“Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                 

“Azərbaycana yeni müharibə elan edilib” - FAKT BUDUR...
Tarix: 12-08-2023, 09:17 | Çap et
“Azərbaycana yeni müharibə elan edilib”
Bu həftə Xankəndidəki oyuncaq rejimin “parlament rəhbəri” seçilən Daşnaksütyun partiyasının üzvü David İşxanyan, “seçkidən” əvvəl əsas nitqlə çıxış edib. O, nitqində açıq şəkildə Qarabağ ermənilərinin “müstəqillik hüququnun” reallaşması üçün mübarizə aparacağını bildirib.

1988-ci il “Qarabağ hərəkatı”nın fəal iştirakçısı olan İşxanyan İrəvanı Qarabağ məsələsində “aradan çıxmaqda” ittiham edib və “yeni yollar və tərəfdaşlar axtarmalı olduqlarını” bildirib.

“Lakin bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji məqsədin həyata keçirilməsinə yönəldiləcək”, – o, qeyd edib.

Daha sonra o, “Qarabağın və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun” qorunub saxlanmasının və gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşxanyan Ermənistanla Qarabağ arasında münasibətlərin pisləşdiyini etiraf edərək, “parlamentlərarası əlaqələri” gücləndirməyə çağırıb.

Qeyd edək ki, İşxanyanın “parlament rəhbəri” seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın özünün dediyinə görə, onun namizədliyi üçün hazırkı “prezident” Arayik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri Bako Saakyan və Arkadi Qukasyan kampaniya aparıblar.

İşxanyanın açıqlamalarından belə nəticəyə gəlmək olar ki, separatçı liderlər əhalini yeni müharibəyə hazırlayır və rəsmi İrəvandan fərqli olaraq, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq niyyətində deyillər.

Belə çıxır ki, vəziyyət getdikcə daha da pisləşir. Əvvəlcə Araik Arutyunyan böyük bir televiziya müsahibəsi verir və bu müsahibədən hiss olunur ki, o, regionda yeni reallıqları qəbul etməkdən və ən azı bir qədər konstruktivlik nümayiş etdirməkdən xeyli uzaqdır. İndi isə “parlamentin rəhbəri” kimi barışmaz separatçı peyda olub və Qarabağ ermənilərinin bundan sonra yaşamalı olduğu yeni şərtlərə dözmək istəmir. Separatçı elitanın bu minvanla hara getdiyi ciddi sual doğurur. Yaşananlara az-çox rasional izah verərək belə nəticəyə gəlmək olar ki, onları fantastik bəyanatlar səsləndirməyə Moskva sövq edir, əvəzində şəxsi təhlükəsizlik və nəsə baş verdiyi təqdirdə Qarabağdan çıxarmaq zəmanət verir. Yeri gəlmişkən, sərt çıxışları ilə Azərbaycan hakimiyyətini qıcıqlandıran İşxanyan və Arutyunyan belə bir “nəsənin” baş vermə ehtimalını daha da yaxınlaşdırırlar. Bəs bütün bunlar kimə lazımdır və bütün bunlar sonda necə bitə bilər?

“Biz lap əvvəldən bu barədə danışırıq: zaman keçdikcə vəziyyət daha da pisləşəcək və Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti Ermənistan hakimiyyəti və Xankəndi ilə razılaşdırılmış siyasət apararaq, münaqişənin həllinin son nöqtəsinə çatmağa imkan verməyəcək”.

DİA.AZ bildirir ki, bunu Press Kluba açıqlamasında politoloq, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl deyib. “Ona görə də, 44 günlük müharibə başa çatdıqdan sonra biz təzyiqlərin artırılmasının və Xankəndi məsələsinin qalib dövlət mövqeyindən həllinin vacibliyini xüsusilə vurğulayırdıq”.

Onun fikrincə, son hadisələr – Araikın dünya birliyinə müraciəti, daşnak İşxanyanın qondarma “parlament sədrliyinə” gətirilməsi yeni strateji hədəflər olduğunu göstərir. “Hətta deyərdim ki, Araikin “təcili xəbərdarlıq çağırışı” Azərbaycana müharibə elanı idi. Xəbərdarlığın tonu, Azərbaycanı “humanitar fəlakətin yaradıcısı” kimi qələmə verərək beynəlxalq ictimaiyyət tərəfindən təzyiq cəhdi və Azərbaycanı bilərəkdən təxribata cəlb etmək müharibə elan etməyə bərabərdir.

Bu, təkcə separatçı rejimin liderlərinin deyil, Rusiyanın da mövqeyidir”, – politoloq hesab edir.

“Ermənistanda hakimiyyəti dəyişdirə bilməyən Rusiya Xankəndinə Paşinyana müxalifətdə olan daşnak partiyasının üzvünü parlamentə gətirir. Baş nazir Paşinyanın daşnak partiyasının xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana girişi qadağan etdiyi bir vaxtda Xankəndinə parlamentə daşnakın təyin edilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Xankəndində Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü hakimiyyətə gətirilir, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqlər artır, rəsmi İrəvandansa, diasporla əməkdaşlıq etmək daha məqsədəuyğun hesab olunur. Bu, Rusiyanın rəhbərlik etdiyi separatçı rejimin yeni siyasi xəttidir və bunu onun strateji hədəflərinin dəyişməsinin əlaməti kimi qiymətləndirmək lazımdır. Araik Aruyunyanın İrəvana deyil, dünyanın aparıcı siyasi qurumlarına, o cümlədən BMT-yə, ABŞ, Fransa və Rusiya dövlət başçılarına son təcili müraciəti və beynəlxalq qüvvələrdən kömək istəməsi (əslində bu, istək deyil, tələbdir) yeni xəttin canlı nümunəsi hesab edilə bilər. Araik müraciətində Ermənistana mesaj göndərdi ki, “bizim sizə elə də böyük ehtiyacımız yoxdur, amma “Artsax” haqqında danışanda daha ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Xankəndi separatçıları üçün o qədər də önəmli deyil. Hətta iki ölkə arasında sülh sazişi imzalansa belə, onların “öz müqəddəratını təyinetmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək”, – ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, bu prosesə ən ciddi təsir göstərə biləcək bir tərəf, bir qüvvə var – Azərbaycan. “Azərbaycan bir-birinin ardınca siyasi və hərbi təzyiq göstərməli, qarşı tərəfi çıxılmaz vəziyyətə salmalıdır. Ən azından neytrallaşdırmaq baxımından Türkiyənin Rusiyaya təzyiqini artırmaq lazımdır.

Erməni sərt təpki görməsə gedəcək məxluq deyil. Bir daha təkrar edirəm: Ermənistan silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının şərtləri müəyyən və elan edilsin; keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması üçün zəruri siyasi və diplomatik addımlar gündəmə gətirilsin; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparılsın və humanitar yüklərin Ağdam yolu ilə çatdırılması məsələsi həll edilsin; düşmənin son çağırışına qarşı beynəlxalq ictimaiyyət qarşısında informasiya təbliğatı aparılsın.

Sonda bu proses nəyə gətirib çıxara bilər? Azərbaycan 2025-ci ilə qədər məsələni həll edə bilməsə, tamamilə mümkündür ki, gələcəkdə beynəlxalq şərtlər və konyuktura bizim əleyhimizə işləsin. O zaman hesab edə bilərik ki, Rusiya Qarabağda qeyri-müəyyən müddətə qalmaq siyasətini davam etdirəcək”, – ekspert yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru