"Erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub" - deputat
Tarix: 21-11-2023, 09:48 | Çap et
Azərbaycan-ABŞ münasibətləri təzədən tarixin sınağına tuş gəlib. Özü də rəsmi Vaşinqtonun yanlış taktikası üzündən. Maraqlısı həm də odur ki, uzun fasilədən sonra məhz Birləşmiş Ştatların yeni səfiri Mark Millinin, nəhayət, Bakıya gəlişi ərəfəsində ikitərəfli əlaqələrdə soyuqluq yaranıb. Hətta yüksək səviyyədə qarışıqlı səfərlər dayandırılıb. “ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz" bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində açıq surətdə belə deyilir. Yəni ikitərəfli səfərlər rəsmən dayanıb, üstəlik, amerikalı səfirin Bakıya gəldiyi bir vaxtda...
Əlbəttə, Azərbaycan haqlı olaraq Amerikada noyabrın 20-nə nəzərdə tutulan XİN rəhbərlərinin görüşündən imtina edib. Vəziyyətin “xoşbəxt sonluq”la bitib-bitməyəcəyi isə sözsüz ki, Vaşinqtonun Ermənistana və erməni separatizminə hara qədər dəstək verəcəyindən, nə dərəcədə bölgədə daimi sülhdə maraqlı olacağından və “ziyanın yarısından qayıdıb-qayıtmayacağından” asılıdır. Yəni Azərbaycana bağlı əslində heç nə yox. Hərçənd biz də diplomatik fəallığımızı artırmalıyıq ki, ABŞ “erməni kartı”nın ona yaxşı heç nə vəd etmədiyini daha tez anlasın.
“Ermənistan və Azərbaycan münasibətlərinin nizamlanması region üçün son dərəcə vacibdir”. Bunu ötən həftəsonu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter "AzadlıqRadiosu"nun erməni xidmətinə müsahibəsində deyib. “Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq naminə son dərəcə vacibdir”, - M.Karpenter qeyd edib. Amerikalı rəsmi həmçinin bildirib ki, Rusiya Bakı və İrəvan arasında danışıqlarda etibarlı tərəf deyil (“Kor kora kor deməsə bağrı çatlayar”. Guya ABŞ bizim üçün etibarlı tərəfdaş-vasitəçi imiş). Karpenter sözlərində səmimidirsə, nədən ABŞ regionda sülhə, barışığa real töhfə vermək istəmir, əksinə, öz “ayağına güllə atır”, neytral vasitəçi imicini korlayır, bölgənin açar ölkəsi olan Azərbaycanla konfrontasiya kursu götürür?
Yeri gəlmişkən, etibarlı mənbələrdən Minval.az-a məlum olub ki, ABŞ və Fransa iki aydır BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu üçün lobbiçilik etməyə çalışır, lakin hələ ciddi uğura nail ola bilmirlər. Xatırladaq ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra Ermənistan və Fransanın təşəbbüsü ilə iki dəfə BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, hər iki dəfə heç bir nəticə verməyib. Görəsən, bu nə həşirdir belə? Söhbət, nəhayət, noyabrın 16-da Senatın Azərbaycan əleyhinə qəbul etdiyi aktdan gedir. Bəs Senatın ardınca Nümayəndələr Palatası da onu təsdiqləyəcəkmi? Bayden necə, sonda ona imza atarmı?
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadənin Bakı-Vaşinqton münasibətlərində gərginliyə yanaşması fərqlidir. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, gələn il Birləşmiş Ştatlarda prezident seçkiləri olacaq və erməni seçicilərin istəkləri amerikalı siyasətçilər üçün əhəmiyyət kəsb etdiyindən bu proses Azərbaycanla əlaqələrə mənfi təsir edib. A.Mollazadənin fikrincə, amerikalı siyasət adamları istəyir ki, qondarma erməni soyqırımı nağılları bitməsin. “Onlar narahatdırlar ki, Azərbaycanla Ermənistan arasında münaqişə tamamilə qurtarar, tərəflər birdən sülh müqaviləsi bağlaya bilər və o zaman genosid mahnılarına da son qoyular. Xüsusən də Vaşinqtonda korrupsiyaya bulaşmış amerikalı siyasətçilər bundan möhkəm narahatdır. Çünki erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub. Elə 907-ci düzəliş aktı da həmin niyyətdən qaynaqlanırdı. O baxımdan bütün hallarda baş verənlər təəssüf hissi doğurur”, - deyə A.Mollazadə korlanmış münasibətləri belə qiymətləndirir.
Deputat hesab edir ki, Azərbaycan həmişə Amerikaya müttəfiq olduğunu nümayiş etdirib: “Bizim sülhməramlılar amerikalılar Əfqanıstandan tam çıxana qədər son günədək hava limanında onları müşayiət ediblər. Sadəcə, lobbi maraqlarından irəli gələrək bu siyasətçilər Amerikaya zərbə vururlar. Azərbaycan müstəqil ölkədir, güclü ordusu var, iqtisadi imkanlara malikdir, ABŞ-da da bunu yaxşı bilirlər. Yəni "Azərbaycan Rusiyanın yanındadır və buna görə Vaşinqton Bakıya qarşıdır" deyənlər yanılırlar. Azərbaycanın kiminsə yanında olmağa ehtiyacı yoxdur. Əgər belədirsə, siyasi-iqtisadi, hərbi təsirləri ilə Ermənistan Rusiyanın yanında olduğuna görə cəzalanmalıydı". A.Mollazadə “Axı İrəvandakı iqtidar rusyönümlü deyil” fikrinə isə “Deməli, lobbidə hamı daşnaklardan ibarət deyil” cavabını verdi. ABŞ-la münasibətlərin axarına düşməsinə gəlincə, deputat hesab edir ki, Azərbaycan öz siyasətini davam etdirməlidir: “Seçki ili bitəndən sonra hər şey öz yerinə oturacaq. Onsuz da ABŞ-ın vasitəçilik statusu yoxdur. Azərbaycan Ermənistanla sülh danışıqlarını ikitərəfli aparmalıdır. Çünki vasitəçi olmaq istəyənləri görürük, öz maraqlarından çıxış edirlər. Sadəcə, Azərbaycanın Vaşinqton görüşündən imtinası düzgün qərar idi və biz göstərdik ki, kiminsə marionetkası deyilik”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, 100 illik problemi həll etmişik, torpaqlarımızda separatizmə son qoymuşuq, bu böyük uğurdur, ancaq onu da bilməliydik ki, tarixi qələbəmizi burnumuzdan gətirmək istəyənlər olacaq: “Müharibə diplomatiya və informasiya sahəsinə keçib. Üstəgəl, Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqi artırıb. ABŞ və Avropa İttifaqında anti-Azərbaycan açıqlamaların sayı artıb, qanunvericilərə rəsmilər də qoşulub. Halbuki Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olan Vaşinqton və Brüssel məntiqlə ölkəmizlə bağlı ifadələri ehtiyatla seçməli idilər. Bizə əlavə problemlər yaratmaq istəyirlər. Bu mürəkkəb dövrü də adlayacağıq, sadəcə, elə etməliyik ki, düşmənlərimizin sayı artmasın. Sülh sazişi düşmənlərimizin arqumentini zəiflədəcək”.
Siyasi şərhçi Aqşin Kərimovun qənaətinə görə, Azərbaycanla ABŞ arasında siyasi gərginliyin yüksələn dozası Cənubi Qafqaz regionunda Ermənistan üzərindən qurulan tətbiqlərlə əlaqədar nəzərə çarpır: “Məsələ təkcə ABŞ-Azərbaycan münasibətlərindəki hədlərlə əlaqədar deyil, o, daha böyük ölçü və geostrateji rəqabətə sıx bağlıdır. Birincisi, diqqətdən yayınmamalıdır ki, ABŞ-ın qlobal siyasətinin spesifikası alternativ münaqişəli cəbhələri Rusiya və Çinə qarşı formalaşdırmaq təcrübəsi üzərində inkişaf edir. İndi üçün də ABŞ-ın Cənubi Qafqazda öz gündəliyi əsasında proqram tətbiq etməsi qorxulu bir ssenariyə doğru yön alır. Söhbət onda deyil ki, Azərbaycanla ABŞ-ın münasibətlərindəki siyasi gərginlik zirvəsi "fəth olunur". Burada ən böyük problem regiondakı geosiyasi qarşıdurmanın hərbi poliqon formasına salınması üçün Ermənistandan istifadə edilməsi və bunun ərsəyə gətirə biləcəyi təhdidlərdir". Ekspertə görə, ABŞ-ın regional çərçivələrdə kobud bərabərsizlik ərsəyə gətirməsi cəhdini Azərbaycana qarşı təzyiq orbitinə çevirməsi Bakı ilə Vaşinqton arasındakı uyğunlaşma rejiminə xələl gətirir: “Mənə görə, ABŞ Konqresində anti-Azərbaycan dinləmələri, dövlət katibinin köməkçisi Ceyms O’Brayanın "907-ci düzəliş"in icrasının müvəqqəti dayandırılması məsələsini qaldırmasını başqa bir amil də izah edir. Düşüncəmə əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-a cavabında gərginliyin digər bir gizlədilən səbəbinə eyham vurulur. Bu, İran-Azərbaycan münasibətlərinin yoluna qoyulması üçün atılan addımların Vaşinqtonun sinir nöqtələrinə toxunması ilə bağlı situasiyadır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
|