hərbi mütəxəssislər, zabit heyəti ölkəmizə dəvət olunub: "Təbii ki, Azərbaycan Ordusu hazırda güclüdür, ancaq qardaş Türkiyənin hərbi təcrübəsinə böyük ehtiyacımız var. Nəzərə alaq ki, bizim ordumuz sovet sistemində formalaşmışdı. Hərbçilərimiz, zabitlərimiz də sovet məktəbinin yetirmələri idi. Reallıq odur ki, sovet dönəmində yetişmiş yüksək rütbəli zabitlər NATO səviyyəsində müasir tələblərə cavab verən ordu formalaşdıra bilmədilər. O baxımdan bu iş mütəxəssislərə həvalə olunmalı idi. NATO-nun ən güclü ikinci ordusu olan qardaş Türkiyənin bu sahədə bizimlə sıx əməkdaşlığı çox vacibdir. Ersay paşanın seçilməsi də əhəmiyyətlidir. Çünki məhz həmin paşa Azərbaycan Ordusunu daha yaxşı tanıyır, problemləri, çatışmazlıqları bilir. Ersay paşa 44 günlük müharibə zamanı digər türk qardaşlarımız kimi yanımızda olub. Onun hərbi təcrübələrindən, bilik və bacarığından Azərbaycan çox yararlanıb. Belə bir şəxsin müdafiə nazirinin müşaviri təyin olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti uğurlu addımı və uzaqgörənliyidir". C.Nuriyev vurğulayıb ki, müzəffər ordu daha mütərəqqi və modern olmalıdır: "Adətən mütəxəssislər başqa ölkəyə müvəqqəti dəvət alırlar və müəyyən müddət öz işlərini görürlər. Azərbaycan üçün önəmli odur ki, ölkəmizə çox peşəkar bir hərbçini dəvət etməklə yanaşı, ona daimi vəzifə də verilib. Çox uğurlu təyinatdır. Şuşa bəyannaməsindən sonra Azərbaycan və Türkiyə silahlı qüvvələri onsuz da vahid ordu sayılır. Hazırda iki ölkənin inteqrasiya prosesi gedir". Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ordusunda xüsusi dəstələr, "komandolar" hazırlanır: "Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzolunmazdır. Bəxtiyar paşa "komando" sahəsində ən uğurlu, peşəkar və həm də gənc kadrlardan sayılır. Onun tərcümeyi-halını oxuduqdan sonra qürur duydum ki, Ordumuza belə peşəkar bir hərbçi cəlb olunub. Əməliyyatın qurulması, hadisələrin düzgün proqnozlaşdırılması, müasir silahların tətbiq edilməsi, təchizat və təminat olduqca önəmlidir. Bəxtiyar Ersay bu sahələrdə barmaqla sayılan generallardandır. Bu sahələrdə təcrübəmiz azdır. Ümid edirik, Bəxtiyar Ersayın təyinatı və fəaliyyəti digər kabinet generallarını da otaqdan çıxaracaq. Azərbaycan mobil ordu qurur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
|