"Dağıntılarla üzləşən Azərbaycandır, amma vəsait Ermənistana ayrılır" - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-09-2024, 08:42 | Çap et
Prezidentin köməkçisi Hikmət Hacıyev Qərbin Azərbaycan və Ermənistana münasibətdə ayrı-seçkilik etməsini tənqid edib. O vurğulayıb ki, Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır: "Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur". O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır”. H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”. H.Hacıyevin sözlərinə görə, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər: "ATƏT-in Minsk qrupu və onunla əlaqəli olan, keçmişin qalığı hesab edilən bu kimi institutlarla Ermənistanın fəaliyyətini davam etdirməsi siyasəti heç bir şəkildə anlaşılan deyil. Çünki belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Azərbaycan tərəfindən bu, etimad yaradan bir məsələ deyil". Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Bakı hesab edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qərbin məsələyə münasibəti dəyişəcək. Deputatın sözlərinə görə, ən azından həmin dövrdən sonra ABŞ və Avropa ölkələrinin beynəlxalq hüquqa, regiondakı reallıqlara dayanaraq obyektiv mövqe tutacağı ehtimal edilirdi:
"Ancaq əslində, tamam fərqli mənzərə yarandı. Bəlli oldu ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini tamamilə yerlə yeksan edib. Məzarlıqları belə dağıdıblar, kommunikasiyaları tamam sökülüb. Yəni viran edilən, dağıdılan Azərbaycanın işğal edilmiş əraziləri olub. Amma bunun müqabilində Avropa Birliyi Ermənistanın bərpasına 2 milyard dollardan çox vəsait ayırıb. Halbuki həmin vəsaiti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının minalardan təmizlənməsinə, kommunikasiyaların qurulmasna yönəltmək daha sərfəli olardı. Digər tərəfdən, vaxtaşırı Ermənistana bu və digər Qərb ölkəsi, hansısa Fond vəsait ayırır. Sanki işğaldan əziyyət çəkən Ermənistandır. Bunun özü təəccüb doğurur. Demokratiyadan, insan hüquqlarından, hüququn aliliyindən danışan dairələr, nədənsə, bu məsələdə gözlərini yumub, Ermənistana sərf edən addımlara daha çox üstünlük verirlər. Bu azmış kimi Ermənistanı BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa silahlandırır. Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını şübhə altına alır. Bunlar əlbəttə yolverilməzdir. Azərbaycan bu məsələdə ədalətin bərpa olunmasını tələb edir". Parlament üzvü vurğulayıb ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu, nədənsə, indiyədək saxlanılır. Hətta Azərbaycana təzyiq edərək Minsk qrupunun fəaliyyətində iştirak etməyə, onun fəaliyyətinə şərait yaratmağa yönəlik tələblərlə çıxış edirlər: "Minsk qrupuna ehtiyac qalmayıb. Qarabağ məsələsi həll edilib. Vaxtı ilə düşünülmüş şəkildə ortaya atılmış hüquqi problem var. Qrupun buraxılması üçün mütləq Azərbaycan və Ermənistan birlikdə müraciət etməlidir. Çox qəribədir ki, işğal edən ölkə Minsk qrupunun buraxılmasını istəmir. Doğrudanmı Ermənistan 2020-ci ilin sonunadək olan vəziyyətin bərpasını istəyir. Nədənsə, Ermənistana siyasi təzyiq göstərən, İrəvanı sanksiya ilə hədələyən təklifləri eşitmirik. Minsk qrupu artıq siyasi gündəmdən çıxmalıdır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzərində iş gedir. İrəvan isə Minsk qrupunu da müqavilə sənədinə salmağa çalışır. Əsas məsələlər həll edilməmiş yarımçıq sülh sazişinin imzalanmasını istəyir. Qərb isə bu ziddiyyətə susur. Bu şəkildə davranmaq dünyanın fərqli yerlərində çoxlu ermənistanların yaranmasına gətirib çıxarar. Azərbaycan haqlı tələbini dəfələrlə gündəmə gətirib. Öz hüquqlarımızın qorunması üçün prinsipial mövqeyimizi davam etdirəcəyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
|