ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir .....                     Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz .....                     Ukraynaya dəstək, Azərbaycana dirsək? .....                     “Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” .....                     Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… .....                     "Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın .....                     "Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb .....                     Əfv ömürlük məhbuslara da şamil olunacaq? .....                     Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib .....                     "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə .....                     Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                 

“Oğlum dedi ana, sən bu məsələlərə qarışma” - Rəbiyyət Aslanova
Tarix: 6-03-2014, 13:16 | Çap et
“Oğlum dedi ana, sən bu məsələlərə qarışma”
YAP-çı deputat Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Rəbiyyət Aslanova “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Ombudsmanın parlamentə təqdim etdiyi illik hesabatdan başlayan söhbətimizdə “İsmayıllı işi” məhkəməsinə, R.Aslanovanın Prezident Administrasiyasında şöbə müdiri işləyən oğlu Elnur Aslanovun da adı hallanan nurçuluq məsələlərinə qədər çox şeylərdən danışdıq.

- Rəbiyyət xanım, belə müşahidələr var ki, ombudsman Elmira Süleymanlovanın hesabatı sanki siyasi hakimiyyətin iradəsinə hesablanmışdı. Siz necə düşünürsünüz?
- Yox, mən o cür deməzdim. Ona görə ki, Elmira xanımın illik hesabatlarını müqayisə etsəniz onların məzmununda və mahiyyətində nə qədər böyük dəyişikliklərin olduğunu görə bilərsiniz. İlk hesabatla sonuncu hesabatın müqayisəsində görərsiniz ki, görülən işlərin miqyası, hadisələrə təsir etmək imkanı nə qədər genişlənir. Bu gün Elmira xanımın rəhbərlik etdiyi qurumun içərində çox böyük islahatlar gedib. Azərbaycanda elə bir sahə yoxdur ki, Ombudsman öz fəaliyyəti ilə ora nüfuz etməsin. Bu baxımdan Elmira xanım hesabatı ilə bizi dialoqa səsləyir. Yəni Azərbaycanda insan hüquqlarının təmin olunması haqqında bu işlər görülüb və ya görüləcək. Burada Elmira xanım həm nöqsanları söyləyir, həm perspektivdə olacaq işlərdən danışır, həm də artıq gerçəkləşmiş layihələri ortaya qoyur. Bu baxımdan onun millət vəkilləri qarşısında hesabat verməsi çox təqdirəlayiq haldır. Elmira xanımın rəhbərlik etdiyi Ombudsman təsisatı bütün problemləri həll etmək iqtidarında deyil. Bu təsisat xalqla rəhbərlik arasında vasitəçi rolunu oynayan qurumdur. Bilmək lazımdır ki, məhkəmə orqanı, icra strukturu deyil.
- Siz Ombudsman olsaydınız - bir ara bu posta sizin namizədliyiniz də hallandırılırdı - hesabatda yeni nələri əlavə edərdiniz?
- Əvvəla, mən hesab edirəm ki, Elmira xanım öz yerində olan xanımdır. Böyük təcrübə sahibi olan Elmira xanıma bundan sonra mən öz yerində uğurlar arzulayıram. Mən Ombudsman olmaq fikrində deyiləm. Mənim öz yerimdə də kifayət qədər işim var və mövqeyimdən də razıyam. Ancaq mən bir şeyi bilirəm ki, Elmira xanım hər şeyi edib. Siz onun fəaliyyətini milli məkan çərçivəsindən qiymətləndirməyin. Elmira xanımın ayrı-ayrı beynəlxalq təşkilatlarda Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar verdiyi hesabatlar var...
- Amma bu gün ölkədə siyasi insanlarla bağlı qalmaqallı, sifarişli məhkəmələr gedir. Yaxud “Sovetski”də vətəndaş-polis qarşıdurmaları olur. Ombudsman belə ekstremal situasiyalarda da arbitr rolunu oynamalı, hadisə yerində olmalıdır axı. Ancaq gözlənilən bu fəaliyyəti görə bilmirik?
- Mən bayaq dedim ki, Elmira xanım məhkəmə deyil və heç kəsin məhkəmənin işinə, hakimin qərarına müdaxilə etməyə ixtiyarı yoxdur.
- Siz İnsan hüquqları komitəsinin sədri kimi İsmayıllı işi ilə bağlı prosesdə, NİDA-çı gənclərin, yaxud Əli İnsanovun məhkəməsində iştirak edib prosesi müşahidə edə bilməzdinizmi?
- Yox, mənim belə bir fikrim olmayıb. Mən inanıram və dəqiq bilirəm ki, həmin məhkəmələrin gedişində məsələlərə kifayət qədər məsuliyyətlə yanaşılır. Mənim orda olmağım nəyi dəyişəcəkdi? O zaman orda olardım ki, mənim məhkəməyə bir şübhəm yaransın, istintaq, ya məhkəmənin qeyri-obyektivliyi haqqında fikirlərim olsun. Amma mən qəti əminəm ki, Azərbaycanda məhkəmə hüquq mühafizə orqanlarındakı işlərin hər birinə qanuni yanaşır. Həmişə məhkəmədə kimsə narazı qalır. Ola bilməz ki, bütün tərəflər razı qalsın. Biz hüquqi dövlətdə yaşayırıq və hər şeyin hüquqla tənzimlənməsi üçün gərək çox şeylərlə razılaşaq. İsmayıllı hadisələrinin baş verməsinin səbəbi nə idi?
- Bu hadisələrin baş verməsinə səbəbkar olan məmur, onun günahkar olan yaxınları azadlıqda, bu hadisələrə aidiyyəti olmayan Tofiq Yaqublu, İlqar Məmmədov kimi müxalifətçilər, digər sadə insanlar isə həbsdə...
- Hər hansı problem olanda belə onu da qanun yolu ilə həll etmək lazımdır. Gəlin belə danışaq. Burda söhbət Füzuli Ələkbərov, yaxud Nizami Ələkbərovdan getmir. Söhbət ondan gedir ki, hər bir kəs öz cavabını alır. Qanuna zidd hərəkətə yol vermək olmaz. İğtişaşa kütləvi çağırışların, iğtişaşların törədilməsi yolverilməz haldır.
- Tofiq Yaqublu hadisələrdən xeyli müddət sonra İsmayıllıya gedib ki, nə baş verdiyini öyrənsin və on dəqiqə sonra geri qaytarılıb. Bu hadisələrdə onun nə iştirakı ola bilər? Hansı ki, o, 1 ildən çoxdur həbsdədir. Yaxud İlqar Məmmədov da eləcə.
- Siz bu insanların əməlində qanuna zidd bir şey görmürsünüz?
- Faktiki olaraq ortada heç nə yoxdur.
- O sizin subyektiv fikrinizdir. Subyektiv fikir əsl həqiqəti görməyə sizə mane olur. Əgər məhkəmə bu işdə onların günahkar olmadığını sübut etmiş olsaydı, görsəydi ki, doğrudan günahları yoxdur, onlar çoxdan azadlıqdaydılar. Deməli, bu fəaliyyətdə cinayət əməli var. O, sizin həmkarınız, yaxınınızdır, eyni əqidənin daşıyıcısıdır və sizə elə gəlir ki, ona qarşı hər hansı bir addım qərəzlidir. Niyə bir başqa məhbusun taleyi ilə bağlı bu cür mövqedən çıxış etmirsiniz?
- Məsələn, Yadigar Sadıqov guya kimisə döydüyünə görə 6 il həbs alıb...
- Belə çıxır ki, siz jurnalistlər qanuna tabe, çox əməli saleh insanlarsınız, heç vaxt qanunu pozmursunuz və s. Bəzən Azərbaycan jurnalistindən elə bir obraz yaradırlar ki, sanki bunlar göydən düşmüş əməli saleh insanlardır.
- Söhbət jurnalistlərdən getmir, konkret şəxsdən, siyasətçidən gedir.
- Həmin əməli bir həkim, müəllim, ya millət vəkili də törədə bilər və hər kəs cavabdehdir. Mənim peşəkar jurnalistlərimizə çox böyük hörmətim var. Ancaq hətta əlinə qələm alan reket jurnalist haqqında da belə rəy yaratmaq istəyirlər ki, bunu tutmaq olmaz, çünki jurnalistdir.
- Deyirsiniz yəni ölkədə insan hüquqları sahəsində problemlər yoxdur?
- Bu gün dünyanın elə bir məmləkətini göstərin ki, orada insan hüquqları sahəsində hansısa bir problem olmasın. ABŞ Dövlət Departamenti dünyanın 166 ölkəsi haqqında hesabat hazırlayır. Bu məsuliyyəti bunlara kim, necə verib, ayrı məsələdir. Ancaq fakt budur ki, 3 il öncəyə qədər bu dövlət özü haqqında bir hesabat belə vermirdi. Halbuki ABŞ-da insan hüquqlarının pozulması ilə bağlı çatışmazlıqlar bəlkə bütün ölkələrdən çoxdur. Bir ölkədə ki, Quantanamo kimi böyük həbsxana ola, nə qədər insanı ağır durumda orda saxlaya, bir ölkədə ki, hər gecə yüzlərlə qətl hadisəsi baş verə, ancaq özləri haqqında bir dənə də hesabat verməyə...
- Rəbiyyət xanım, bir ana kimi oğlunuz Elnur Aslanovla bağlı ittihamlar, onun nurçularla əlaqəsi barədə yazılanlara münasibətiniz necədir?
- Bu, artıq növbəti bir mərhələdir. Bundan əvvəl eyni məsələ olmuşu. Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim. Biz evdə ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək iqtidarında olan birisiyəm. Bu, bir ana kimi məni çox sevindirdi. Başa düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad böyütdüyümə görə qürur hissi yaşadım. Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gərə bilən güclü siyasətçidir. Ona görə də onun işinə qarışmıram.
- Hakim düşərgənin təmsilçisi olaraq nə düşünürsünüz, Azərbaycanda nurçuluq təhlükəsi varmı?
- Bu xalqı, bu dövləti yaşadan və bizi bugünki uğurlara gətirib çıxaran bizim milli birliyimiz, vətəndaş həmrəyliyimiz, bir olmaq istəyimizdir. Uzun illər ulu öndərimizin bizə qoyub getdiyi bu prinsipə sədaqətimiz bu gün hamımıza güclü Azərbaycanı verib. Baxın, Azərbaycandakı prosesləri zərrəbinlə izləyən güclər, qüvvələr var. Harada bir kiçicik gərginliyin canlanmasını hiss edərlərsə, Azərbaycana qarşı elə ssenarilər başlaya bilər ki, günün birində özümüzü çox çətin durumda görmüş olarıq. Bu baxımdan müstəqilliyimizin ən böyük uğuru Azərbaycanda bu sabitliyin, iqtisadi yüksəlişin, tərəqqinin əsasında duran milli birlik, xalq-dövlət birliyidir. Sözsüz ki, bugünki durum çoxlarını narahat edir və edəcək. Ətrafımızda baş verən proseslərə, qonşu dövlətlərin vəziyyətinə baxın. Televizora baxanda adam zənn edir sanki dünya dağılır. Təbii ki, ayrı-ayrı texnologiyalar işlənilir və Azərbaycana yönəldilir. Ayrı-ayrı təriqətlərin Azərbaycana müdaxiləsi və bu təriqətlərin içərisində məmurların, dövlətlərin olması barədə informasiyalar yayılır.
- Necə bilirsiniz bu informasiyalarda həqiqət varmı?
- Dindən xəbəri olmayan insanlar bəzən səsə, küyə gedirlər. Təriqətin ardıclı olan insan bu ideyanın maddi qüvvəyə çevrilməsi üçün mütləq onu fəaliyyətində gerçəkləşdirməlidir. Yəni təriqətə daxil olubsa, həmin təriqətin mürşüdü müridinə hansı vəzifələri yerinə yetirməsini tələb edir. Azərbaycan iqtidarında öz dövlətinə və dövlətçiliyinə sadiq insanlar hansı təriqətin üzvü ola bilərlər? Bu, o qədər ağlasığmaz və o qədər xoşagəlməz ittihamdır ki. Bir anlıq düşünürsən ki, doğrudanmı insanlar elə bilirlər buna inanacaqlar? Deyirlər haqq nazilər, üzülməz. Bəzən o təriqətin mahiyyətinin nədən ibarət olduğunu bilməyən insanlar Azərbaycanda kimlərəsə böhtan atırlar. Azərbaycana ayrı-ayrı təriqətlərin daxil olması və yayılması 1990-93-cü illərdə baş verib. Sovet ideologiyasının çökməsindən sonra boş qalmış mənəvi məkan boş qala bilməzdi. Müxtəlif yerlərdən Azərbaycana vəhhabilik, nurçuluq, katoliq kilsəsinin, provaslığın ayrı-ayrı cərəyanları və Qərbdə təqib olunan cərəyanlar Azərbaycana daxil oldular. Həmin dövrdə bunlar Azərbaycanda o qədər gücləndilər ki, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər etmək məcburiyyətində qaldıq. Çünki burda məktəb açır, kurslar təşkil edir, biznes qurur, məscidlər tikirdilər, bunun qarşısını almaq lazım idi. O baxımdan bu gün dövlətçiliyə qarşı hər hansı təriqətin qarşının alınması bizim milli təhlükəsizlik məsələmizdir. Bu yolda hər kəsə qarşı mübariz olmalıyıq, adi bir gəncindən, dövlət məmuruna qədər. Ancaq bundan sui-istifadə etmək və kimlərisə vurmaq istəyi yolverilməzdir. Bu sənədləri oxuyanda 1937-ci ilin repressiya qurbanlarını xatırladım. O vaxt tanınmış ziyalılarımızı Sibirə göndərən ayrı-ayrı azərbaycanlıların imzaları var. O zaman böyük bir ziyalı elitası məhv edildi. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi ziyalılar özləri də məhv oldu, nəslindən də kimsə qalmadı. Amma onları sürgünə göndərənlərin nəslinə bir şey olmadı, cəzalarına çatmadılar. O imza sahiblərinin törəmələri bu gün də var və yəqin ki, öz babalarının genetik kodunu daşıyaraq həmin xəbisliyi yenə də davam etdirirlər. Bu gün də onlar Azərbaycan ziyalılarının yeni nəslini məhv etmək üçün hər şeyi edirlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir - “Wired” portalı
Bu gün, 03:36
Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz - Rusiya səfiri
Bu gün, 03:24
Ukraynaya dəstək, Azərbaycana dirsək? - AXI NİYƏ?..
Bu gün, 03:21
“Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” - Sərdar Cəlaloğlu
Bu gün, 03:18
Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… - FOTO
Bu gün, 03:09
"Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:05
"Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb
Bu gün, 00:02
Əfv ömürlük məhbuslara da şamil olunacaq? - AKTUAL
Dünən, 19:10
Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib - BU FAKTDIR...
Dünən, 19:00
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Dünən, 18:58
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Dünən, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Dünən, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Dünən, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Dünən, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Dünən, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Dünən, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Dünən, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Dünən, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Dünən, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Dünən, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Dünən, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Dünən, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Dünən, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Dünən, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Dünən, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Dünən, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Dünən, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Dünən, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Dünən, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Dünən, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Dünən, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Dünən, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Dünən, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Dünən, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Dünən, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Dünən, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Dünən, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Dünən, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Dünən, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Dünən, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Dünən, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Dünən, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Dünən, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Dünən, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Dünən, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru