"Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın .....                     "Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb .....                     Əfv ömürlük məhbuslara da şamil olunacaq? .....                     Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib .....                     "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə .....                     Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                     Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb .....                     Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi .....                     İran həbsxanasından qurtulan tələbəmiz .....                     “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” .....                     Sənəd qəbulunun başa çatmasına az qalır .....                 

“Qarabağda müharibə versiyası aktual deyil” - YAP
Tarix: 28-03-2014, 12:51 | Çap et
“Qarabağda müharibə versiyası aktual deyil”
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirli “Media forum” saytının suallarına cavab verib.

- Rusiya Krımı özünə birləşdirdikdən sonra regionda yeni situasiyanın yarandığı haqda rəylər verilir. Krım hadisələrinin Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsiri olacaq? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə gözləmək olar?

- Krımın ilhaq edilməsi, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təsir edir, özü də mənfi təsir. Krım hadisələrinə görə Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin Rusiya ilə münasibətləri son dərəcə gərginləşib. İş elə gətirib ki, bu gün münasibətləri həddindən artıq gərginləşən tərəflər elə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Bir tərəfdən Birləşmiş Ştatlar və Fransa, digər tərəfdən isə Rusiya. Ola bilməz ki, bu dövlətlər arasında çox ciddi bir etimad böhranı əmələ gəlsin, amma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində özlərini çox rahat, çox problemsiz aparsınlar. Bu mümkün deyil. Dolayısı yolla bunun təsirləri var.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin öz “Twitter” səhifəsində münaqişənin həlli ilə bağlı yaydığı son fikirlər prosesə buxovlayıcı təsir göstərir. Uorlik yazır ki, münaqişə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Bu, kökündən səhv yanaşmadır. Uorlik ən azı peşəkar olaraq bilməli idi ki, münaqişə Azərbaycan və Ermənistan arasındadır. Onun tabe olduğu Dövlət Departamenti Dağlıq Qarabağı separatçı rejim kimi tanıyır. Amma bu separatçı rejimi cənab Uorlik tərəf kimi görmək istəyir. Belə yanaşmalar münaqişənin həlli yollarına mənfi təsir göstərir.

- Dağlıq Qarabağla bağlı müəyyən ssenarilərin işə düşəcəyi haqda rəylər var...

- Ermənistan İrs Partiyasının rəhbəri Raffi Ovannisyan deyir ki, bu vəziyyətdən maksimum faydalanmalıyıq və ilk addım kimi gərək Ermənistan hamıdan öncə qondarma respublikanı tanısın. Yəni fürsətdən istifadə edib tanımaq və eyni zamanda referendum keçirmək məsələsini gündəmə gətirmək istəyirlər.

Digər yandan Rusiyanın avantürist siyasətçilərindən Vladimir Jirinovski təklif edir ki, Dağlıq Qarabağın Ermənistana deyil, Rusiyaya birləşdirilməsinə nail olmaq, bununla bağlı referendum keçirmək lazımdır. Belə təkliflər, yanaşmalarla sülh prosesini pozmaq istəyirlər.

Krım hadisələri və Krımda referendum keçirilməsi məsələsi bir məqama aydınlıq gətirdi ki, Qərb belə referendumları qəbul etmir. Qərb Krımdakı referendumun nəticələrini tanımır, qeyri-legitim hesab edir. Rusiya pasportunu daşıyacaq Krım əhalisinə isə Avropa İttifaqı Şengen vizasının verilməməsi haqqında qərar qəbul edib. Yəni krımlı şəxs Avropaya getmək istəyirsə, zəhmət çəkib Ukrayna hökumətindən viza alsın və özünü Ukrayna vətəndaşı kimi təqdim etsin. Bunlar təzyiq mexanizmləridir. Ermənilərin, rusların Dağlıq Qarabağda referendum keçirmək, ərazinin Ermənistana, Rusiyaya birləşdirilməsi kimi yanaşmalara Qərbin mövqeyi birmənalı bəllidir. Hesab edirəm ki, heç bir halda bu ssenarilər işləməyəcək.

Amma bu olaylar sülh danışıqlarına mənfi təsirini göstərəcək. Təsadüfi deyil ki, həmsədrlərin çox ciddi cəhdlərindən sonra, nəhayət ki, Haaqada Azərbaycan-Ermənistan prezidentlərinin görüşü keçirildi. Uorlik özünün “Twitter” səhifəsində yazır ki, bu görüş çox qısa oldu. Eyni zamanda yazır ki, görəsən, prezidentlər öz dedikləri sözləri əməli addımları ilə təsdiq edəcəklərmi, onların sözlərinə inanmaq olarmı? Belə bir sual da qoyulub. Bu onu göstərir ki, danışıqlar alınmayıb.

- Hərbi əməliyyatlar başlana bilərmi?

- İndiki halda həmsədr dövlətlərin əsas niyyəti ondan ibarətdir ki, vəziyyət heç bir halda hərbi əməliyyatlara keçidlə yekunlaşmasın. Bu ilin mart ayında ATƏT-in Minsk qrupunun 22 yaşı tamam oldu. Onların bütöv fəaliyyətinə baxsanız, bu fəaliyyət münaqişəni həll etmək yox, müharibəyə çevrilməsinin qarşısını almaq olub. Vəziyyətin kifayət qədər mürəkkəbləşməsinin müharibəyə gətirəcəyindən çəkinərək Haaqada prezidentlər səviyyəsində görüşə nail olublar və bir müddət üçün atəşkəs rejimini qoruyub saxlamaq istəyirlər. Qərb, ATƏT-in Minsk qrupu heç bir halda müharibənin başlamasına maraqlı deyil. Ona görə də görüşlər keçirilir, ona görə də təmasları çoxaltmaq istəyirlər. Hesab edirəm ki, indiki halda müharibə versiyası aktual deyil.

- Vladimir Jirinovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərini xatırlatdınız. Dağlıq Qarabağın Rusiya birləşdirilməsi gündəmə gələ bilərmi?

- Bir çox hallarda hesab edirlər ki, Jirinovski bir alətdir. Yuxarı hərbi-siyasi dairələrin demək istədiyi sözləri Jirinovskiyə dedizdirirlər. Ona görə bu təhlükə var. Daha ehtiyatlı olmaq və belə təxribatçı bəyanatlara uymamaq lazımdır.

Azərbaycan dövləti çoxvektorlu siyasət yeridir. Biz Qərblə yaxın münasibətlərdəyik, Avropa ilə enerji sahəsində əməkdaşlığı genişləndiririk, Rusiya ilə də iqtisadi baxımdan çox sıx təmasımız var. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Biz bu gün NATO və Avropa İttifaqına daxil olmaq məsələlərini gündəmə qoymamışıq deyə manevr etmək imkanlarımız var. Hesab edirəm ki, Azərbaycan indiki situasiyadan çevik diplomatik gedişlərlə özünü qoruya bilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:05
"Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb
Bu gün, 00:02
Əfv ömürlük məhbuslara da şamil olunacaq? - AKTUAL
Dünən, 19:10
Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib - BU FAKTDIR...
Dünən, 19:00
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Dünən, 18:58
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Dünən, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Dünən, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Dünən, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Dünən, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Dünən, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Dünən, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Dünən, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Dünən, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Dünən, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Dünən, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Dünən, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Dünən, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Dünən, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Dünən, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Dünən, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Dünən, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Dünən, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Dünən, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Dünən, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Dünən, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Dünən, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Dünən, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Dünən, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Dünən, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Dünən, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Dünən, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Dünən, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Dünən, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Dünən, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Dünən, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Dünən, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Dünən, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Dünən, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Dünən, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Dünən, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Dünən, 13:05
Tramp dediyini etdi... Çin cavab hazırlayır
Dünən, 13:03
"Sevgilim yaşca məndən böyükdür"
Dünən, 12:57
Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Dünən, 12:55
Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Dünən, 12:51
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru